Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib
16.11.2021 [12:14]
“21 noyabr Azərbaycanın tarixində mühüm rol oynayan, demək olar ki, ölkə müqəddəratını həll edən günlərdən biri kimi tarixin yaddaşlarına həkk olunub. Çünki məhz bu tarix Azərbaycanda yeni siyasi iradənin, güclü Azərbaycanın, əsasının qoyulduğu gündür. Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi ilə sanki ulu tanrı Azərbaycan xalqına gələcək müsibətlərdən xilas olmaq üçün yeni bir yol, cığır açdı”. Bunu deputat Vüqar İskəndərov açıqlamasında bildirib.
Vüqar İskəndərov qeyd edib ki, müstəqilliyimizin ilk illərində səriştəsiz siyasətçilərin idarəçiliyi nəticəsində ölkə dağılmaq və müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı: “Azərbaycan xalqı hər ötən gün sanki faicələrə sürüklənirdi. Xalqımızın ziyalı, vətənpərvər aydınları artıq dərk edirdilər ki, ölkəni idarə etmək, xalqı fəlakətdən qurtarmaq üçün yeni siyasi liderə və siyasi idarəetməyə ehtiyac var. Əlbəttə həmin dövrdə Azərbaycanı bu müsibətlərdən qurtaracaq yeganə şəxs ümummilli lider Heydər Əliyev olardı. Ona görə də 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olan həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Çünki Azərbaycana yeni siyasi partiya və ulu öndər kimi uzaqgörən bir siyasətçi lazım idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Daim həyatını xalqı üçün fəda edən, bütün ömrünü Azərbaycanın inkişafı və güclənməsinə həsr edən Ümummilli lider isə yenə ən çətin günlərində xalqın yanında olmaqla Azərbaycanı dağılmaq təhlükəsindən qurtardı. Ölkənin bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Əlbəttə bu partiyanın yaranması xalqın həyatında dönüş nöqtəsi oldu. Çünki artıq xalq Yeni Azərbaycan Partiyasını iqtidarda görmək istəyirdi. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdi. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. 29 il sonra biz bir daha əmin olduq ki, xalq o vaxt seçimini düzgün edib. Bu gün Azərbaycan ən güclü dövrünü yaşayırsa məhz bu partiya rəhbərlərinin yeritdiyi düzgün siyasətin nəticəsidir. Həqiqətən də ulu öndərimizin qeyd etdiyi kimi Yeni Azərbaycan Partiyası Azərbaycanın tək bu gününün deyil, gələcəyin partiyasıdır, 21-ci əsrin, 3-cü minilliyin partiyasıdır fikri bu gün tam özünün təsdiqi tapmış olur”.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17

