Mətbuat Şurası mediada məhkəmə proseslərinin işıqlandırılması halları ilə bağlı açıqlama yayıb
31.01.2025 [15:22]
Mətbuat Şurası dəfələrlə jurnalistlərə, media orqanlarına cəmiyyət həyatında baş verən hadisə və prosesləri işıqlandırarkən həssas davranmalarını tövsiyə edib. Son dövrlər apardığımız müşahidələr həssaslığın xüsusilə məhkəmə proseslərinə münasibətdə göstərilməsi zərurətini ön plana çıxarır.
Bu fikirlər Məbuat Şurasının mediada məhkəmə proseslərinin işıqlandırılması halları ilə bağlı yaydığı açıqlamasında yer alıb.
Açıqlamada bildirilir: “Əlbəttə, məhkəmə orqanları mövcud instansiyalardakı çəkişmələrin predmetlərindən və digər məqamlardan asılı olaraq, proseslərin açıq və ya qapalı keçirilməsinə qərar vermək səlahiyyətindədirlər. Hər iki halda medianın cəmiyyətə informasiya vermək hüququ var və bu zaman başlıca amil ictimailik dərəcəsinin əsas götürülməsidir. Yəni, nəzərə alınmalıdır ki, konkret məhkəmə prosesinin işıqlandırılması cəmiyyətə nə verəcək, nəyi aşılayacaq?
“Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nda yayımlanmış materialların ictimai əhəmiyyət kriteriyasına cavab verdiyi hallar göstərilib. Bunlar sağlamlıq və təhlükəsizliyin qorunması, ictimaiyyətin ağır cinayətlərdən və vəzifədən sui-istifadə hallarından müdafiə olunması, ictimaiyyətin əhəmiyyətli dərəcədə yanlış istiqamətləndirilməsi təhlükəsinin aradan qaldırılmasıdır. Söhbət məhkəmələrdən gedirsə, mühüm tələb təqsirsizlik prezumpsiyasına əməl edilməsidir ki, bu və həmçinin dəqiqliyin və qərəzsizliyin gözlənilməsinin vacibliyi də qaydalarda əksini tapıb.
Təəssüf ki, medianın məhkəmə proseslərinin işıqlandırılmasına yanaşmasında həssaslıq parametrlərinin zəif nəzərə alındığını, bəzən isə heç nəzərə alınmadığını görürük. Xarakterik hallardan biri də ittiham aktlarındakı ayrı-ayrı məqamların kontekstdən çıxarılaraq sərlövhələrə daşınmasıdır. Bəzən başlıqlara diqqət yetirəndə media materialının çıxarılmış konkret hökm olması təəssüratı yaranır. Halbuki, yekunda veriləcək məhkəmə qərarının ittiham aktında göstərilənlərlə uyğun olmaması ehtimalları var.
Digər tərəfdən, hesab edirik ki, jurnalistlərin məhkəmə proseslərinin işıqlandırılması ilə bağlı həssaslığı baxımından başlıca tələb ədalət instansiyasında müzakirəsi aparılan işin özünün spesifikasının nəzərə alınmasıdır. Bu tələb gözlənilmədikdə hansısa həssas məsələ ətrafında onsuz da mövcud olan gərgin durum yeni xoşagəlməz ab-havanın formalaşmasına, fərqli interpretasiyaların dövriyyəyə girməsinə, nəticədə ziddiyyətlərin kəskinləşməsinə gətirib çıxarır.
Jurnalistika və media heç bir halda cəmiyyətdə gərginliyin yaranmasına və artmasına, ayrı-ayrı fərdlər arasında münaqişələrin alovlanmasına xidmət etməməli, tam qərəzsiz davranmalı, fəaliyyəti ilə qərəzli olduğuna dair azacıq şübhələrin belə olmasına yol verməməlidir. Əksinə, problemli situasiyaların aradan qaldırılması naminə çalışmalı, bir sözlə, mütərəqqi missiya yerinə yetirməlidir. Ona görə də məhkəmə prosesləri ilə bağlı təqdimatlarda bütün təfərrüatlar və incəliklər, hətta region və bölgənin xüsusiyyətləri, insanların emosional-psixoloji durumları ciddi şəkildə nəzərə alınmalıdır. Ən böyük peşəkarlıq budur və jurnalistlərimizi ümumən bütün məsələlərə yanaşmada, o cümlədən, məhkəmə proseslərinin işıqlandırılmasında peşəkarlığa çağırırıq. Peşəkarlıqla demokratik cəmiyyət quruculuğuna töhfə verək ki, insanlarda haqq və ədalət gözləntiləri sarsılmasın, onlar həyatdan küsməsinlər.”
Xəbər lenti
Hamısına baxMüsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32

