Yeni əməkdaşlığa doğru
21.06.2023 [11:41]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasətində bütün ölkələrlə normal və bərabərhüquqlu əsaslarla münasibətlərin inkişaf etdirilməsi prioritetdir. Dövlətimizin Rusiya Federasiyasının ayrı-ayrı regionları və subyektləri ilə əlaqələri də uğurla inkişaf edir. Bu baxımdan Tatarıstan Respublikası da vacib yer tutur. Müstəqil Azərbaycanla Tatarıstan arasında tarixdən gələn bağlılıq əsasında sıx əməkdaşlıq münasibətləri qurulub. Bu günlərdə Tatarıstanın Rəisi Rüstəm Minnixanovun ölkəmizə səfərə gəlməsi ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bir daha göstərir. Səfər çərçivəsində iyunun 17-də Zəngilan rayonunun Ağalı kəndində Prezident İlham Əliyevlə Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun görüşü olub və işğaldan azad olunmuş ərazilərimizdə bir sıra tədbirlərə qatılıblar.
Məlumdur ki, bu gün İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərin bərpası, burada yüksəksəviyyəli infrastruktur quruculuğu intensiv şəkildə davam etdirilir. Qısa müddətdə çoxlu sayda layihənin icrası tamamlanıb və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa start verilib. O cümlədən quruculuq-bərpa işləri çərçivəsində Zəngilanda və Füzulidə olmaqla iki beynəlxalq səviyyəli hava limanı istifadəyə verilib. Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə istifadəyə verilən hava limanları bütün növ yük və sərnişin təyyarələrini qəbul etmək imkanlarına malikdirlər.
Təqdirəlayiq haldır ki, ölkəmizə səfərə gələn Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov da iyunun 17-də məhz Zəngilan Beynəlxalq Hava Limanında qarşılanıb. Prezident İlham Əliyevin onunla görüşü də işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın ilk ünvanı olan Ağalı kəndində baş tutub. Dövlətimizin başçısı Tatarıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində öz layihələrini həyata keçirməsindən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev qonağa xitabən “Sizinlə müəyyən etdiyimiz hər şey, o cümlədən “Araz Vadisi” Sənaye Parkının birinci obyekti, - bu, qardaş Tatarıstanın obyektidir, - icra olunur. Yəni, biz ərazilərin bərpası işinə belə münasibətə görə çox minnətdarıq. Əlbəttə ki, biz müəyyənləşdirdiyimiz əməkdaşlıq proqramının tam həyata keçəcəyinə ümidvarıq”, - deyə vurğulayıb. Dövlətimizin başçısı əməkdaşlıq perspektivlərinin böyük olduğunu xüsusi olaraq diqqətə çatdırıb: “Biz burada məsləhətləşmələrə gələn və sonrakı planlar üzrə qərar qəbul edən nümayəndə heyəti ilə artıq fikir mübadiləsi aparmışıq. Əlbəttə, sənaye kooperasiyasında, energetikada, neft-qaz sahəsində perspektivlər böyükdür. Təbii ki, mədəni əməkdaşlıq da çox vacib sahədir. Tatarıstan və Azərbaycan xalqları əsrlər boyu qardaşlıq, dostluq münasibətləri saxlayırlar. Əlbəttə ki, bizim aramızdakı münasibətlər Rusiya və Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə böyük töhfədir və bizim dövlətlərarası səviyyədə planlaşdırdığımız, həyata keçirdiyimiz hər bir məsələ kimi çox səmərəli, dinamik şəkildə inkişaf edir”.
İyunun 17-də Prezident İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak ediblər. Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti Parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb. Bu layihələrin reallaşması nəticəsində, ümumilikdə Sənaye Parkına 32,7 milyon manat investisiya yatırılacaq, 420-dən çox daimi iş yeri yaradılacaq.
Prezident İlham Əliyev və Rəis Rüstəm Minnixanov “Avto Lizinq Azərbaycan” MMC-nin açılışını bildirən rəmzi lenti kəsiblər. Məlumat verilib ki, Rusiya və Azərbaycan birgə müəssisəsi olan “Avto Lizinq Azərbaycan” MMC tərəfindən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradılıb. Mərkəz yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət göstərilməsi sahəsində hab rolunu oynayacaq. Bütün bunlar isə regionun yaxın gələcəkdə iqtisadi cəhətdən böyük inkişafa nail olacağını təsdiqləyir.
Xəbər lenti
Hamısına baxAnalitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53

