Təhsil eksperti: İmtahan sualları sadələşdirilməlidir
18.04.2024 [15:02]
Bu il DİM tərəfindən 3 mart və 10 mart tarixlərində 105 369 nəfər 11-ci sinif şagirdinin mərkəzləşmiş qaydada buraxılış imtahanı keçirilib və bu imtahan təhsil ictimaiyyəti arasında böyük ajiotaja səbəb olub. Belə ki, imtahanda son illərin ən rekord göstəricisi olaraq 53 şagird mümkün olan maksimum 300 balı toplamağı bacarıb. Qeyd edək ki, keçən il imtahan verən 101 321 şagirddən 1 nəfər belə 300 bal toplaya bilməmişdi. Belə olduğu halda sual yaranır - 1 il ərzində dəyişən nə oldu?
Təhsil üzrə ekspert Cahid İmanlı "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, bu ilki imtahan sualları keçən ilə nisbətən asan, aydın, anlaşıqlı və ən əsası, nəhayət ki, orta məktəb bazasına daha yaxın idi: "Heç bir ölkədə təhsil statistikasında bir ildə "təhsilin keyfiyyətində" irəliləyiş baş vermir. Üstəlik, bunun baş verməsi üçün hansısa bir fenomenal islahat da keçirilməyib.
Nə qədər paradoksal olsa da, keçən ilki 101 321- də 0 nisbətindən fərqli olaraq bu il təxmini hər 1988 şagirddən biri 300 balı qazanmağa müvəffəq olub. Bu rəqəmi sinif komplektinə uyğunlaşdırsaq hər sinifdə şagird sayı 24-25 olan 80 sinif edir. Düşünürəm ki, bu əmsal da, yəni 1988-də 1 və ya 80 sinif kontingentindən məhz 1 nəfər şagirdin ən yüksək balı yiğması imtahan suallarının daha da sadələşməsi zərurətini ortaya qoyur".
Ekspertin sözlərinə görə Dövlət İmtahan Mərkəzi imtahanları elə təşkil etməlidir ki, universitetlərin boş qalan plan yerləri olmasın: " Bu ilki buraxılış imtahanı suallarını hazırlayan mütəxəssisləri, eləcə də bu sahədə DİM-in dəyişikliyini müsbət qiymətləndirir və təqdir edirəm. "
Xatırladaq ki, keçən ilki DİM-in keçirdiyi buraxılış imtahanının sualları etirazlara səbəb olmuşdur.
C. İmanlı bildirir ki, ötən ilki imtahan sualları çox yüksək, akademik tələblərin olduğunu göstərirdi və haqlı etirazlar da bununla bağlı idi: "Keçirilən imtahanın məzmununu yaddan çıxarmaq olmaz. 11-ci sinif buraxılış imtahanı məktəbin tələbləri səviyyəsində olmalıdır. Sevindirici haldır ki, bu il DİM daha humanist, ədalətli, gözlənilən və adekvat qərar verərək imtahan suallarını abituriyentlərə normal çərçivədə təqdim etdi".
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

