Fransa Ermənistanın ən böyük vəkilinə çevrilib
28.07.2023 [12:34]
27 sentyabr 2020-ci il tarixdə Ermənistanın davamlı təxribatları nəticəsində başlanmış Vətən müharibəsi dövründən bu günə kimi Fransa pərdələdiyi ermənipərəst siyasətini tam açıq nümayiş etdirməyə başlayıb. Fransa prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylər göstərib. Təbii ki, Fransanın antiazərbaycan və Ermənistanı müdafiə etmək cəhdləri heç bir nəticə vermədi.
Azərbaycan işğal altında olan torpaqları azad edərək heç bir qüvvənin tarixi ədalətin bərpa olunmasına maneçilik törətmək gücündə olmadığını bütün dünyaya göstərdi. Fransa Türkiyənin Azərbaycana olan siyasi dəstəyini də həzm edə bilmir və bu qardaşlığın, dostluğun səyləri nəticəsində əldə etdiyimiz qələbə, eyni zamanda, Türkiyənin bölgədə nüfuzunun artması təbii olaraq onu ciddi narahat edir". Çox təəssüflər olsun ki, prezident Makron pafoslu çıxışları ilə ermənilərin etimadını qazanmaq üçün ucuz kampaniya aparır. Bu, ilk növbədə Fransanın özünə zərbədir. Bu gün Fransadakı ermənipərəst dairələr Napoleon kimi, Şarl de Qoll kimi tarixi şəxsiyyətlərin ölkəsinin nüfuzunu öldürmək üzrədir. Təbii ki, onların "erməni sevgisi" fransız xalqının iradəsi deyil
Ümumiyyətlə, tarixən Fransa Azərbaycana, azərbaycanlılara qarşı vəhşi və cinayətkar siyasət yürüdüb. Fransa təcavüzkar qüvvələri 1918-ci ilin mart-aprel aylarında Güney Azərbaycanın Salmas, Xoy, Sulduz, Urmiya, Muğan və digər ərazilərinə silahlı basqınlar edərək azərbaycanlıları kütləvi şəkildə qətlə yetirib, evlərini dağıtmışlar. Fransa digər sivil xalqlara qarşı da qəddar siyasət aparıb. Təkcə, Əlcəzairdə Fransa hərbçiləri 1,5 milyon insanı qətlə yetirmişlər. Fransa aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri bugünədək Əlcəzair tərəfinə təqdim etmir. Araşdırmalar zamanı bəlli olur ki, Fransa müstəmləkə siyasətini qanlı formada həyata keçirib. 1960-cı ildə Fransa əsgəri birlikləri Cibutiyə daxil olaraq insanları küçədə, evlərində təqib etmiş, nəticədə 100 minlərlə insan öldürmüşlər. Fransa Cad və Qabon torpaqlarında da soyqırımı həyata keçirmiş, islam dinini qadağan etmiş, din xadimlərini öldürmüş, 10 minlərlə insanı yaşamaq hüququndan məhrum etmişdir. Göründüyü kimi, tarixdə müstəmləkəçi dövlətlərin sayı çox olsa da, Fransa qədər zorakılıqlara, soyqırımlara yol verən ikinci dövlət olmayıb. Milli devizi guya “Azadlıq, bərabərlik, qardaşlıq” olan Fransa hələ də müstəmləkələrini əlindən buraxmaq istəmir. Fransa bu günümüzədək davam edən müstəmləkəçilik dövründə işğal etdiyi əraziləri amansızcasına istismar edib. Bu ölkənin iqtisadiyyatının güclü olmasının əsas səbəblərindən biri, məhz müstəmləkə ərazilərin istismar edilməsidir.
Fransa bu gün də müstəmləkə ərazilərinin istismarını davam etdirir, oradakı milli azlıqların hüquqlarını tapdalayır. Eyni zamanda, başqa ölkələrin daxili işlərinə qarışır, Azərbaycanın Qarabağ iqtisadi rayonunda erməni separatizmini qızışdırır, onların reinteqrasiyasına mane olur. Özünü “demokratiyanın beşiyi” kimi təqdim edən, ATƏT-in Minsk qrupunun həmsədri olmuş bu ölkənin təcavüzkar Ermənistanı dost və müttəfiq hesab etməsi, Ermənistana dəstək göstərməsi ilk növbədə Fransanın özünə zərbədir. Biz bilirik ki, həmsədr ölkə kimi Fransa heç vaxt ədalətli mövqe tutmayıb. Bütün dünya şahiddir ki, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında hansı vandalizm törədib. Fransa bir dəfə də olsun Ermənistanı işğalçı siyasətə son qoymağa çağırmadı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etmədi. Əksinə, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrini icra edərkən Fransa açıq-aşkar şəkildə Ermənistana dəstək verdi. Demək olar ki, bu dövrdə Fransa gerçək simasını nümayiş etdirdi. İndiki şəraitdə də Fransanın bu mövqeyi, Senatın qəbul etdiyi qətnamə Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə ziyan vurur. Eyni zamanda, beynəlxalq hüquqa hörmətsizliyin nümayişi olan bu sənədi qəbul etməklə Fransa normallaşma prosesində vasitəçi ola bilməz. Fransa, eləcə də, digər qələbəmizi həzm edə bilməyənlər anlamalıdırlar ki, biz qalib ölkəyik, qalib xalqıq və öz torpaqlarımızı qanımızla, canımızla azad etmişik. Müstəqil Azərbaycan dövləti də bu regionada söz sahibi bir ölkədir və bunu artıq qəbul etmələri lazımdır.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

