"Dinamo"nun baş məşqçisi Mahir Emrelinin çıxışına qiymət verib
25.08.2022 [11:39]
"Meydana ehtiyatdan daxil olanlar matçın gedişinə əla təsir göstərdilər".
"Report"un məlumatına görə, bunu "Dinamo" (Zaqreb) komandasının baş məşqçisi Ante Çaçiç Xorvatiyada Norveç "Budö Qlimt"inə əlavə vaxtda 4:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra deyib.
69 yaşlı mütəxəssis panikaya düşmədiklərini bildirib: "Əlavə vaxtdan öncə futbolçulara dedim ki, sakit olsalar, qələbə bizimdir. Oyunçularımı təbrik etməliyəm. Onlar qəhrəmancasına iş gördülər. Oyundan öncə və matç zamanı problemlərimiz var idi. Amma bunların öhdəsindən gələ bildik. Çempionlar Liqasına qayıdış "Dinamo" və Xorvatiya futbolu üçün böyük işdir. Bəzi daxili problemlərimiz də var idi. Lakin səbəb axtarmaq kimi görünməsin deyə, onları açıqlamaq istəmirəm".
Çaçiç qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində İspaniyanın "Real Madrid" və Ukraynanın "Şaxtyor" (Donetsk) klubları ilə üz-üzə gəlmək istədiyini söyləyib: "Yığmada olduğum vaxt rəhbərliyim altında iki kapitan çıxış edib: Luka Modriç və Dario Srna. Onların komandaları "Real Madrid" və "Şaxtyor"un qrup mərhələsində bizə rəqib olmalarını istərdim".
Qeyd edək ki, qarşılaşmaya ehtiyatda başlayan Mahir Emreli 60-cı dəqiqədə Dario Şpikiçin yerinə meydana daxil olub. O, komandasının üçüncü qolunda yaxından iştirak edib. Görüşün əsas vaxtı 2:1 hesablı heç-heçə ilə yekunlaşıb. Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

