Ailə Strategiyası hazırlanır...
09.07.2022 [12:00]
Dövlət Komitəsinin hesabatı və növbəti 6 ayın fəaliyyət planı
Yeganə BAYRAMOVA
İyulun 8-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib. “Yeni Azərbaycan”nın xəbərinə görə, Dövlət Komitəsinin sədri Bahar Muradova əvvəlcə 2022-ci ilin birinci yarımili üzrə qurumun hesabatı barədə geniş məlumat verib. O, bildirib ki, 2022-ci ilin birinci yarımilində Komitə tərəfindən 5 qanun layihəsi üzrə rəy və təkliflər verilib: “Bunlar qəbul ediləcəyi təqdirdə Komitənin işinə müsbət təsirini göstərəcək”.
B.Muradova Azərbaycanda Ailə Strategiyasının hazırlanması istiqamətində işlərin görüldüyünü qeyd edib: “Biz Ailə Strategiyasının hazırlanması prosesinə qədəm qoymuşuq. Həmçinin, uşaq hüquqlarının qorunması ilə bağlı da gərgin iş görülüb. Görülən işlər nəticəsində 4 erkən nigahın qarşısı alınıb”.
Komitə sədri qeyd edib ki, könüllülük və tələbə təcrübə proqramına da töhfələri verilir: “Onlara 3 ay ərzində 7 təlim keçirilib. Bu müddət ərzində 21 QHT ilə 31 tədbir keçirilib. Hesabat dövrü ərzində KİV tərəfindən Komitəyə daxil olan 180 müraciət yerindəcə araşdırılıb. Beynəlxalq fəaliyyət sahəsində də üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışmışıq”.
Komitə sədri bildirib ki, sosial şəbəkələr vasitəsilə daxil olan 64 müraciət nəzarətə götürülüb: “Bu müraciətlərdən 14-ü məişət zorakılığı, 12-si müalicə və əməliyyat, 7-si erkən nikah, 7-si işlə təmin olunma, 6-sı zorakılıq halları, 4-ü maddi köməklik, 2-si intihar faktı, 12-si isə digər müraciətlərdir. Bundan başqa, Ağdam və Goranboy icmalarında “Postmüharibə dövründə uşaqlar və şəhid ailələrinə dəstək” layihəsi keçirilib. Bu layihə çərçivəsində 6-16 yaşlı 100 uşağa, 55 şəhid və qazi ailəsinə psixoloji-sosial dəstək göstərilib”.
B.Muradova bu ilin ikinci yarısında görüləcək işlərdən də danışıb: “Gələn 6 aylıq dövr ərzində Komitənin fəaliyyət istiqamətləri genişləndiriləcək. Müharibənin nəticələrindən əziyyət çəkən həssas qruplarla işlər davam etdiriləcək. Müvafiq sahədə maarifləndirici tədbirlər artırılacaq. Eyni zamanda ailə, qadın və uşaq məsələləri ilə bağlı yerli icmalar da daxil olmaqla respublikanın müxtəlif yerlərində əhali və xüsusi ilə də yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirlərinin keçirilməsi, həmçinin bu sahələrdə çalışan mütəxəssislər üçün təlim və seminarların təşkili nəzərdə tutulur. Bundan başqa, Komitə aidiyyəti sahələr üzrə 8 analitik təhlil, araşdırma və sorğunun həyata keçirilməsi, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulan işlərin yerinə yetirilməsini planlaşdırır”.
Komitə sədrinin sözlərinə görə, keçən 6 ay ərzində media ilə əməkdaşlıq da yüksək səviyyədə qurulub: “Komitə Medianın İnkişafı Agentliyi ilə birgə 25 jurnalistin iştirakı ilə “Mediada gender bərabərliyi və peşəkarlıq” mövzusunda 2 günlük təlim keçirib”.
Daha sonra çıxış edən Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Sahib Məmmədov bildirib ki, qurum son illərdə fəaliyyətini genişləndirib: “Aliment Fondunun yaradılması ilə bağlı cəmiyyətdə müzakirə gedir. Bu istiqamətdə irəliləmək vaxtı gəlib çatıb. Aliment məsələsi çətin işlərdən biridir”.
İclasın sonunda gündəlikdə duran məsələlərlə bağlı qərar layihələri qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

