Nefçala və Salyan rayonlarında Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib
01.05.2025 [15:32]
Aprel ayının 30-da Nefçala və Salyan rayonlarında Ağsaqqallar Şuralarının illik hesabat konfransları keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, rayon ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfranslarda Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra tədbir iştirakçılarını salamlayan hər iki rayonun icra başçıları müstəqil dövlətimizin inkişafında və möhkəmlənməsində ağsaqqalların əvəzsiz xidmətlərindən söz açıblar. Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayaraq mənəvi dünyamızda, milli mentalitetimizdə ağsaqqal, ağbirçək sözünün, xeyir-duasının həmişə ən ali həyat məramı olduğunu bildiriblər. Şəhər və rayonlarımızın daha da inkişaf etdirilməsinə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə, eləcə də abadlıq-quruculuq və yenidənqurma işlərinə ağsaqqallarının hər zaman töhfə verəcəklərinə əmin olduqlarını diqqətə çatdırıblar.
Sonra Neftçala Rayon Ağsaqqallar Şurasının sədri Əbülfəz Ağayevin və Salyan Rayon Ağsaqqallar Şurasının sədri Məhəmməd Ağayevin illik hesabatlarla bağlı məruzələri dinlənilib. Məruzəçilər ağsaqqalların səmərəli fəaliyyətindən, gənclərlə keçirdikləri maarifləndirici görüşlərdən danışaraq, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirak etdiklərini vurğulayıblar. Sədrlər, həmçinin, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından da bəhs edərək, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu diqqətə çatdırıblar. Qeyd ediblər ki, bundan sonra da işlərini səmərəli və hərtərfli şəkildə quracaqlar.
Daha sonra hesabat məruzələri ətrafında çıxış edən natiqlər yerli təşkilatların illik fəaliyyətini müsbət qiymətləndirmiş və ölkəmizdə milli-mənəvi dəyərlərimizin, o cümlədən ağsaqqallıq ənənələrinin inkişafının Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu bildiriblər. Ağsaqqalların cəmiyyətdaxili sabitliyin əsas qoruyucusu kimi çıxış etdiyini, insanların nizam-intizama dəvət edilməsində ağsaqqal sözünə, öyüd-nəsihətinə böyük hörmətlə yanaşıldığını diqqətə çatdırıblar.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov öz çıxışında Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdıraraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil ölkəmizin inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, respublikamızda yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb. Natiq Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün misilsiz ximətlərindən də ətraflı bəhs edərək vurğulayıb ki, bizim əsl Ümummilli Liderimiz və onun işıqlı yolunu uğurla davam etdirən möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev kimi rəhbərimiz olduğu üçün biz xoşbəxt xalqıq. Abel Məhərrəmov, həmçinin, cəmiyyətimizdə mövcud olan neqativ hallara – boşanmaların sayının ciddi şəkildə artmasına, erkən nikahların problemlər yaratmasına, narkomaniya bəlasının getdikcə daha çox yayılmasına da toxunaraq qeyd edib ki, biz ağsaqqallar bu sahədə daha fəal olmalı, maarifləndirmə işlərini artırmalı, gənc nəslin milli-mənəvi dəyərlərimizə hörmət və vətənpərvəlik ruhunda formalaşdırılması işinə əlimizdən gələn köməkliyi göstərməliyik, çünki gənclər bizim gələcəyimizdir. Hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirən və hər bir ağsaqqala möhkəm cansağlığı, uğurlar arzulayan Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov əmin olduğunu bildirib ki, qarşıdan gələn dövr ərzində yerli təşkilatlar öz fəaliyyətlərini daha səmərəli və effektiv şəkildə quracaqlar.
Salyan rayonunda keçirilən tədbirdə Abel Məhərrəmov Rayon Ağsaqqallar Şurasına rəhbərlik edən Məhəmməd Ağayevə yeni sədr vəsiqəsini təqdim edib.
Konfransların sonunda ağsaqqalların rəy və təklifləri dinlənilib və yığıncaq iştirakçılarının xatirə fotosu çəkilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

