YAP-ın "Yay məktəbi" layihəsinin ikinci həftəsi öz işinə başlayıb
09.07.2012 [23:23]
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin ikinci həftəsi öz işinə başlayıb. SİA-nın verdiyi məlumata görə, layihə çərçivəsində Oğuz rayonuna səfər edən partiyanın fəal gəncləri artıq bir sıra tədbirlərdə iştirak ediblər. İlk öncə ölkəmizin müxtəlif regionlarından tədbirə qatılan gənc siyasətçilərə ölkəmiz, səfər etdikləri rayon və hakim Yeni Azərbaycan Partiyasının keçirdiyi “Yay məktəbi”nin mahiyyəti haqda ətraflı məlumat verilib, ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan danışılıb.
İlk tanışlıqdan sonra gənclərin istirahət mərkəzində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla gənclərin görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov professor Əli Həsənova “Yay məktəbi” layihəsində iştirak etdiyi üçün rəhbərlik etdiyi təşkilat adından dərin minnətdarlığını bildirib: “Artıq Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Yay məktəbi” layihəsinin ikinci mərhələsinə start verilib. Layihə çərçivəsində keçirilən bir sıra görüşlərdə gənclər üçün maraqlı olan məsələlər ətrafında müzakirələr aparılır, onları maraqlandıran suallar cavablandırılır. Bu gün isə layihə çərçivəsində gənclərlə görüşə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov gəlib. PA-nın şöbə müdirinin öz dəyərli vaxtını ayırıb bizlərlə görüşə gəlməsi hamımız üçün ayrı-ayrılıqda qürurvericidir. Mən xüsusilə qeyd etmək istərdim ki, gənclər bu görüş çərçivəsində çox önəmli məsləhətlər alacaqlar. Gənclərimizin ictimai-siyasi həyatda fəaliyyət prinsiplərinin müəyyənləşdirilməsi və inkişaf etdirilməsində yaxından kömək edən bu layihədə iştirak etdiyi üçün YAP gəncləri adından Əli Həsənova dərin təşəkkürümüzü bildiririk”.
Daha sonra çıxış edən Əli Həsənov gəncləri salamlayaraq “Yay məktəbi”ndə iştirakından məmnunluğunu bildirib. O, Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti və liderliyə gedən yolda qarşılaşdığı əziyyətlərin o zamankı şahidi kimi təsvir edib: “Bu gün “Liderliyə gedən yol” dediyimiz zaman ilk olaraq ağlımıza Ulu öndərimizin siyasi fəaliyyəti gəlir. ümummilli liderin siyasi fəaliyyəti və keşməkeşli liderlik yolu hər birimiz üçün örnəkdir. Mən o zamanlar sizin yaşda gənc idim. Bizlər hamımız Heydər Əliyevin hakimiyyətə gəlməsini istəyirdik. çünki anlayırdıq ki, bu xalqın tək xilaskarı Heydər Əliyevdir. O dövrdə gözlərini hakimiyyət hərisliyi örtmüş bəzi “liderlər” xalqın gələcəyini düşünmürdülər. Lakin böyük çətinliklərdən sonra Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlişi ilə xalqımızın gələcəyini təyin edən addımlar atdı. O, öz liderlik bacarığı ilə xalqımıza müstəqillik gətirdi, insanlara azadlıq düşüncələrini aşıladı. Bu gün Azərbaycanda bünövrəsi Ulu öndərimiz tərəfindən qoyulan siyasət uğurla davam etdirilir. Bu gün ölkəmizdə gənclərimizin gələcəyi, təminatı və ictimai-siyasi proseslərdə yaxından iştirakı üçün bütün şərait yaradılıb. Bir sözlə Azərbaycanda gənclər siyasəti çox uğurla həyata keçirilir. Gənclərimiz də bundan kifayət qədər yararlanırlar. Lakin biz gənclərimizin təfəkkürlərinin daha da inkişaf etməsini, onların parlaq gələcək naminə daha da uğurlu addımlar atmasını istəyir və buna çalışırıq”.
Bütün bunlarla yanaşı, Əli Həsənov dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti, onunla bağlı qəbul olunmuş bir sıra qanunlar, proqram və nizamnamələrin əhəmiyyətindən danışıb, bu barədə gənclərlə müzakirə aparıb.
Daha sonra YAP fəallarını maraqlandıran suallara aydınlıq gətirilib. İpoteka kreditləri, diaspor təşkilatlarının fəaliyyəti, məşğulluq məsələləri, beynəlxalq arenada baş verən hadisələrə münasibət, sosial məsələlər və digər mövzuları əhatə edən suallardan sonra isə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına dair gənclərin təklifləri səsləndirilib.
Görüş çərçivəsində dünən Azərbaycan gəncliyini maraqlandıran bir sıra problemlərin həlli üsulları da araşdırılıb. Gənclərin təhsil və iş problemləri, gənc ailələrin güzəştli kreditlər əldə etməsi və bir sıra digər məsələlər ətraflı müzakirə olunub.
Görüşün sonunda Əli Həsənov “Yay məktəbi” layihəsinin iştirakçıları ilə xatirə şəkli çəkdirib.
Xəbər lenti
Hamısına baxSosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25

