/ / İmişli rayon Ağsaqqallar Şurasının qərərgahında Ağamallar kənd ərazi təşkilatının təsis iclası keçirilib
İmişli rayon Ağsaqqallar Şurasının qərərgahında Ağamallar kənd ərazi təşkilatının təsis iclası keçirilib
13.02.2025 [16:38]
İmişli rayon Ağsaqqallar Şurasının qərərgahında Ağamallar kənd ərazi təşkilatının təsis iclası keçirilib.
Tədbirdə İmişli rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini Vahid Tağıyev, İdarə heyətinin üzvü Famil İmanov, rayon ağsaqqallar şurasının mətbuat orqanı olan "Xalq sözü" qəzetinin baş redaktoru Nizami Aslanoğlu və Ağamallar kənd ağsaqqalları iştirak edirdi.
İlk öncə torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərimizin və yaxın zamanlarda dünyasını dəyəşən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini Vahid Tağıyev İmişli Rayon Ağsaqqallar Şurasının sədri, hörmətli Saleh Səmədovun salamını tədbir iştirakçılarına çatdırdı. Sonra nitqinə davam edərək respublikamızda, o cümlədən rayonumuzda Ağsaqqallar Şurasının fəaliyyəti haqqında ətraflı məlumat verdi. Azərbaycanda ağsaqqallıq missiyasının mill-mənəvi dəyərlərimizin əsas amillərindən biri olaraq davam etdiyini, onun cəmiyyətdaxili sabitliyin qorunmasında rolunu və əhəmiyyətini qeyd etdi.
Ölkəmizdə möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında aparılan abadlıq quruçuluq işlərindən, sosial-iqtisadi inkişafdan, Azarbaycanın artan qüdrətindən, beynəlxalq nüfuzundan danışdı. Azərbaycan ağsaqqallarının həmişə olduğu kimi bu gün də dövlətimizə sədaqətlə xidmət etdiyini, gənc nəslin milli-mənəvi dəyərlərə və adət-ənənələrimizə hörmət hisləri ilə tərbiyə edilməsində onların xüsusi rola malik olduğunu bildirdi.
O, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun apardığı xeyriyyəçilik işlərini, həmişə rayon sakinlərinin müraciətlərinə həssaslıqla yanaşmasını, müvafiq məsələlərin həll edilməsi sayəsində vətəndaş məmnunluğuna nail olunmasını qeyd etdi.
Sonra çıxış edən Rayon Ağsaqqallar Şurası İdarə heyətinin üzvü Famil İmanov bildirdi ki, ağsaqqal adı şərəfli olduğu qədər də məsuliyyətlidir. Rayonumuzda həmişə saylıb seçilən ağsaqqallarımız çox olub, onlarla fəxr etmişik. İnanıram ki, Ağamallar kənd ağsaqqallar şurası da bu missiyanın öhdəsindən layiqincə gələcəkdir.
Məsələ ətrafında digər çıxış edənlər də öz ürək sözlərini ifadə edərək ağsaqqalların uğurlu fəaliyyətinə inamlarını bildirdilər.
Tədbirdə əsasnaməyə uyğun olaraq Ağamallar kənd ağsaqqalları arasından səsvermə yolu ilə idarə heyətinin üzvləri, sədr və sədr müavinləri seçildi.
Belə ki, açıq səsvermə yolu ilə, Məmmədov Cəmil Məmmədəli oğlu, Zalov Nemət İbrahim oğlu, Qanbayev Rəsul Humay oğlu, Kərimov Kərim Əlabbas oğlu, Məmmədov Kamil Şamil oğlu, Həmidov Səbuhi Maşdı oğlu, İsmayılov Aqil Ataməli oğlu, Məmmədov Fəyyar Qara oğlu və Baxışov Çingiz Bəhmən oğlu İdarə heyətinin üzvləri, onların arasından isə Məmmədov Cəmil Məmmədəli oğlu - sədr, Zalov Nemət İbrahim oğlu - müavim, Qanbayev Rəsul Humay oğlu - müavin seçildilər.
Sonra yeni seçilən Ağamallar kənd ağsaqqallar şurasının sədrinə və müavinlərə Azərbaycan Ağsaqqallar Şurasının xüsusi nişanları təqdim olundu.
Tədbir iştirakçıları tərəfindən yeni təsis edilən Ağamallar kənd ağsaqqallar şurasının üzvləri təbrik edilərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulandı.
Tədbirin sonunda xatirə fotoları çəkildi.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

