Bu günün balacaları sabahın böyükləridir...
23.04.2024 [11:20]
Türkiyədə Milli suverenlik və Uşaq Bayramı günüdür
Yeganə BAYRAMOVA
Türkiyənin hər bir tərəfində bu gün bayram əhval-ruhiyyəsi yaşanır. 23 aprel qardaş ölkənin tarixində dönüş nöqtələrindən biridir. Belə ki, həmin tarixdə Türkiyə xalqı öz suverenliyini ölkəni ələ keçirmək istəyən düşmənlərə və onlarla əməkdaşlıq edənlərə qarşı mübarizə apararaq əldə etmişdi. 1920-ci il aprelin 23-ü, eyni zamanda, türk millətinin iradəsini təmsil edən Birinci Böyük Millət Məclisinin qurulması və türk xalqının suverenliyini elan etdiyi tarixdir. Həmin gün Türkiyədə Milli suverenlik və Uşaq Bayramı günü kimi qeyd olunur.
Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk 1924-cü il aprelin 23-də bayramın qeyd edilməsi barədə qərar verib. 1927-ci ildən isə bu tarix həm də Uşaqlar Günü kimi qeyd olunur.
“Bu günün balacaları sabahın böyükləridir”,-deyən Atatürk bayram ərəfəsində dövlətin idarəsinin uşaqların öhdəsinə buraxılması ənənəsinin əsasını qoyub. Bu çərçivədə keçirilən 23 aprel tədbirlərində Türkiyədə uşaqlar nitq söyləyir, şeirlər oxuyur. Hər il 23 apreldə Türkiyə prezidenti, baş naziri, şəhər valiləri, bələdiyyə sədrləri, kənd və qəsəbə muxtarları öz yerlərini müəyyən olunan uşaqlardan birinə verir. Azyaşlıların bu vəzifədə verdiyi göstərişlərə də riayət olunur.
23 Apreldə bayram Türkiyə Respublikası dövlət adamlarının, Anıtkabir də daxil olmaqla, müxtəlif Atatürk abidələri yanında rəsmi mərasimlərlə başlayır, stadionlarda ibtidai təhsil şagirdlərinin hazırladığı nümayişlərin sərgilənməsi və rəsmi keçidlərlə davam edir. Rəsmi tədbirlərdən sonra müxtəlif növ yarışmalar keçirilir. Müxtəlif qeyri-hökumət təşkilatları və ya qurumlar tərəfindən təşkil edilən tədbirlərə yer verilir.
Türkiyə 23 Apreli bütün dünya uşaqlarının qeyd etdiyi bir bayram halına gətirməyi məqsəd qoymuşdu. Birinci dəfə yalnız SSRİ, İraq, İtaliya, Rumıniya və Bolqarıstanın iştirak etdiyi şənliyə hazırda təxminən 50-dən çox ölkənin uşaqları qatılır. Bayram tədbirləri 1979-cu ildən 2000-ci ilə qədər Türkiyənin paytaxtı Ankarada təşkil edilib, daha sonra ölkənin başqa şəhərlərində də həyata keçirilir.
Müstəqilliyinin sarsılmaz ifadəsi olaraq türk millətinin qəlbində ən mühüm yer tutan 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı hər il ölkəmizdə və xaricdəki nümayəndəliklərimizdə, bütün qurumlarımızda müxtəlif tədbirlərlə qeyd edilir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

