iPhone niyə bahadır?
04.06.2022 [11:13]
MÜŞFİQƏ
Stiv Cobsun 2007-ci ildə əlində tutduğu və tamaşaçılara nümayiş etdirdiyi ilk iPhone yalnız zaldakı qonaqları yox, bütün dünyanı özünə heyran etdi. Hər kəs “Apple”ın bu texnologiya möcüzəsindən danışmağa başladı.
Qısaca tarixçəsinə nəzərə salaq: iki yaxın dost olan Stiv Cobs və Stiv Voznyak 1972-ci ildə Hawlett-Packard şirkətində işləməyə başladılar. Kompüter ilə bağlı fərqli işlərə imza atmaq istəyən şəriklər 1976-cı ildə Ron Wayne-i də yanlarına alaraq “Apple” şirkətini qurdular. Dünyanın ən böyük texnoloji şirkəti plazalarda deyil, Stiv Cobsun ailəsinin qarajında quruldu.
İki il sonra Lisa Apple Computer (hazırkı Apple İnc.) şirkəti tərəfindən istehsal edilən stolüstü kompüterini ixtira etdilər. Bu kompüterin dizaynına 1978-ci ildən başlanılmasına baxmayaraq satışa 1980-ci ildə çıxarıldı. Kompüter tarixində Lisa ilk grafik istifadəçi araüzünə (GUİ) sahib olan əməliyyat sistemi kimi tanınır. 1982-ci ilə qədər layihəyə Stiv Cobs rəhbərlik etmişdi. Daha sonra o, bu layihədən uzaqlaşdırıldı və Macintosh layihəsinin rəhbərliyi ona tapşırıldı. Lisa-ların son versiyası üzərində bəzi dəyişikliklər aparılaraq Macintosh XL adı ilə satışa çıxarıldı. Macintosh bəzi göstəricilərinə görə Lisa-ya bənzəsə də, onun davamçısı deyil. Lisa bir çox göstəricilərinə görə Macintoshdan üstündür. Bunlara əməli yaddaş, paralel prosesləmə, ekran qoruyucusu, kalkulyator, 2MB RAM-ın istifadəsi və s. aid etmək olar. Bu göstəricilərin çoxu zamanı qabaqlamışdı. Bu kompüterin istehsalında Apple Competers-in məqsədi individual istifadə üçün ucuz həllin hazırlanması idi.
Buna baxmayaraq, “Apple” bu gün xüsusilə bahalı olması ilə tanınır. Məlumat üçün deyək ki, ilk iPhone modeli 29 iyun 2007-ci ildə satışa çıxmışdı. 2G əlaqə texnologiyasından istifadə edən iPhone modeli 3,5 düymlük şüşəsi və multitouch ekranı ilə böyük diqqət çəkirdi. Beləcə dünyanın ən böyük telefon büdcəsinə sahib olan “Apple”, sensorlu telefonların başlaması ilə həyatımıza daxil oldu. Bəs, iPhone niyə bahadır və bu pula layiq xüsusiyyətlərə malikdirmi? Sözsüz ki, çox əhatəli telefon olduğu üçün iPhone-a üstünlük verənlər çoxdur. Sensorlu telefonlardan əvvəl az qala telefon bazarını tutan “Nokia”, “Ericson”, “Sony Ericson”, “Panasonic” və s. telefonlar toxunma ekranının gələcəyi?ə ayaqlaşa bilmədiyi üçün kiçildi. “Nokia” öz proqram təminatını inkişaf etdirərək sağ qalmağa çalışdı, lakin onlar “Apple”ın İOS prosessoru qarşısında az qala yoxa çıxdılar. Demək olar ki, digər markalar “Apple” telefonlarının buraxılış tarixləri ilə əriyib. Bu gün Android və iOS istisna olmaqla, demək olar ki, heç bir proqramın yaşamaq gücü yoxdur.
iPhone-nun yeni modelləri az qala 4 min manata satılırdı. Bu qiymət təkcə bizdə deyil, xarici ölkələrin bazarlarında də eynidir. Onun bu qədər baha olmasının səbəblərindən biri də kamerasının möhtəşəmliyidir. Həqiqətən heyrətamiz kamerası ilə hazırda iPhone bazarında ən bahalı telefondur. Al?cıların sözlərinə görə, kamera mükəmməl olmalıdır ki, verilən pula layiq olsun.
IT mütəxəssisi Cəlal Mirin fikrincə, bu şirkətin məhsullarının baha olmasına səbəbi tədqiqat və təkmilləşdirmə xərclərinin çox olması, zəmanət şərtlərinin daha əlverişli olması, eləcə də şirkətin istehsal etdiyi hər cihazdan digər firmalara nisbətən daha çox mənfəət əldə etməsidir: “iPhone, sadəcə telefon deyil, həm də istifadəçinin bütün ehtiyaclarını ödəyə bilən güclü cihazdır. “Apple” şirkəti tədqiqat və inkişafa böyük əhəmiyyət verir, ona görə də buraxdığı hər yeni model innovasiya yönümlüdür. İstehsal prosesi həmişə təkmilləşməyə doğru gedir. Buna görə də iPhone-nun qiyməti digərlərindən qat-qat yüksəkdir. Şirkət daha funksional cihazlar hazırlamaq üçün çox böyük heyət ilə araşdırmalar aparır. Reklama milyonlarla vəsait xərclənir. Məlum məsələdir ki, bunun hamısı xərcdir. Bütün bu xərclərin cəmi istehsal olunan son cihazın üzərinə gəlir”.
“Apple” ən çox telefon satan 3-cü firma olmasına baxmayaraq, telefon satışından ən çox pul qazanan şirkətdir. Yəni bu cihazın maya dəyəri üzərinə digər firmalardan daha çox pul qoyur. Bunda markanın adı, tanınması və etibarlılığının da rolu var. iPhone telefonları daha uzunömürlü olur, hətta ikinci əl bazarda da qiymətlər daha gec düşür. iPhone telefon alıb bir il işlədib satmaq maddi olaraq başqa bir firmanın telefonuna görə daha yararlıdır”, - deyə mütəxəssis vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46

