Dostluq əlaqələri möhkəmlənir
18.12.2023 [13:22]
Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin iştirakı ilə Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi dostluğun, strateji tərəfdaşlığın gözəl nümunəsi idi. Sözsüz ki, ölkələr arasında diplomatik əlaqələrin inkişafı gələcək üçün daha genişmiqyaslı perspektivlər vəd edir, yeni əməkdaşlıq sahələrinin açılması üçün böyük imkanlar yaradır.Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan tərəfdaşları ilə birgə iştirak edir. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirsək gündəmə gətirdiyi hər bir layihəni uğurlu sonluqla başa çatdırdığını və Avropanın eneji təhlükəsizliyinə davamlı töhfələr verdiyini görərik.
Əməkdaşlığın coğrafiyasının genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi artan rolunun, möhkəmlənən mövqeyinin təqdimatıdır. Görülən işlərin zirvəsi kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi çoxtərəfli əməkdaşlığın başlanğıcıdır. 2020-ci ilin sonunda TAP-ın istifadəyə verilməsi ilə bu layihənin icrası tam şəkildə başa çatdı. Günümüzün əsas çağırışları sırasında TANAP-ın, TAP-ın genişləndirilməsi də xüsusi yer tutur.Ümumilikdə son illərdə enerji layihələrinin coğrafiyasının genişləndirilməsi, şaxələndirmə siyasətinin iştirakçı dövlətlərin maraqları baxımından nəzərdən keçirilməsi bölgədə, dünya birliyində sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə geniş imkanlar açır. Azərbaycan sabitlik və əməkdaşlıq məkanı kimi dünyanın diqqətindədir.Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində Azərbaycana dost və strateji tərəfdaş dövlətlərin sayı artmaqdadır. Son illər Azərbaycanla Mərkəzi və Şərqi Avropa dövlətləri arasında siyasi, iqtisadi əlaqələr yüksək səviyyəyə çatmışdır. Bir çox Avropa dövlətləri Azərbaycanın etibarlı tərəfdaş ölkə olduğunu vurğulayırlar.
Dövlət başçısı İlham Əliyev dekabrın 10-da Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində onu da bildirmişdir ki, gələcək planlarımız qaz təchizatının coğrafiyasını daha da genişləndirmək və Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Əsas hədəfimiz bərpa olunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpa olunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır. Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir.
Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları davamlılığı ilə diqqətdədir. Ulu Öndər “Əsrin müqaviləsi”nin imzalanmasından öncə dünya təcrübəsinə əsasən belə bir çağırışı səsləndirmişdir ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan hazırda qaz, elektrik enerjisi ixracatçısıdır.
Cənab İlham Əliyev həmin açılış mərasimində dostluq münasibətlərimizin növbəti təqdimatı olan bu mühüm hadisəni də qeyd etmişdir ki, həm Serbiya, həm Bolqarıstan, həm də Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsini dəstəklədilər. Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq Azərbaycanın zəngin neft və qaz resursları var, gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük: “Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcəkdir.”
Qarşılıqlı maraqlar üzərində qurulmuş strateji tərəfdaşlıq yeni imkanlar açır. Azərbaycan-Bolqarıstan, Azərbaycan-Serbiya münasibətlərinin dünəninə baxış əsasında gələcəkdə əməkdaşlığın inkişafı barədə aydın təsəvvür yaranır. Enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın böyük gələcəyi var. Keçirilən görüşlərdə müzakirə olunan mövzularla bağlı gələcəkdə praktiki addımlar atılacaq. Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir. Dövlət başçısı İlham Əliyev sözügedən açılış mərasimində bildirmişdir ki, gələcək planlarımız qaz təchizatının coğrafiyasını daha da genişləndirmək və Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır.
Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir, dostluq ənənələrinə sadiqliyini atdığı addımları ilə təsdiqləyir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32

