31 il öncə bu gün...
27.08.2022 [07:33]
Leninin heykəli söküldü
P.İSMAYILOV
1991-ci ilin bu günündə Bakıda keçmiş Lenin, indiki Azadlıq meydanında SSRİ-nin qurucusu Vladimir İliç Leninin nəhəng heykəli uçuruldu. SSRİ tarixində böyük rol oynamış bu şəxsin heykəlinin yıxılması həmin vaxt xüsusi tarixi hadisə idi. Çünki bu hadisə baş verən zaman Azərbaycanda Kommunist hakimiyyəti hələ də mövcud idi. Belə ki, 1991-ci il avqustun 27-də bu qərar Bakı Şəhəri Xalq Deputatları Soveti tərəfindən verilmişdi. Bakı Şəhəri Xalq Deputatları Sovetinin (XDS) qərarı ilə meydana isə rəsmən “Azadlıq” adı verilib. Vurğulanmalıdır ki, 1990-cı ilin qanlı yanvar hadisələrindən sonra onsuz da azərbaycanlılar bolşevizmin və rus-sovet imperiyasının simvolu olan Leninin heykəlinin Bakıdan götürülməsini tələb edirdilər. Lakin belə imkan yalnız 1991-ci ilin avqustunda, Moskvada SSRİ-ni saxlamağa yönəlmiş “QKÇP qiyamının” süqutundan sonra yarandı.
Ümumiyyətlə, 1980-ci illərin sonu SSRİ-də yeni bir mərhələnin - sonun başlanğıcı sayılırdı. Ayrı-ayrı respublikalarda olduğu kimi, Azərbaycanda da milli özünüdərk prosesi sürətlə inkişaf edirdi. Bu isə fərqli etirazlarla özünü göstərirdi. SSRİ-yə qarşı ilk etirazlar Bakıda 1988-ci il fevralın 19-da başladı. Bu isə sonradan Topxana hadisələri ilə bağlı mitinqlər dalğasına yol açdı. İnsanlar həmin dövrdə ermənilərin Topxana meşəsində, Qarabağ ərazisində törətdiyi cinayətlərə, Ermənistandan azərbaycanlıların deportasiyası prosesinə etirazlarını bildirirdilər. Beləliklə, 1988-ci il 17 noyabrdan 5 dekabrı əhatə edən “Meydan hərəkatı” yarandı və dekabrın 4-də hakimiyyət orqanları Azadlıq meydanındakı oturaq mitinqi ordunun köməyi ilə dağıtmağa nail oldular.
Bu dövrü Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirmək olar. Azərbaycan xalqının siyasi oyanışı 1987-ci ilin axırları - 1988-ci ilin əvvəlində başlanmış, 1990-cı ilin yanvar hadisələrindən sonra keyfiyyətcə yeni hərəkata - milli azadlıq hərəkatına çevrilmiş xalq hərəkatı ilə bağlıdır. Xalq hərəkatı fonunda 23 sentyabr 1989-cu ildə Azərbaycan SSR Ali Soveti “Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında” Azərbaycan SSR-in Konstitusiya Qanununu qəbul etdi. Bu qanunun 5-ci maddəsində qeyd edilir ki, “Azərbaycan SSR-in suverenliyi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla respublikanın bütün ərazisinə şamil edilir” və “Azərbaycan SSR-in digər müttəfiq respublikalarla sərhədləri yalnız müvafiq respublikaların qarşılıqlı sazişi üzrə dəyişdirilə bilər”.
1990-cı il yanvarın 20-də Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini hakimiyyətdə saxlamaq və güclü milli-azadlıq hərəkatına çevrilməkdə olan oyanışı boğmaq məqsədilə Bakıda sovet ordusu tərəfindən 20 Yanvar faciəsi törədildi. Bu, onsuz da son nəfəsini verən Sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi növbəti cinayət kimi tarixə düşdü. Törədilən vəhşiliklər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və yaralandı. Ölkədə 1991-ci ilin ortalarınadək davam edən fövqəladə vəziyyət elan olundu. 30 avqust 1991-ci il tarixində Azərbaycanın Ali Soveti 23 sen?yabr 1989-cu il tarixli Konstitusiya Qanununu əsas götürərək, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəyan edilmiş dövlət müstəqilliyinin bərpasını elan etdi.
Bu gün Azadlıq meydanı müstəqilliyimizin, suverenliyimizin və hərbi qələbələrimizin simvoluna çevrilib. 2011-ci il iyunun 26-da meydanda Azərbaycan tarixində ən böyük hərbi parad keçirildi. Burada 6000 hərbi qulluqçu və 400 hərbi texnika iştirak edirdi. Bu paradda ilk dəfə olaraq Azərbaycan sənayesinin son illərdə yaratdığı məhsullar - nəqliyyatçılar, eləcə də müxtəlif növ atıcı silahlar nümayiş etdirilib. İki il sonra, 2013-cü il iyunun 26-da milli ordunun yaradılmasının 95-ci ildönümü münasibətilə Azərbaycan Silahlı Qüvvələrinin artıq 125.000 nəfərdən çox şəxsi heyətin olduğu meydanda dördüncü hərbi parad keçirildi. Nəhayət, 2020-ci ilin dekabrın 8-də Azadlıq meydanı “Zəfər paradı”na qucaq açaraq Azərbaycanın qələbəsinin təntənəsini özündə əks etdirdi.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

