Xankəndidə qondarma rejimin “XİN”inin binasının söküntüsünə başlanılıb
02.09.2025 [11:08]
Sentyabrın 2-də Xankəndidə uzun müddət qondarma rejimin əsas simvolu və atributu kimi təqdim edilən qondarma rejimin “Xarici İşlər Nazirliyi”nin binasının söküntüsünə başlanılıb.
AZƏRTAC xəbər verir ki, binanın söküntü işlərinə məhz bu gün başlanılması Azərbaycan üçün rəmzi məna daşıyır. Çünki məhz sentyabrın 2-si tarixi Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejimin elan olunmasının ildönümü kimi qeyd edilirdi.
Qeyd edək ki, vaxtilə işğal olunmuş ərazilərə səfər edən xarici ermənipərəst siyasətçilərlə bu binada görüşlər keçirilir, bu ərazilərə giriş üçün qanunsuz olaraq vizalar, xarici jurnalistlərin qanunsuz akkreditasiyaları imzalanırdı. Bütün bunlar Azərbaycanın dövlət suverenliyinə hörmətsizlik idi.
Hətta bu gün hərbi cinayətlərdə ittiham olunan və hazırda Bakıda məhkəməsi keçirilən Babayan və digərləri bu binada oturaraq Qarabağda Azərbaycan Bayrağının yalnız bir halda dalğalana biləcəyini, bunun da məhz səfirliyin açılması ola biləcəyini bildirirdilər. Ona görə də bu binanın sökülməsinə məhz sentyabrın 2-də başlanılmasının böyük siyasi və rəmzi mənası var.
Bu binanın sökülməsi yalnız rəmzi məna daşımır, bu, həm də şəhərsalma baxımından əhəmiyyətlidir. Çünki tamamilə yöndəmsiz və şəhər arxitekturasına zidd olan bu binanın Xankəndidə müasir urban planlaşdırmasının bütün parametrləri nəzərə alınmaqla həyata keçirilən şəhərsalma siyasəti və şəhərin gözəlləşməsi prosesi çərçivəsində sökülməsinə ciddi zərurət yaranmışdı.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

