Nazir: “Azərbaycan "yaşıl" enerji mənbəyi kimi də töhfə verə bilər"
09.05.2022 [15:13]
Energetika naziri Pərviz Şahbazov BƏƏ-nin Abu-Dabi şəhərində keçirilən “Ümumdünya Kommunal Xidmətlər Konqresi” çərçivəsində panel müzakirələrində çıxış edib.
“APA-Economics”in xəbərinə görə, çıxışda qlobal enerji tədarükü sistemində baş verən proseslər fonunda enerji təhlükəsizliyinin təminatı, enerji keçidi, Azərbaycanın etibarlı enerji təchizatçısı kimi artan rolu və Körfəz ölkələri ilə “yaşıl” enerji sahəsində tərəfdaşlıq əlaqələrindən bəhs edilib.
Nazir enerji təchizatı ilə bağlı hazırkı qeyri-ordinar vəziyyətdə dayanıqlı enerji təhlükəsizliyinin çoxistiqamətli diversifikasiya ilə mümkün ola biləcəyini vurğulayıb: “Yalnız enerji idxal mənbələri, başqa sözlə təchizatçılar deyil, enerji balansında resursların da müxtəlifliyi təmin edilməlidir. Yalnız bərpa olunan enerji və ya ancaq karbohidrogenlərə əsaslanan enerji təminatı da bir o qədər dayanıqlı deyil.”
Energetika naziri hazırda bərpa olunan enerji mənbələrinə belə ekoloji deyil, enerji təhlükəsizliyi aspektində vurğu edildiyini və bu bağlılıqda enerji keçidinin hədəfinin də “xalis sıfır” emissiyadan alternativ təchizat mənbələrinə doğru dəyişdiyini bildirib. Nazir “yaşıl” enerjinin inkişafına, enerji keçidinin sürətlənməsinə enerji təchizatı mənbələrinin diversifikasiyası kontekstində yanaşmanın yalnız emissiyaların azaldılmasına, bu məqsədlə hətta təbii qazın enerji balansından tamamilə çıxarılmasına yönəlmiş siyasətlər ilə müqayisədə daha rasional və effektli olduğunu söyləyib. Bildirilib ki, enerji keçidinin, “xalis sıfır” hədəfinə doğru yolun hamarlığı enerji təhlükəsizliyinin təminatı ilə birbaşa bağlıdır.
Energetika naziri, həmçinin daxili resursları, şaxələndirilmiş enerji balansı və tədarük bazarları hesabına Azərbaycanın dayanıqlı enerji müstəqilliyi ilə seçilən ölkələrdən olduğunu qeyd edib. Azərbaycanın neft-qaz və elektrik enerjisi üzrə təchizatçı rolunu bərpa olunan enerjinin ixracı ilə genişləndirməyi planlaşdırdığı diqqətə çatdırılıb. "Təbii qazla yanaşı Azərbaycan Avropa üçün “yaşıl” enerji üzrə də yeni təchizat mənbəyi ola və enerji təchizatının diversifikasiyasına daha çox töhfə verə bilər”, deyə energetika naziri əlavə edib.
Bu məqsədlə bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı və ixracı ilə bağlı həyata keçirilən və planlaşdırılan layihələr barədə məlumat verilib. Azərbaycanın 470 meqavatlıq layihələrlə Körfəz ölkələri nümunəsində yeni tərəfdaşlar qazandığı qeyd edilib.
Bildirilib ki, Azərbaycanın “yaşıl” enerji kursu və zəngin potensialı sayəsində bu tərəfdaşlığın daha iri həcmli layihələrlə möhkəmləndirilməsi, regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfələri artırmaq gündəmdədir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20

