Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir
14.09.2024 [20:45]
Bu gün Göygöl rayonunun Keşkü kəndində Azərbaycanda ilk dəfə “Moruq Festivalı”na start verilib.
Yeniazerbaycan.com bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, sabah başa çatacaq və Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək festivalın tərəfdaşları nazirliyə məxsus Aqrar İnnovasiya Mərkəzi, "Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi" MMC, Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi, eləcə də Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, digər dövlət və özəl qurumlardır.
Festivalın məqsədi bölgənin turizm sektoru üzrə rəqabət qabiliyyətini yüksəltmək, aqroturizmin inkişafına dəstək vermək, Göygöl rayonunun unikal cəhətlərini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarını tanıtmaq, moruq istehsalının təşviqi yolu ilə iqtisadiyyatın inkişafına töhfə verməkdir.
Tədbiri giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, Prezident İlham Əliyev aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan edib. Aqrar sahənin ölkə iqtisadiyyatının əsas strateji və ən çox dövlət dəstəyi göstərilən sahələrdən biri olduğunu deyən icra başçısı qeyd edib ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəştlər və yardımlar aqrar sahənin dinamik inkişafını təmin edir. Ölkəmizdə kənd təsərrüfatı sahəsində innovasiyalar və müasir texnologiyaların tətbiqinə, davamlı inkişaf prinsiplərinə önəm verilir. Elvin Paşayev əlavə edib ki, zəngin turizm potensialına malik olan Göygöl rayonu aqrar sahənin inkişafında mühüm paya malikdir. Rayonda moruqçuluq təsərrüfatının inkişaf etdiyini vurğulayan icra başçısı hər il təşkil olunacaq Moruq Festivalının aqrar və turizm sahələrinin inkişafına mühüm töhfə verəcəyini qeyd edib.
Tədbirdə çıxış edən Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Rəcəb Öztop aqroturizm potensialından düzgün istifadə, məhsulların brendləşməsi, satış marketinq işinin təşkili məsələlərinə toxunub. Onun fikrincə, bu festival moruq məhsulunun Göygöl rayonu üçün brendləşməsinə gətirib çıxaracaq, eyni zamanda rayonun sosial-iqtisadi və mədəni inkişafına öz müsbət təsir edəcək.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə öz növbəsində aqrar sahədə keçirilən festival və sərgilərin əhəmiyyətinə toxunub. Meyvə və giləmeyvələrin ixracda xüsusi yer tutduğunu diqqətə çatdıran Anar Cəfərov əlavə edib ki, Nazirlik fermerlərin istehsal etdikləri məhsullarının birbaşa satışının təşkil olunması və fəaliyyətinin genişləndirməsi üçün mütəmadi festival və sərgilərin keçirilməsini dəstəkləyir.
Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov aqrar sahədə festivalların daxili turizmin inkişafında və regionlarda məşğulluq səviyyəsinin artmasında rolundan bəhs edib. Elgün Cavadov bölgənin iqlim şəraiti, yeni bağların salınması, moruq festivalının keçirilməsinin daxili turizmin inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Bu festivala böyük marağın olduğunu deyən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov belə tədbirlərin milli mənəvi dəyərlərin yaşadılması, fermerlərin yeni bilik və bacarıq əldə etməsində faydalı olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqının sədri Fuad Məmmədov moruq festivalının məhz Göygöl rayonunda keçirilməsinin təsadüfi olmadığını deyib. Göygöl rayonunda giləmeyvəçiliyin inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdıran F.Məmmədov əlavə edib ki, bu sahəyə dövlət dəstəyinin genişləndirilməsi rayonun giləmeyvə üzrə ixtisaslaşmasına mühüm təsir göstərəcək, ilk dəfə keçirilən bu festival həm Göygöl rayonunun turizm və aqrar potensialının daha səmərəli istifadəsinə öz töhfəsinin verəcək.
3 ha ərazidə təşkil olunan festivalda ziyarətçilərə moruq istehsalı ilə daha yaxından tanış olmaq imkanı yaradılıb, yerli istehsalçılar tərəfindən təqdim olunan moruq sortlarının dequstasiyası və satışı təşkil edilib. Festivala gələn ziyarətçilər 100-ə yaxın fermer və sənətkarın istehsal etdiyi məhsullar və xalq tətbiqi sənətkarlıq nümunələri ilə tanış olub, bəyəndikləri məhsulları ən sərfəli qiymətə almaq imkanı qazanıblar. Tədbir çərçivəsində qonaqlar üçün müxtəlif əyləncəli şou proqramlar nümayiş olunub.
Həftəsonu hər gün 10:00-21:00 aralığında baş tutacaq festivalın ərazisi məkan olaraq müxtəlif interaktiv zonalara bölünüb. Ziyarətçilər kənd təsərrüfatı məhsullarının sərgi-satış yarmarkasına, moruq təsərrüfatı guşəsinə baş çəkib, müxtəlif dequstasiya tədbirlərində iştirak edib, ustad dərslərini, o cümlədən moruqla rəsm çəkməyə dair ustad dərsini izləyiblər. Ziyarətçilər eyni zamanda açıq havada konsert proqramını, idmançıların nümunəvi çıxışlarını izləmək imkanı qazanıblar. Ərazidə xüsusi kampinq zonası da təşkil olunub.
Göygöl rayonu ən çox giləmeyvə, o cümlədən moruq becərilən rayonlardan biridir. Bu faydalı giləmeyvə əvvəllər rayonun dağlıq ərazilərində, su mənbələrinin kənarlarında yetişdirilsə də, son illər böyük ərazilərdə sənaye üsulu ilə əkilib becərilir. Fermerlər moruğun daha məhsuldar olan “Polka” və Polyana” sortlarını becərməyə üstünlük verirlər.
Moruq xalq təbabətində ən geniş istifadə olunan giləmeyvələrdən sayılır. Çay kimi dəmlənmiş meyvələr soyuqdəymədə hərarət salan vasitə kimi istifadə edilir. Moruq tərkibində ən çox dəmir olan giləmeyvədir. Giləmeyvənin 100 qramının enerji dəyəri 41 kaloridir. Qlükoza və fruktoza ilə zəngin olduğuna görə ürək-damar və beyin patologiyası zamanı faydalı hesab olunur.
“Moruq Festivalı” məhsul bayramı xarakteri daşımaqla yanaşı, moruq istehsalçılarına yeni işgüzar əlaqələr qurmağa, məhsullarını geniş auditoriyaya tanıtmağa imkan verir.
Festivalı hər gün ən azı 5 min insanın ziyarət edəcəyi gözlənilir.
Xəbər lenti
Hamısına baxSosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10

