QDİƏT-in 30 yaşı tamam olur...
25.06.2022 [10:22]
Qara dəniz hövzəsində baş verən hadisələr təşkilatın fəaliyyətinə də mühüm təsirlər göstərməkdədir
SADİQ
1992-ci ilin 25 iyun tarixində İstanbulda Türkiyə Respublikasının təklifi və Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə Zirvə Bəyannaməsinin imzalanması ilə yaradılan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) fəaliyyətinin 30-cu ili tamam olur. Təşkilat həmin dövrdə Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukraynanın dövlət və hökumət başçıları tərəfindən imzalanan İstanbul Bəyannaməsi ilə ərsəyə gəlsə də, onun əsas fəaliyyəti 6 ildən sonraya təsadüf etdi. Belə ki, 1998-ci ilin 5 iyun tarixində Yalta şəhərində iştirakçı dövlət və hökumət başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsinin imzalanması və sənədin 1999-cu ilin 1 may tarixində qüvvəyə minməsi ilə sözügedən əməkdaşlıq mexanizmi təşkilat statusunu aldı. Hazırda 13 üzvün - Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Şimali Makedoniya, Türkiyə və Ukraynanın təmsil olunduğu təşkilatın Daimi Beynəlxalq Katibliyi İstanbulda yerləşir.
Qeyd edilməlidir ki, Qara Dəniz Regionunda uzunmüddətli və sıx əməkdaşlığın təşviq edilməsi, eləcə də bir sıra müvafiq istiqamətlər üzrə iqtisadi aktivliyin artırılması vasitəsilə regionda sülhün, sabitliyin və inkişafın təmin edilməsi QDİƏT-in əsas prioritetlərindəndir. 2001-ci ildə qəbul edilmiş və 2012-ci ildə yenilənmiş “QDİƏT-in Gələcək üçün İqtisadi Gündəliyi: güclənən QDİƏT tərəfdaşlığına doğru” sənədinə əsasən, təşkilat çərçivəsində prioritet əməkdaşlıq sahələri kimi, ticarət və investisiyalar, gömrük, energetika, nəqliyyat, ətraf mühitin mühafizəsi, elm və texnologiyalar, informasiya və kommunikasiya texnologiyaları, təhsilə investisiyalar, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, turizm, kiçik və orta müəssisələrin inkişafı müəyyən edilib. Bundan başqa, təşkilat üzvləri bank işi və maliyyə, o cümlədən mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, silah və radioaktiv materialların dövriyyəsi, terror aktları və qeyri-qanuni miqrasiya ilə mübarizə sahələrində də yaxından əməkdaşlıq edirlər.
Təşkilatın nizamnaməsinə uyğun olaraq, QDİƏT çərçivəsində əməkdaşlıq Xarici İşlər Nazirləri Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi və Katiblik müstəvisində aparılır. QDİƏT çərçivəsində əməkdaşlıq sahələri üzrə fəaliyyət 20 işçi qrup vasitəsilə həyata keçirilir. Ümumi əlaqələndirmə təşkilatın İstanbul şəhərində yerləşən katibliyi tərəfindən aparılır.
Azərbaycan da QDİƏT-in təsisçi üzvlərindən biri kimi təşkilat çərçivəsində fəal əməkdaşlığı ilə seçilir və səmərəliliyin artırılmasına yönəldilmiş təşəbbüsləri dəstəkləyir. Ölkəmiz QDİƏT çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya texnologiyaları, elm və texnologiyalar və sair sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsinə önəm verir. İndiyədək Azərbaycan QDİƏT-də 4 dəfə (2003, 2004, 2009, 2018) sədrlik və təşkilatın 20-dən çox müxtəlif səviyyəli tədbirlərinə ev sahibliyi edib. Azərbaycan Respublikasının İstanbul şəhərində baş konsulu, eyni zamanda, QDİƏT yanında daimi nümayəndəsidir.
Müasir dövrdə Qara dəniz hövzəsində baş verən hərbi kataklizmlər isə təşkilatın fəaliyyətinə də təsirsiz ötüşmür. Təşkilatın əsas ana coğrafiyasında baş verən h?rbi əməliyyatlar QDİƏT daxilindəki əməkdaşlığın inkişafına mane olur. Üzv dövlətlər arasında yaşanan gərginlik təşkilatın da aktiv fəaliyyətinə təsir etməkdədir. Təşkilat üzvü olan dövlətlərin əksəriyyəti problemin sülh və danışıqlar yolu ilə tənzimlənməsinin tərəfdarı qismində çıxış edir. Hətta QDİƏT üzvü olaraq Azərbaycan və Türkiyə bununla bağlı öz təkliflərini də irəli sürüb.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

