Bəşər tarixinin misli görünməmiş soyqırımı faktı
30.03.2023 [12:02]
Nurəddin İbrahimov,
YAP Gəncə şəhər təşkilatının sədr müavini
Tarixin müxtəlif dönəmlərində təcavüzkar erməni millətçiləri xalqımıza qarşı soyqırımı siyasətini həyata keçirib, “böyük Ermənistan” mifini gerçəkləşdirmək məqsədilə soydaşlarımızı ideoloji, hərbi və mədəni təcavüzə məruz qoyublar. Hünər meydanında, açıq döyüşlərdə hər zaman qorxaqcasına qaçan, daim kimlərinsə kölgəsində dolanan, xislətində qəddarlıq, qaniçənlik, xainlik, namərdlik kimi naqis hisslər daşıyan erməni barbarları hər fürsətdə gücünü yalnız silahsız, müdafiəsiz insanların üzərində sınamağı üstün tutub. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirib, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırıb, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdıblar.
Bəşər tarixində bənzərinə rast gəlinməyən 1918-ci il 31 mart soyqırımı kimi dəhşətli faciəni yaşayan xalqımız əzəli torpaqlarından deportasiyası edilib, daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla kütləvi qırğınlara məruz qalıb. 31 Mart soyqırımında “Daşnaksutyun” partiyası xüsusi fəallıqla iştirak edib. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, uşaqdan böyüyədək hər kəsi qətlə yetiriblər. Amansızlığına və miqyasına görə 1918-ci ilin mart soyqırımları təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir, insanlığın tarixinə qara ləkədir.
Misli görünməmiş bu soyqırımı faktı əsl hüquqi-siyasi qiymətini yalnız Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra alıb. Ulu Öndər Heydər Əliyevin mart hadisələrinin 80-ci ildönümü münasibətilə - 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni təcavüzkarlarının terror hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olur. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması təsbit edilir.
Dünya ictimaiyyəti 2020-ci il sentyabrın 27-dən etibarən də erməni vandallarının namərd hücumlarının, əməllərinin bir daha şahidi oldu. Dövlət siyasəti faşist ideologiyasına köklənmiş Ermənistan müharibə boyu beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror törətdi. Beynəlxalq aləmin gözü qarşısında Azərbaycan əsgəri düşmənin yalnız hərbi obyektlərini nişan aldığı halda, erməni silahlı qüvvələri həm cəbhəboyu rayon və kəndlərimizi, həm də cəbhə zonasından uzaq məsafədə yerləşən şəhərlərimizi ağır artilleriya və raket atəşinə tutub, mülki əhalini hədəf aldı. Mənfur düşmən müharibə boyu qadağan olunmuş silahlardan istifadə etdi.
İşğalçı Ermənistan bu əməlləri ilə sivil dəyərlərdən kənar, mülki insanlara və azyaşlı uşaqlara qarşı xain hücumlar törədən terrorçu ölkə olduğunu növbəti dəfə təsdiq etdi, faşizm mahiyyətini bir daha sübuta yetirdi. Hətta illərdir erməni vandallığını, vəhşiliyini görməzdən gələn ermənipərəst dairələr də bu mənfur tayfanın 44 gün ərzində törətdikləri cinayətləri ört-basdır etməkdə aciz qaldılar. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən başladığı zəfər yürüşü 44 gün ərzində avantürist erməni millətçilərinin mifini birdəfəlik yox etdi, azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlərin, soyqırımın, şəhidlərimizin, Xocalı qurbanlarının qisasını aldı.
Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini yürüdən bədnam qonşularımızın saxta “erməni soyqırımı” iddialarının cəfəngiyyat olduğu, xalqımızın iki əsr boyu məruz qaldığı soyqırımının dəhşətli miqyası artıq beynəlxalq ictimaiyyətə bəllidir. Ancaq bu bizdə arxayınlıq yaratmamalıdır. Mənfur xislətindən əl çəkməyən erməni millətçilərinin azğınlığı, şər mahiyyəti yenə də böyük bir region üçün ciddi təhlükə mənbəyi olaraq qalır. 31 Mart - Azərbaycanlıların soyqırımı Gününü, Xocalı faciəsini hər gün xatırlamağa, unutmamağa borcluyuq və əminik ki, işğal və soyqırımı siyasətini yürüdənlər beynəlxalq ictimaiyyət qarşısında ittiham olunacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34

