Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Kamerun Prezidenti və Tailandın Kralı Prezident İlham Əliyevi təbrik ediblər

Kamerun Prezidenti və Tailandın Kralı Prezident İlham Əliyevi təbrik ediblər

07.06.2022 [14:48]

Kamerun Prezidenti Pol Biya Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Zati-aliləri, cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Gününün qeyd edilməsi Sizə səmimi təbriklərimi göndərmək üçün mənə xoş bir fürsət yaradır.

Təbriklə yanaşı, Sizə, Azərbaycan xalqına firavanlıq və sülh arzularımı çatdırıram.

Zati-aliləri, cənab Prezident, Sizə olan dərin, səmimi və yüksək ehtiramımı qəbul edin".

Tailandın Kralı Maha Vaçiralonqkorn da Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasına və onun xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram".

Paylaş:
Baxılıb: 578 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31