İnam əsas şərtdir
25.07.2023 [11:29]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına verdiyi müsahibə iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanıb. İlk öncə qeyd edək ki, dünyanın nəhəng media şirkətlərindən biri olan “China Media Group”unb indiki vaxtda Azərbaycan Prezidentindən müsahibə alması siyasi dəngələrin dəyişdiyi çox mühüm bir vaxta düşür. Belə bir dönəmdə ölkəmizin başçısının baş verən hadisələrə münasibətinin öyrnəliməsi və Azərbaycanın gələcəyə baxış siyasətinin mahiyyətini izləmək baxımından olduqca önəmlidir.
Cənab Prezident ona ünvanlanmış hər bir sualın arxasında siyasi məqsədlərin olduğunu, əslində isə dünyaya Azərbaycandan və əksinə baxışların hansı effekt verəcəyini bildiyindən özünün diplomatik imkanlarından geniş şəkildə istifadə etmişdir.
İlk öncə Azərbaycanda tarixi abidələrə, ailə münasibətlərinə verilən dəyəri, o cümlədən hər bir sahədə varislik prinsipinin inkişaf tendensiyası üzərində bərqərar olduğunu diqqətə çatdıran ölkəmizin başçısı demişdir: “Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi. O, həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. Əlbəttə, 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb – dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı. Buraya olduqca fəal regional siyasətin həyata keçirilməsini də əlavə etmək olar. Əlbəttə, müstəqilliyimizin ilk günlərindən əsas məqsədlərdən biri ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Buna da iki ildən bir az artıq əvvəl nail olunub.”
Azərbaycan-Çin münasibətlərinin əsasını qoyan ulu öndər Heydər Əliyevin bu münasibətlərin inkişafında maraqlı olduğunu qeyd edən cənab Prezident bildirmişdir ki, “onun əsas xarici siyasət prioritetlərindən biri Çinlə ikitərəfli münasibətlər qurmaq idi. Xatırlayıram ki, o, Çinə rəsmi səfərdən böyük təəssüratla qayıtmışdı. Heydər Əliyev Çinin artmaqda olan gücünü, həmrəy cəmiyyətini və aydın məqsədlərə malik ölkəni gördü - bunlar təxminən 30 il öncə baş vermişdi.”
Hazırkı dövrdə dünyanın dəyişməkdə olan geosiyasi mənzərəsi fonunda Azərbaycanın iqtisadi və sosial baxımdan özü üçün nadir inkişaf yolu yaratdığını və bu gün həmin yolla addımladığını qeyd edən ölkə başçısı Çin-Azərbaycan münasibətlərinin də yüksək səviyyədə inkişaf etdiyini və gələcəkdə daha da genişlənəcəyini ifadə edərək bildirmişdir: “Hesab edirəm ki, ikitərəfli əlaqələrdə əldə etdiyimiz nailiyyətlər çox uzun bir yolun başlanğıcıdır. Ümid edirəm ki, bu, strateji əməkdaşlıq yolunun başlanğıcıdır. Çünki bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür. İqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Biz ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaqdır.”
Göründüyü kimi Azərbaycan liderinin ilk növbədə bütün inkişaf tendensiyalarının regional təhlükəsizlikdən keçdiyini dəfələrlə vurğulaması və bu sahədə konkret addımlar atması, dünya güclərinin diqqətini cəlb etmişdir. Məhz cənab Prezidentin bu qətiyyətli siyasəti dünyanın üzünü cənubi Qafqaza çevirməsinə və indiki dövrdə mühüm nəqliyyat dəhlizlərinin buradan keçməsi fonunda bu regionda hər cür ikili standartlardan imtina edib həqiqətin yanında durması istiqamətini seçməsinə səbəb olmuşdur.
Çin lideri Si Cinpinlə əlaqələrin genişləndiyini və münasibətlərin intensivləşdiyini qeyd edən ölkəmizin başçısı bu vəziyyətin gələcək hədəflərin müəyyən edilməsində mühüm rol oynadığını qeyd etmişdir.
Pandemiya dövründə Çin rəhbərliyinin Azərbaycana münasibətini xüsusi vurğulayan cənab Prezident bir məktuba dərhal cavab verildiyini və kifayət qədər peyvəndin qısa müddət ərzində tədarük edilərək göndərildiyini xatırladaraq bunun da məhz dostluq münasibətlərinin bir nümunəsi olduğunu bildirmişdir.
İnkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək olduğunu bildirən ölkə başçısı bu baxımdan Azərbaycanın coğrafi üstünlüklərinin olduğunu, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşməsini diqqətə çatdırmış, nəqliyyat infrastrukturunun olmaması səbəbindən bizim coğrafiyadan istifadə edilmədiyini qeyd etmişdir. Lakin 15 il əvvəl nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna başlanması Azərbaycanın mühüm tranzit ölkəsi olmaq arzusunun reallaşmasında kifayət qədər uğurlu nəticələrə səbəb olmuşdur.
Gələcəkdə logistika sahəsində problemlərlə qarşılaşmamaq üçün Azərbaycanın nəqliyyat infrastrukuturundə nəhəng layihələrə imza atmasının perspektivlərini aydınlaşdıran cənab Prezident qeyd etmişdir ki, “Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı. Onun o vaxtkı yükaşırma qabiliyyəti 15 milyon ton idi. Hazırda isə biz onun imkanlarını 25 milyon tona qədər çatdırırıq. Biz Xəzər dənizində daha çox gəmi tikirik. Xəzəryanı dövlətlər arasında Xəzər dənizində ən böyük ticarət donanmasına sahib olduğumuza baxmayaraq, biz yeni tanker və yük gəmiləri inşa edirik ki, daha çox yük daşıya bilək. İndi biz gəmiqayırma zavodumuzu genişləndirməyi planlaşdırırıq ki, ildə 6-8 deyil, 10-20 gəmi inşa edə bilək. Həm Azərbaycanda, həm də Xəzər dənizində buna tələbat artmaqdadır.”
Çin tərəfinin “Bir kəmər, bir yol” təşəbbüsünün mədəni dəyərini yüksək qiymətləndirən cənab İlham Əliyev ilk növbədə bunun dostluğa əlavə təkan və töhfə olacağını, qarşılıqlı fəaliyyət nəticəsində mədəni əlaqələrin inkişafının sürətlənəcəyini qeyd edərək bildirmişdir: “Qədim İpək Yolunda yerləşən ölkələrin xüsusiyyəti, bəlkə də, oxşarlığı ondan ibarətdir ki, onlar cəmiyyətlərinin müxtəlifliyi, çoxetnik və çoxkonfessiyalı xarakteri ilə seçilir. Azərbaycan həmin müsbət ssenarinin bir hissəsidir. Buna görə, Azərbaycanın mədəni irsi, gördüyünüz kimi, dövlətimiz tərəfindən lazımınca qorunur. Bu, bizim üçün qorunmalı, saxlanılmalı və yeni nəsillərə ötürülməli sərvətdir ki, onlar da eyni münasibət bəsləsinlər. Biz mədəni irsimizi əsrlər boyu qoruyub saxlamışıq. Baxmayaraq ki, Azərbaycan uzun müddət öz dövlətçiliyindən məhrum idi. Biz müstəqil ölkə deyildik. Lakin, eyni zamanda, biz milli özünəməxsusluğumuzu, dilimizi, ədəbiyyatımızı, musiqimizi və ənənələrimizi, mədəni irsimizi qoruyub saxlamışıq. Hətta müstəqil olmadığımız vaxtlarda, bunu bacarmışıq. Beləliklə, dünya irsinin bir hissəsi olan mədəni irsimizin qorunmasını birmənalı olaraq davam etdirəcəyik.”
Cənab Prezidentin geniş müsahibəsinin detallarına vardıqca ciddi şəkildə və qətiyyətlə onun illərdir uğrunda mübarizə apardığı regional təhlüükəsizlik sahəsində ciddi irəliləyişlər olacağına, nəqliyyat dəhlizlərinin tezliklə açılacağna, Azərbaycanın iqtisadi möcüzələr ölkəsinə çevriləcəyinə inamını hiss etməmək mümkün deyildir. Bu isə aydın yol, qətiyyətli mübarizənin yüksək nəticəsinə olan inamdır.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxHadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59

