Kənd təsərrüfatı naziri Yevlax və Goranboyda pambıq sahələrinə baxış keçirib
28.10.2024 [18:19]
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Yevlax və Goranboy rayonlarında pambıq sahələrinə baxış keçirib, məhsul yığımının gedişi ilə tanış olub.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, nazir əvvəlcə Yevlax rayonunun Aran qəsəbəsində fermer Amid Bədəlovun pambıq sahəsi ilə tanış olub, pambıq yığımı prosesində iştirak edib. Altı-yeddi hektar sahədə yerləşən pambıq sahəsində yığım ərəfəsi son aqrotexniki tədbirlər həyata keçirilib, sahə defolyasiya olunub. Aqrotexniki qulluq qaydalarına düzgün riayət olunması nəticəsində sahədə bol məhsul yetişib.
Məcnun Məmmədov fermerlərə pambıqçılığın inkişafına dair dövlət dəstəyi, əkinə hazırlıq prosesi, suvarmanın düzgün təşkili üçün torpaq sahələrinin lazer mala ilə hamarlanması, pambıq əkinlərində müasir suvarma sistemlərindən istifadənin əhəmiyyəti, su və torpaq resurslarının düzgün istifadə olunmasının məhsuldarlığa müsbət təsiri barədə fermer və iştirakçılarla fikir mübadiləsi aparıb.
Sonra nazir MKT İK MMC-nin Yevlax İnnovasiya Təsərrüfatının fəaliyyəti ilə tanış olub. Nazirə şirkətin respublikanın müxtəlif rayonlarında pambıq əkinlərinin həyata keçirdiyi, bu sahələrdə müasir becərmə və suvarma texnologiyalarının tətbiqi istiqamətində addımlar atıldığı barədə məlumat verilib. Qeyd olunub ki, baxış keçirilən təsərrüfatda 360 hektar sahədə pivot suvarma sistemləri altında pambıq becərilir. Pambığın becərilməsində müasir suvarma sistemlərindən istifadə suvarma suyuna qənaət etməklə yanaşı, yüksək məhsuldarlığı da təmin etmiş olur. “Ötən ildən başlayaraq MKT İK MMC ilə müqavilə əsasında əməkdaşlıq edən fermerlərin təsərrüfatlarında becərmədən öncə sahələrdə lazer hamarlanması işləri həyata keçirilib. Hamarlanmış sahələrdə səth suvarma işləri xeyli asanlaşıb, suvarmaya sərf olunan vaxt əvvəlki illərlə müqayisədə 7 dəfə azalıb. Bu isə həm əmək resurslarına, həm də suvarma suyuna qənaət etməyə imkan verib. Bu təcrübənin daha geniş sahələrdə tətbiqi istiqamətində işlər davam etdirilir. Yevlax İnnovasiya Təsərrüfatında pivot altında eyni zamanda 16 pambıq sortunun müqayisəli əkinləri aparılıb. Gələcəkdə müqayisəli təhlil əsasında daha yaxşı sortların seçilərək geniş sahələrdə yayılması istiqamətində araşdırmalar aparılır”,- deyə əlavə olunub.
Daha sonra təsərrüfatda “GP Cotton Holdings” şirkətinin fəaliyyətinə dair təqdimat keçirilib. Vurğulanıb ki, holdinqin tərkibinə daxil olan “Giltex” MMC “Amorfi BSCİ” sertifikatı əldə edib və bu sertifikat bir sıra dünya brendləri tərəfindən qəbul olunur. “GiLTEX "MMC Azərbaycanda pambıq və tekstil istehsalı ilə məşğul olan “GP Cotton Holdings” şirkətinin bir hissəsidir. Bu şirkətə daxil olan iplik, toxuculuq, boya, geyim və tibbi maska istehsal edən fabriklərində əsasən "MKT İstehsalat Kommersiya" MMC-in istehsal etdiyi yerli pambıqdan istifadə olunur.
Səfər çərçivəsində nazir Məcnun Məmmədov “Azərşəkər” MMC-nin Yevlax rayonunda yerləşən müasir əkinçilik təsərrüfatına baxış keçirib. Nazirə pivot suvarma sistemi üzərində qurulmuş mobil damlama sistemi ilə bağlı təqdimat keçirilib. Bu sistemin tətbiqi nəticəsində suvarma suyuna 50 faiz suya qənaət olunduğu söylənilib. Eyni zamanda, məhsuldarlıqda artım da müşahidə olunmaqla yanaşı, məhsulun keyfiyyət göstəricilərində də yaxşılaşmaya nail olunub. Bu mövsüm təsərrüfatda arpa biçinindən sonra test məqsədilə təkrar pambıq əkinləri aparılıb və hal-hazırda sahələrdə inkişaf normaldır.
“Azərşəkər” MMC-nin əkin sahələrində heç bir torpaq əməliyyatı aparılmadan birbaşa strip till texnologiyası ilə payızlıq buğdanın səpini həyata keçirilib. Eyni zamanda, bir neçə əməliyyatı həyata keçirən texnikadan istifadə səpin prosesini daha qısa müddətə və keyfiyyətli aparmağa imkan verir, əmək resursları, yanacaq və gübrədən qənaətlə istifadə imkanı yaradır, atmosferə atılan karbon emissiyasının azaldılmasını təmin edir.
Nazir becərmə prosesində müasir innovativ üsullarının tətbiqi təcrübəsinin daha geniş sahələrdə yayılmasının vacibliyini qeyd edib, su və torpaq resurslarından səmərəli istifadənin önəmini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

