Sabiq diplomat Vəhdət Sultanzadə vəfat edib
28.03.2022 [10:29]
Sabiq diplomat Vəhdət Sultanzadə vəfat edib.
Bunu APA-ya açıqlamasında Vəhdət Sultanzadənin qızı Firuzə Sultanzadə deyib.
Onun sözlərinə görə, atası bu gün 13:30-da II Fəxri Xiyabanda dəfn olunacaq.
Vəhdət Məmmədağa oğlu Sultanzadə 1935-ci il oktyabrın 14-də Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıda 6 saylı məktəbdə alıb. Azərbaycan Dövlət Universitetində Şərqşünaslıq fakültəsinin məzunu olub.
1962-1966-ci illərdə SSRİ-nin Əfqanıstan İslam Respublikasındakı nümayəndəliyində tərcüməçi kimi çalışıb. 1970-1980-ci illərdə səfirlikdə müxtəlif vəzifələr tutub. SSRİ-nin İran İslam Respublikasındakı konsulu olub. 1-ci dərəcəli Müşavir diplomatik dərəcəsini alıb.
1988-1991-ci illərdə SSRİ-nin Türkiyə Respublikasındakı konsulu olub. 1991-1993-ci illərdə Rusiyanın Türkiyə Respublikasındakı konsulu kimi fəaliyyət göstərib.
1992-ci ildə Azərbaycanın İƏT-ə daxil olmasını təşkil edib. Bakı-İstanbul marşrutu ilə ilk turist reysini təşkil edib.
1994-cü ildə İƏT-ə üzv ölkələrin Kasablanka şəhərində (Mərakeş Krallığı) zirvə görüşünün təşkilində, hazırlanmasında və keçirilməsində iştirak edib. Vəhdət Sultanzadənin səyləri nəticəsində bu zirvə görüşündə İƏT-in qəbul etdiyi qətnamədə Ermənistan ilk dəfə olaraq Azərbaycana qarşı təcavüzkar kimi qəbul edilib.
1997-ci ildə İƏT-ə üzv ölkələrin Tehran şəhərində (İran İslam Respublikası) zirvə görüşünün təşkilində, hazırlanmasında və keçirilməsində iştirak edib.
2006 -2010-ci illərdə Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyində müşavir kimi fəaliyyət göstərib.
“Qardaşlıq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə” Türkmənistanın dövlət mükafatına – “Vatana bolan söýgüsi üçin” (“Vətənə sevgisinə görə”) medalı ilə təltif edilib.
2010-2015-ci illər aralığında Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutub. O, Xəzər dənizində Azərbaycan-Türkmənistan “Dostluq” karbohidrogen yatağının istismarı layihəsinin birinci mərhələsində fəal iştirak edib.
2015-ci ildə Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri olmaqla yanaşı Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub.
Yaxın Şərqin diplomatiyası, tarixi, mədəniyyəti və ədəbiyyatı haqqında silsilə məqalələrin və kitabların (“Diplomatik protokolun praktiki məsələləri”, “Nizaminin hikmət və nəsihətləri” adlı 2 nəşr, 5 cildlik “Heydər Əliyev və Şərq” əsərinin həmmüəllifi) müəllifidir. Sakıp Sabancının “Dəyişən və yüksələn Türkiyə” kitabını Azərbaycan dilində hazırlayıb və nəşr edib, fars dilində “Heydər Əliyev və İran” adlı kitab nəşr edib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

