Dövlət İdarəçilik Akademiyasının dərsliyi “Amazon”da yayımlanır
03.06.2022 [10:12]
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnklüziv inkişafın idarə edilməsinin əsasları” adlı ali məktəblər üçün dərsliyi beynəlxalq elektron ticarət platforması olan “Amazon” saytında yayımlanır. Müəllifi akademik U.Ələkbərov olan dərslik, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sırasında yer alan davamlı inklüziv cəmiyyətin qurulması və idarə edilməsi sahəsində bilik və bacarıqların formalaşdırılmasına və daim təkmilləşdirilməsinə həsr olunub.
Azərbaycan, rus və ingilis dillərində çap edilən əsər dünyada inklüziv inkişafın idarə edilməsi sahəsində ilk dərslikdir. Dərsliyin yaranmasının əsasında Azərbaycan Respublikasında inklüziv cəmiyyətin inkişafı sahəsində qazanılan nailiyyətlər və ölkənin mövcud iqtisadi potensialından ən yüksək istifadə səmərəliliyini təmin edən uğurlu örnəyi dayanır. Dövlətin inkişafı üçün Prezident İlham Əliyev tərəfindən işlənmiş və tətbiq olunan yeni idarəetmə texnologiyaları, bu texnologiyaların tətbiqində əhəmiyyətli rol oynayan Birinci vitse-prezident institutunun formalaşdırılması və şəxsən Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti də daxil olmaqla reallaşdırılan dövlət idarəçilik sistemində islahatların təhlil edildiyi dərslikdə Azərbaycan Respublikasının iqtisadi, sosial və humanitar inkişafın müasir və prioritet sahələrində dünya liderləri sırasında yer almasına şərait yaradıldığı elmi cəhətdən əsaslandırılıb.
Elektron platformada çoxsaylı müsbət rəylərlə müşayiət olunan “İnklüziv inkişafın idarə edilməsinin əsasları” dərsliyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in hədəflərinə nail olunması üçün zəruri kadr hazırlığının və bu sahədə əhalinin məlumatlandırılması məqsədi ilə ərsəyə gətirilib. Dərslik dövlətin inkişaf proseslərinin idarə edilməsi sahəsində qərar qəbul edənlər, humanitar, texniki və ictimai ixtisaslar üzrə təhsil alanlar, həmçinin davamlı inklüziv inkişaf sahəsində ixtisasını artıran mütəxəssislər və tədqiqatçılar üçün nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

