Türkiyə-Azərbaycan dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır
19.06.2023 [16:17]
Azərbaycan və Türkiyə qardaşlığı tarixin bir çox ağır və məsuliyyətli sınaqlarından üzüağ çıxmışdır. Əzəli və əbədi Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Bu qardaşlıq dünya ölkələri üçün bir nümunədir. Azərbaycanın müstəqilliyini ilk tanıyan qardaş Türkiyə bugünə qədər təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda yüksək tribunalardan ölkəmizi dəstəkləməklə haqq işimizin müdafiəsi üçün çalışmışdır. Xüsusən də Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın parlaq gələcəyi istiqamətində göstərdiyi səylər, türk dünyasının birliyi və həmrəyliyi yolunda atdığı ciddi siyasi addımlar olduqca əhəmiyyətlidir.
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü keçirilib.“Türkiyə-Azərbaycan birliyi və qardaşlığı çox mühüm beynəlxalq amildir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaş ölkədə prezident seçkilərindən qısa müddət sonra, iyun ayının 12-13-də Azərbaycana etdiyi səfər də sabitlik, inkişaf və təhlükəsizliyə xidmət edən bu amilin önəmini bir daha qabarıq şəkildə bütün dünyaya nümayiş etdirir.
Şuşanın azad olunmasından sonra Şuşada ən böyük tarixi hadisə Şuşa Bəyannaməsinin imzalanmasıdır. Bəyannamə gələcəkdə ölkələrin bütün sahələrdə əməkdaşlığı üçün hüquqi bazadır Şuşa Bəyannaməsinin imzalanması Türkiyə-Azərbaycan müttəfiqliyinin bütün sahələri ən yüksək səviyyəyə qaldırdı, beynəlxalq, diplomatik, təhsil, elm, mədəniyyət, iqtisadiyyat və xüsusilə də hərbi sahədə əməkdaşlığın dərinləşmiş formasıdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iyunun 13-də mətbuata bəyanatla etdiyi çıxışında da qeyd olunduğu kimi, bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Azərbaycan və Türkiyə Prezidentlərinin istər təkbətək keçirdikləri görüş zamanı, istərsə də heyətlərin iştirakı ilə aparılan danışıqların gedişində bir daha ölkələrimizin ortaq niyyəti ifadə olundu, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələrinin durduğu diqqət mərkəzinə çəkildi.
Dövlətimizin başçısı çıxışında qeyd etdi ki, əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək. Müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca genişdir. Cari il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir.
Bu gün Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur.
Bu gün bərpaolunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsinin aparıldığını vurğulayan Prezident İlham Əliyev deyib ki, bu gün Azərbaycan və Türkiyə həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi məsələlərində fəal əməkdaşlıq edir.
Türkiyə ilə Azərbaycanın birliyi, dostluğu, qardaşlığı səmimiyyətə, insanların rifahının yaxşılaşdırılmasına əsaslanır. Beləliklə, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq və qardaşlıq münasibətləri ölkələrimizlə yanaşı, bütün türkdilli dövlətlərin də birləşməsinə, iqtisadi əlaqələrin ən yüksək səviyyəyə çatmasına böyük təkan verir. Rəcəb Tayyib Ərdoğanın prezident seçildikdən sonra ilk səfərini Azərbaycana etməsi ölkələrimiz arasında münasibətlərin dərinliyindən, bizi bir-birimizə bağlayan qardaşlıq əlaqələrinin möhkəmliyindən xəbər verir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxElm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54

