Qlobal fond yaradılacaq?
02.04.2022 [09:10]
Hikmət Hacıyev çağırış etdi
Hazırda işğaldan azad olunmuş torpaqlarda böyük quruculuq işləri həyata keçirilir. Amma bu işlərin daha sürətli aparılması üçün başlıca maneə işğal dövründə həmin ərazilərin ermənilər tərəfindən minalanmasıdır. Bu səbəbdən də minatəmizləmə prosesi Azərbaycan hökumətinin xüsusi diqqət mərkəzindədir.
Nardar BAYRAMLI
Ermənistanın təqdim etdiyi xəritələrin dəqiqliyi 25 faizdir
Ötən gün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan hökumətinin əsas məqsədi vətəndaşların öz doğma yurdlarına təhlükəsiz şəkildə qayıtmasıdır. Bu qayıdışın hansı müddətdə baş verməsi isə ərazilərin minalardan təmizlənməsindən asılıdır. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə indiyədək 200-dən çox insan mina qurbanı olub, onlardan 30 nəfər həlak olub. Ermənistan Azərbaycana minalanmış ərazilərin xəritələrini təqdim etsə də, bunun dəqiqliyi 25 faiz təşkil edir.
Onun sözlərinə görə, mina təmizlənməsi üçün daha çox işlər görülməlidir: “Təəssüf ki, rəqəmlər beynəlxalq səviyyədə minaların təmizlənməsinə ayrılan vəsaitlərin azaldığını göstərir. Beynəlxalq fondlar bu işə töhfə verməlidir. Azərbaycan unikal model təqdim edir. Biz minalardan təmizlənmiş ölkə modeli təqdim etmək istəyirik. Bu konfrans minalardan təmizlənmənin maliyyələşməsi və innovasiyaların tətbiqi üçün platforma ola bilər”. Prezidentin köməkçisi Azərbaycanın bu sahədə qlobal fondun yaradılmasını təklif etdiyini diqqətə çatdırıb.
Əlbəttə ki, belə bir fondun yaradılması qlobal miqyasda minatəmizləmə əməliyyatlarına güclü dəstək verə bilər. Nəzərə alsaq ki, minalar insanların təhlükəsizliyinə, sağlamlığına və inkişafına təhlükə olaraq qalır, bu qlobal problem qlobal cavab tələb edir. Bu baxımdan da Azərbaycanın təklifinə beynəlxalq miqyasda adekvat münasibət göstərilməlidir.
Qeyd edək ki, konfransda çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva işğal olunmuş ərazilərə 1 milyondan çox mina basdırıldığını və 2000-ə qədər insanın minaya düşdüyünü bildirib. Ümumiyyətlə, indiyədək işğaldan azad olunmuş ərazilərdə 23 min hektar ərazi minadan təmizlənib, 55 mindən çox mina zərərsizləşdirilib. Həmin ərazilərdə tank əleyhinə 10 min, piyada əleyhinə 19 min mina, həmçinin 26 min partlamamış silah-sursat aşkar edilib.
Avropa İttifaqı ANAMA-ya 2,5 milyon avro yardım göstərib
Bu sahədə Azərbaycana Avropa İttifaqı (Aİ) da müəyyən dəstək verməkdədir. Belə ki, indiyə qədər Avropa İttifaqı ANAMA-ya 2,5 milyon avro yardım göstərib. Bunun 1,5 milyonu humanitar məqsəd - minalardan təmizlənmə üçün nəzərdə tutulub. Bundan əlavə, UNICEF vasitəsilə 500 min avro məbləğində vəsait ayrılıb. Bu barədə məlumat verən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko bildirib ki, Aİ minalardan təmizlənmə sahəsində ANAMA-nı dəstəkləyir, BMT-nin İnkişaf Proqramı ilə sıx əməkdaşlıq edir, öz təcrübələrini bölüşür. Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında ekoproqram çərçivəsində əməkdaşlıq da mövcuddur.”Minalar dəhşətli silahdır və hərbçi ilə mülki əhali arasında fərq qoymur. Minalardan təmizlənmə insanlar üçün lazımdır, əhalinin gələcəyi üçün bu problemlər həll olunmalıdır”, - deyən Peter Mixalko qeyd edib ki, Aİ Azərbaycana minatəmizləmə prosesində ekspert dəstəyi verəcək, həmçinin işğaldan azad olunan ərazilərin bərpa olunmasına və yenidənqurma işlərinə dəstək göstərəcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

