/ / Vətən müharibəsindəki parlaq Zəfəri ilə öz ərazi bütövlüyü ilə yanaşı qalib xalq, qalib ölkə adını bərpa edən Azərbaycan türk dünyasının ayrılmaz bir hissəsidir
Vətən müharibəsindəki parlaq Zəfəri ilə öz ərazi bütövlüyü ilə yanaşı qalib xalq, qalib ölkə adını bərpa edən Azərbaycan türk dünyasının ayrılmaz bir hissəsidir
16.11.2021 [14:46]
Cavid Osmanov
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi Müəzəffər Ali Baş Komandanın Qarabağın işğaldan azad edilməsində həyata keçirdiyi nəhəng işlərə, dahi sərkərdəlik tarixi missiyasını yerinə yetirdiyinə görə və türk birliyinin daha da güclənməsi işindəki töhfələrinə verilən yüksək qiymətdir. Ali Ordenlə təltif edilərkən ölkə başçısı qeyd etdi ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.
Vətən müharibəsindəki parlaq Zəfəri ilə öz ərazi bütövlüyü ilə yanaşı qalib xalq, qalib ölkə adını bərpa edən Azərbaycan türk dünyasının ayrılmaz bir hissəsidir. Cənab Prezident İlham Əliyev Zirvə Görüşü zamanı çıxışında Türkiyəninin Azərbaycana Vətən müharibəsinin ilk saatlarından siyasi dəstək verməsini yüksək qiymətləndirərək bunun böyük mənəvi dayaq olduğunu vurğuladı. Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın: “Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır” bəyanatının Azərbaycana əlavə güc verdiyi ölkə başçısı tərəfindən xüsusilə qeyd edildi.
Bu gün Türkiyə Türk dünyasının mərkəzində dayanan güclü dövlətdir. Türkiyə son illər ərzində yalnız bölgədə deyil, eyni zamanda dünya miqyasında güc mərkəzinə və söz sahibinə çevrilmişdir. Türkiyənin siyasi, iqtisadi, hərbi gücü indi dünyada hər bir ölkəyə çox yaxşı məlumdur. Bu əsasda Türk dövlətlərin birgə gələcəyi üçün çox möhkəm zəmin vardır. Azərbaycanın 44 günlük Vətən müharibəsi Türk dünyasında da bir sıra yeni reallıqlar yaratmışdır. Türkdilli ölkələr arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsi əsas prioritetlərdəndir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı adını dəyişərək Türk Dövlətləri Təşkilatı adlandırılması da yeni reallıqlardan irəli gəlir. Azərbaycan Prezidenti cənab İlham Əliyev də Türk Dövlətləri Təşkilatı haqqında danışarkən qeyd etdi ki, təşkilatın təməlində təbii müttəfiqlər yerləşir. Türk dövlətlərin işbirliyi səmimidir. Xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir. Türk ölkələrin zəngin təbii qaynaqları, müasir infrastrukturu və nəqliyyat yolları vardır.
Zirvə Görüşü zamanı Azərbaycanın 44 günlük Vətən müharibəsinə diqqət çəkən cənab Prezident İlham Əliyev Azərbaycan xalqının 30 illik erməni işğalına son qoyduğunu və Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və kağız üzərində qalmış qətnamələrini yerinə yetirdiyini bəyan etmişdir. Tarixi Zəfər qazanan Azərbaycan Müzzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində 44 gündən sonra Ermənistanı təslim aktı imzalamağa məcbur etdi. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd işğalçılardan təmizləndi, yüzlərlə şəhər, kənd isə sülh prosesi nəticəsində azad edildi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.
Ölkə başçısı Azərbaycan dövlətinin işğaldan azad edilən ərazilərdə sürətli bərpa-quruculuq işləri həyata keçirməsindən bəhs edərkən bu işdə qardaş Türkiyənin ən çox dəstək verən ölkə olduğunu qeyd etdi. Körpülər, tunellər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanları - bütün bu işlərdə Türkiyə şirkətləri fəal iştirak edirlər. Füzuli Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə bərabər, 12 türk şirkəti iştirak etmişdir. Hazırda Türkiyə şirkətləri, eyni zamanda, Zəngilan Hava Limanının inşasında iştirak edirlər. Bir sözlə, Türkiyə Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün böyük töhfələr verir.
Vətən müharibəsində əldə edilən Zəfər nəticəsində regionda nəqliyyat və kommunikasiyaların açılması Azərbaycanın yaratdığı yeni reallıqlardandır. Zəngəzur koridorunun açılması nəqliyyat baxımından bütün bölgə üçün yeni imkanlar yaradacaqdır. Zəngəzur koridoru həm türk dünyasını, həm Avropanı, həm qonşu ölkələri birləşdirə biləcək bir layihədir və bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər aparılır. 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə bu coğrafiya yenidən birləşirdirilir.
Uzunmüddətli işğalçılıq siyasətinə görə bu gün məğlub vəziyyətdə olan Ermənistan gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir gətirməyəcək. Yaxın gələcəkdə Ermənistan həm Türkiyəyə, həm Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır, əks təqdirdə bu ölkə daha da pis duruma düşə bilər.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

