"Qardaşəli Teyyubov" Media Diplomu təsis edildi
16.05.2025 [16:14]
Ömrünün 45 ilini Azərbaycan mətbuatının inkişafına həsr etmiş tanınmış jurnalist peşəkar qələm ustası, ana dilimizdə yazıb yaratmış, dilimizin qorunmasında böyük xidmətləri olan, bir çox məşhur imzaların müəllimi olmuş mərhum Qardaşəli Teyyubov adına Media Diplomu təsis edilib.
Teleqraf xəbər verir ki, bu barədə bu gün "Səs" qəzetinin redaksiyasında keçirilən mətbuat konfransında Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev məlumat verib.
Müstəqil Həmkarlar Birliyi və "Ölkə" qəzetinin təşəbbüsü ilə təsis edilən diplom milli mətbuatımızın 150 illiyi ərəfəsində media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən jurnalistlərə təqdim olunacaq.
Qeyd olunub ki, münsiflər heyəti tərəfindən media mənsublarının son bir illik fəaliyyəti monitorinq ediləcək və işinə peşəkarlıqla, məsuliyyətlə və vicdanla yanaşan, məqalə və araşdırma yazılarında vətəndaş mövqeyindən çıxış edən, azərbaycançılığı, hərbi vətənpərvərliyi, ölkəmizin tarixi torpaqlar çərçivəsində bütövləşməsini, diaspor təşkilatlarının və fəallarının fəaliyyətini diqqətdə saxlayan, xalqımızın milli mənəvi dəyərlərini təbliğ edən jurnalistlər arasından qaliblər seçiləcək. Qardaşəli Teyyubov Media Diplomuna layiq görülən qələm sahiblərinə xatirə hədiyyələri də təqdim olunacaq.
Tədbirdə ölkənin tanınmış media kapitanları, jurnalistlər, hüquq müdafiəçiləri iştirak edib. Çıxış edənlər mərhum jurnalistin keçdiyi həyat yolu, vaxtilə işlədiyi kütləvi informasiya vasitələrindəki, müxtəlif qəzetlərdəki əmək fəaliyyətindən söhbət açıb, onun milli mətbuatın inkişafına verdiyi töhfələrdən bəhs ediblər.
Belə ki, 20-dən çox kitabın müəllifi, kitabları xarici dillərdə tərcümə edilmiş, vaxtı ilə SSRİ Yazıçılar və Jurnalistlər İttifaqının üzvü olmuş ölkənin tanınmış yazıçı şairi, eyni zamanda 1-ci Qarabağ müharibəsinin iştirakçısı Maşallah Məftun keçmiş iş yoldaşı Qardaşəli Teyyubov haqqında, onun həyat yolu və yaradıcılığı barəsində xatirələrini və maraqlı məlumatları öz çıxışında səsləndirib.
Daha sonra "Missiya" Media qrupunun baş redaktoru Nicat Dağlar Qardaşəli Teyyubovla bağlı öz xatirələrini bölüşüb.
Tədbirdə iştirak edən mərhum jurnalistin oğlu, tanınmış ictimai fəal, hüquq müdafiəçisi, "Ölkəqezeti.az" saytının rəhbəri Xəzər Teyyublu iştirakçılara və tədbirin keçirilməsinə şərait yaradan "Səs" qəzetinin rəhbərliyinə və redaksiya heyətinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Qardaşəli Teyyubov 1938-ci il 7 noyabr tarixində Şamaxı rayonunun Əngəxaran kəndində anadan olub. Bakıda Sənaye Texnikumunu bitirdikdən sonra 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 1967-ci ildə həmin fakültəni bitirib.
Universitetə daxil olduğu ildən "Azərbaycan pioneri" qəzetinin ştatdankənar əməkdaşı olub, "Bakı", "Kommunist" qəzetlərində, "Təşviqatçı" jurnalında çalışıb, radioda ayda bir dəfə 20 dəqiqəlik verilişin aparıcısı olub.
"Bakı" qəzetində görkəmli ictimai xadim, alim, jurnalist Nəsir İmanquliyevin rəhbərliyi altında çalışıb.
Şamaxıda nəşr olunan "Yeni Şirvan" qəzetinə mütəxəssis kimi dəvət olunub, sonradan həmin qəzetdə məsul katibin müavini vəzifəsində çalışıb.
Qardaşəli Teyyubov 1975-ci ildən 1991-ci ilə qədər 10.000 tirajla çıxan "Texniki tərəqqi uğrunda" qəzetinin baş redaktoru olub. 1991-ci ildən ömrünün sonuna qədər Həmkarlar İttifaqının orqanı olan "Ülfət" qəzetinin qurucusu və şöbə müdiri vəzifəsində çalışıb. 1986-cı ildə SSRİ Jurnalistlər İttifaqının üzvü seçilib. 2005-ci ilin 19 iyul tarixində Milli Mətbuat Günü ilə bağlı Azərbaycan Həmkarlar İttifaqlarının mətbuat orqanlarında səmərəli yaradıcılığına görə "Fəxri Fərman"-la təltif edilib. "Qızıl Qələm" mükafatı laureatıdır.
Q. Teyyubov 2012-ci il noyabrın 27-də vəfat edib və doğulduğu Şamaxı rayonu Əngəxaran kəndində torpağa tapşırılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52

