Polis əməkdaşları səsvermə günü hansı vəzifələri yerinə yetirirlər?
26.08.2024 [12:33]
Milli Məclisə seçkilərin keçirilməsinə 5 gün vaxt qalıb. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq.
Sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək.
Maraqlıdır, polis əməkdaşları səsvermə günü hansı vəzifələri yerinə yetirir? Onlara nələri etmək qadağandır?
“Seçki 2024” Müstəqil Media Mərkəzinin məlumatına görə, polis əməkdaşı Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanında vəzifə tutan və “Polis haqqında” qanunla və digər qanunvericilik aktları ilə müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur.
O, qanunvericilikdə nəzərdə tutulmuş qaydada ictimai qaydanın qorunması və ictimai asayişin bərpa edilməsi kimi xidməti vəzifələri yerinə yetirir. Polis əməkdaşlarının qanunazidd hərəkətləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət yaradır.
Azərbaycan vətəndaşı kimi polis əməkdaşının da qanunvericilikdə müəyyənləşdirilmiş qaydada seçkilərdə seçici qismində iştirak etmək hüququ var.
Milli Məclisə seçkilər zamanı qeydiyyatdan çıxma vəsiqəsi müvafiq seçki dairəsinin ərazisində tətbiq edilir. Əgər polis əməkdaşı seçki günü fəaliyyəti ilə əlaqədar aid olduğu seçki məntəqəsində səs verə bilmirsə, o, qeydiyyatdan çıxma vəsiqəsi ilə ərazisində olduğu seçki məntəqəsində səsvermədə iştirak edə bilər. Qeydiyyatdan çıxma vəsiqəsi dairə seçki komissiyasından səsvermə gününə 45-25 gün qalmış, məntəqə seçki komissiyasından isə səsvermə gününə 24-3 gün qalmış götürülə bilər.
Polis əməkdaşı səsvermə günü nələri etməlidir?
- Polis əməkdaşı səsvermə günü xidməti formada olmalıdır;
- Polis əməkdaşı xidməti vəzifəsini seçki məntəqəsi yerləşən binadan azı 100 metr aralıda yerinə yetirməlidir;
- Polis əməkdaşının Seçki Məcəlləsinin 104.14-cü maddəsinə əsasən səsvermədə seçici kimi iştiraketmə hallar istisna edilməklə, səsvermə zamanı seçki məntəqəsində olması qadağandır;
- Polis əməkdaşı yalnız məntəqə seçki komissiyası sədrinin dəvəti ilə ictimai asayişi bərpa etmək üçün səsvermə otağına daxil ola bilər. Bu zaman səsvermə müvəqqəti olaraq dayandırılır. Polis əməkdaşı ictimai asayişi bərpa edərkən qanunvericiliyin müvafiq müvafiq tələblərinə əmək etməli, ictimai asayiş bərpa edildikdən sonra dərhal seçki məntəqəsini tərk etməli və öz xidməti vəzifəsini yuxarıda göstərilən məsafədə yerinə yetirməlidir.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

