/ / YAP Binəqədi rayontəşkilatında “Son 20 il - Azərbaycan gənclərinin inkişaf dövrü” adlı tədbir keçirilib
YAP Binəqədi rayontəşkilatında “Son 20 il - Azərbaycan gənclərinin inkişaf dövrü” adlı tədbir keçirilib
16.10.2023 [11:39]
13 oktyabr 2023-cü il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyinə həsr olunmuş “Son 20 il - Azərbaycan gənclərinin inkişaf dövrü” adlı tədbir keçirildi. Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkili Şahin İsmayılov, YAP Binəqədi rayon təşkilatının ərazi partiya təşkilatlarının fəalları iştirak etdilər.
Tədbiri YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov giriş nitqi ilə açaraq bildirdi ki, ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə uğurla davam etdirdiyi siyasi strategiya nəticəsində Azərbaycan regionun ən qüdrətli və inkişaf etmiş dövlətinə çevrilib. Respublikamızda bütün sahələrdə - siyasi, iqtisadi, sosial, mədəni və s. həyata keçirilən islahatlar Azərbaycan vətəndaşının bugünkü və gələcək rifahının əsas qayəsini təşkil edir. Xalqın firavanlığına, yüksək sosial rifahına çalışan dövlət başçısı ən çətin günlərdə vətəndaşların yanında olub, onların problemlərinin həll edilməsində təxirəsalınmaz işlər görüb. Prezident cənab İlham Əliyevin uğurla yürütdüyü daxili və xarici siyasət nəticəsində ölkəmiz sürətlə inkişaf edərək siyasi nüfuzu, iqtisadi qüdrəti, hərbi gücü ilə nəinki regionda, bütün dünyada söz sahibinə çevrilib. Ulu Öndər Heydər Əliyevin başlatdığı və Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü islahatlar nəticəsində güclənmiş müzəffər Azərbaycan ordusu tarix yazmış, işğal altında olan müqəddəs torpaqlarımızı düşməndən azad etmişdir. Bu gün Azərbaycan xalqının varlığı, mənliyi, qüruru olan üçrəngli bayrağımız əzəli yurd yerlərimizdə dalğalanmaqdadır.
Millət vəkili Şahin İsmayılovun sözlərinə görə bu gün beynəlxalq aləmdə güclü dövlət, etibarlı tərəfdaş kimi tanınan müstəqil Azərbaycanın gənclər siyasəti bütün dövlətlər üçün nümunədir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Xüsusi vurğulamaq lazımdır ki, dövlət başçısı İlham Əliyevin müdrik, uzaqgörən və praqmatik siyasətinin nəticəsində gənclər siyasəti ilə yanaşı, Azərbaycanın siyasi, iqtisadi imkanları da genişləndirilib. Artıq Azərbaycan çoxsaylı beynəlxalq təsisatlarda uğurla təmsil olunur, region və qeyri-region ölkələri ilə əməkdaşlıq, tərəfdaşlıq münasibətlərini davam etdirir.
Tədbir gənclərin suallarının cavablandırılması və birgə fikir mübadiləsinin aparılması ilə davam etdirildi. Sonda bədii hissə ilə sona çatdı.
Xəbər lenti
Hamısına baxHadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59

