Türkiyə-Azərbaycan münasibətləri tarixinin ən şanlı və şərəfli dövrünü yaşayır
03.10.2023 [11:26]
Məlum olduğu kimi sentyabrın 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan böyük nümayəndə heyəti ilə Naxçıvana səfər etmişdir.
İki ölkənin prezidentlərinin səmimi görüşü, imzalanan sənədlər, səsləndirilən bəyanatlar Azərbaycan-Türkiyə qardaşlığının növbəti nümunəsi oldu. Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanla bəyanatlarla çıxış ediblər.
Bu bir reallıqdır ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri tarixinin ən şanlı və şərəfli dövrünü yaşayır. Bu əlaqələrin inkişafında Türkiyə prezidenti və Prezident İlham Əliyevin müstəsna xidmətləri var. Hazırda Türkiyə-Azərbaycan qardaşlığı, dostluğu butün dünya dövlətlərinə nümunədir.
Səfərin Naxçıvanda baş tutması ilk diqqətçəkən məqamlardandır. Səfər eyni zamanda kifayət qədər diqqət çəkən məqamlarla yanaşı həm də mühüm mesajlarla yadda qaldı. Qeyd etmək lazımdır ki, bu Türkiyə liderinin Naxçıvana sayca ikinci səfəridir. Türkiyə prezidentinin Naxçıvan səfəri iki dost, qardaş, müttəfiq ölkənin sarsılmaz birliyi, həmrəyliyi bir daha bütün dünyaya nümayiş etdirildi. Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata birgə bəyanatları iki qardaş ölkənin münasibətlərinin dünəninə, bu gününə və gələcəyinə bir daha işıq saldı.
Qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri digər səfərləri kimi əlaqələrimizin inkişafına mühüm töhfə verəcəkdir. Səfər zamanı İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması və hərbi kompleksin açılması xüsusi önəm daşıyan hadisələrdəndir. Hər iki layihə Naxçıvan enerji və hərbi təhlükəsizliyinə mühüm töhfə verəcək. Eyni zamanda Türkiyə liderinin öz çıxışında vurğuladığı kimi bu layihə Avropanın da enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq. Ümumiyyətlə, nəqliyyat, logistika və enerji sahələrindəki əlaqələri inkişaf etdirmək üçün iradə ortaya qoyulub. Prezidentlərin mətbuata birgə bəyanatlarında diqqətə çatdırıldı ki, bir neçə gündən sonra Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcək. Prezident İlham Əliyev Forumun nəticələrinin uğurlu olacağını əminliklə ifadə etdi. Naxçıvanın qazı, nefti olmasa da günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı böyük planlar var. Bu planlar gerçəkləşərsə Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər.
Naxçıvandan verilən mesajlar həm də Bakı-Ankara ortaq strateji maraqları və hədəfləri baxımından mühüm əhəmiyyət daşıyır.
Səfər çərçivəsində imzalanmış sənədlər arasında iki qardaş ölkə prezidentlərinin iştirakı ilə “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu” mühüm sənədlərdəndir. Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması da tarixi hadisədir. Ölkə prezidenti çıxışı əsnasında bildirdi ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək.
Prezident İlham Əliyev mətbuata bəyanatında diqqət yönəldən məqamlardan biri də bu günlərdə Azərbaycanın 24 saat müddətində apardığı lokal xarakterli antiterror əməliyyatları ilə bağlı səsləndirdiyi fikirlər oldu. Cənab prezident bildirdi ki, əziz qardaşım bu hadisə baş verəndə Amerikada Nyu-Yorkda idi. BMT-nın Baş Assambleyasında iştirak edirdi. Orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən ədalətli bəyanatlar verdi. Bu tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar idi. Qarabağ Azərbaycan torpağıdır. Bu həm həqiqətdir, eyni zamanda beynəlxalq hüquqa tam uyğundur. Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır. Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsinin başlandığı andan qardaş ölkənin yanımızda olduğunu, prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” çağırışını bir daha xatırlatdı və bildirdi ki, bu bir çoxları üçün ciddi siqnal, mesaj idi. Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmur və unutmayacaq.
Beləliklə Türkiyə liderinin Naxçıvan səfəri Azərbaycan-Türkiyə müttəfiqliyinin möhkəmlənməsinə daha bir töhfə verməklə yanaşı, həm də geopolitik məkanda yeni düzənin əsasını qoyur. Bu əlaqələr liderlərin şəxsi münasibətlərinin, səmimiyyətinin əsasında daha da möhkəmlənir. Dünyaya nümunə olan Azərbaycan-Türkiyə birliyi eyni zamanda Türk dünyasının həmrəyliyinə böyük töhfədir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

