Türkiyənin ölkəmizdəki səfiri Azərbaycan Ağsaqqallar Şurasında olub
27.01.2025 [19:36]
Ölkəmizdə diplomatik fəaliyyət müddətini başa vurmaqda olan Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı yanvarın 27-də Azərbaycan Ağsaqqallar Şurasında olub.
Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevlə yanaşı, sədrin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov, Bayram Yusifov, professor Vahid Novruzov, akademik Abel Məhərrəmov, həmçinin Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov və təşkilatın digər əməkdaşları iştirak ediblər.
Səmimi şəraitdə keçən görüş və söhbət zamanı Eldar Quliyev əvvəlcə Türkiyənin Bolu vilayətində baş verən faciəvi yanğınla bağlı qardaş ölkəyə bir daha başsağlığı verib, dəhşətli hadisə nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyib. Azərbaycanın hər zaman Türkiyə dövlətinin və xalqının yanında olduğunu bildirib. Sonra natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın, eləcə də xalqlarımızın arasındakı qardaşlıq və dostluq münasibətlərindən söz açıb. Vurğulayıb ki, bu tarixi və qardaşlıq əlaqələrinin yeni səviyyəyə yüksəldilməsində Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçının səmərəli fəaliyyəti və əzmkarlığı xüsusi qeyd olunmalıdır. “Hörmətli səfirin diplomatik missiyası dövründə həyata keçirilən strateji layihələr, qarşılıqlı yüksək səviyyəli səfərlər, ictimai-siyasi, mədəni və iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətindəki səylər hər iki xalqın rifahına xidmət etmişdir. Xüsusilə, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Cahit Bağçının Azərbaycanın haqq səsinə verdiyi dəstək unudulmazdır”, – deyə natiq bildirib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının işğaldan azad edilmiş torpaqlarımıza dəfələrlə səfər etdiyini xüsusi vurğulayaraq onun hərtərəfli və əzmkar fəaliyyətini yüksək dəyərləndirib. Natiq Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçının Azərbaycan Ağsaqqallar Şurası ilə olan yaxın əməkdaşlığından, qarşılıqlı səmərəli görüşlərdən və səfərlərdən ətraflı bəhs edərək, Şuranın fəaliyyətinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Azərbaycan Ağsaqqallar Şurasının 35 mindən çox üzvü adından ona doğma Türkiyənin işıqlı gələcəyi naminə dəyərli fəaliyyətində uğurlar və möhkəm cansağlığı diləyib! Əmin olduğunu bildirib ki, harada olmağından asılı olmayaraq, Cahit Bağıçı kimi dəyərli bir şəxsiyyət Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına və iki qardaş xalqın birliyinə hər zaman böyük dəstək göstərəcəkdir.
Görüşdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov da Azərbaycanla Türkiyənin sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən söz açıb. Qeyd edib ki, ölkəmizə çox bağlı olan, Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini uğurla icra edən Cahit Bağçı sayəsində son illər ərzində iki qardaş ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edib, qarşılıqlı faydalı əməkdaşlığımız daim artıb. Natiq Türkiyə və Azərbaycan arasında əlaqələrin daha da dərinləşməsinə verdiyi dəyərli töhfələrə görə səfirə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov da Türkiyənin ölkəmizdəki səfirinin fəaliyyətini yüksək qiymətləndirib. Respublikamızda səmərəli diplomatik fəaliyyəti ilə Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin inkişafı sahəsində gördüyü böyük işlərə görə səfir Cahit Bağçıya minnətdarlığını bildirən natiq onu qarşıda daha böyük nailiyyətlərin gözlədiyinə əmin olduğunu bildirib.
Öz çıxışında Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, professor Vahid Novruzov Cahit Bağçının şərəfli, eyni zamanda çətin və tarixi bir dövrə təsadüf edən səfirlik fəaliyyətindən bəhs edib. Bildirib ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz doğma torpaqlarımızı işğaldan azad etdikdən sonra ölkəmizə qarşı ədalətsiz hücumların olduğu dövrdə, Türkiyədə dəhşətli zəlzələ baş verdikdə və digər hadisələr zamanı Cahit Bağçı öz müdrik, təmkinli davranışı və səmərəli fəaliyyəti ilə seçilib. Vahid Novruzov da Türkiyənin ölkəmizdəki səfirinə gələcək fəaliyyətində davamlı uğurlar diləyib.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, akademik Abel Məhərrəmov da görüşdə səsləndirilən xoş sözlərə qoşulub. Vurğulayıb ki, biz çətin bir vəzifənin öhdəsindən həmişə layiqincə gələn səfir Cahit Bağçının hər zaman müsbət və dəyərli fəaliyyətinin şahidi olmuşuq. Əminik ki, bundan sonra onun qazandığı uğurların xoş sədasını eşidəcəyik.
Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı öz nitqində Azərbaycanla bağlı xoş təəssüratlarını dilə gətirib, qardaş ölkədə səfir kimi fəaliyyətini hər zaman böyük fəxrlə xatırlayacağını bildirərək, haqqında səsləndirilən gözəl sözlərə və göstərilən dəstəyə görə Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyinə və hər bir üzvünə öz minnətdarlığını bildirib. Bundan sonra da Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.
Sonra Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçıya ünvanlanan minnətdarlıq məktubunun mətni görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Daha sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə və Şuranın fəaliyyətinə göstərdiyi dəstəyə görə təltif olunan Cahit Bağçıya “Fəxri Ağsaqqal” döş nişanını və digər hədiyyələri təqdim edib, bir daha ona möhkəm cansağlığı, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25

