Novella Cəfəroğlu: Ali Baş Komandanın uğurları bəzilərində qısqanclıq yaradıb
03.09.2022 [16:34]
Azərbaycanın əldə etdiyi qələbəyə, nailiyyətlərə yalnız ölkə sərhədlərindən kənarda deyil, elə ölkə daxilində də qısqanclıqla yanaşanlar tapılır. Məsələn, Müsavat Partiyasının sədr müavini Osman Kazımovun Laçının düşmən işğalından azad edilməsi ilə bağlı ölkə Prezidentini təbrik etməsi partiya daxilində "birmənalı" qarşılanmayıb. Hətta O.Kazımovun və onu dəstəkləyən Novella Cəfəroğlunun partiyadan xaric olunmasını tələb edənlər də tapılıb. Siyasətə bu qədər cılız yanaşanların təfəkkürü isə insanda təəccüb yaradır. Bu məntiqə əsasən müxalifət iqtidarın dövlət adına hər hansı bir uğuruna sevinə, onu təbrik edə bilməz. Bu qədər absurd yanaşma dünyanın heç bir yerində müşahidə olunmayıb.
Dəfələrlə müsavatçılar tərəfindən bu kimi qınaqlara məruz qalan, öz təbirincə desək "söyülən"lərdən olan Novella Cəfəroğlu "Yeni Azərbaycan"a açıqlamasında bildirib ki, bir təbrikə görə, Osman Kazımovun partiya sıralarından xaric oluna biləcəyinə inanmır: "Onsuz da sosial şəbəkələrdə məni də, Osmanı da hədəfə alıblar. Anlamırlar ki, biz sevinməyi öyrənməliyik. Bu gün Azərbycanımız, dövlətimiz üçün hamımız bir olmalıyıq. Ölkəmiz çox yüksək yerlərdə təmsil olunur, adı böyük dövlətlərlə bir sırada çəkilir. Qısqanclıq isə bütün dünyada var. Prezdent İlham Əliyevin Ali Baş Komandan kimi uğurları bəzi insanlarda qısqanclıq yaradıb. Azərbaycanın cəmisi 44 gün ərzində böyük nailiyyət əldə etdiyini, qələbə qazandığını etiraf etmək lazımdır. İndiyə qədər ordunun güclənməsinə, təchizatın güclənməsinə, əsgərlərin peşəkarlaşmasına böyük vəsaitlər xərclənib, əziyyətlər çəkilib. Müharibə dövründə biz hər birimiz yaxşı mənada təccübləndik. Bütün bunlar hamısı pərdə arxasında olan işlər idi. Bütün istiqamətlərdə ordumuz peşəkarlaşıb. Müxalifətdə olanlar da, millətimiz də bir ağızdan deyirdik ki, Qarabağ azad olunsun, başqa bir şey istəmirik. Bu gün həmin məqamdır. Prezidenti təbrik də etməliyik. Çünki Laçın böyük strateji əhəmiyyət daşıyır. Laçını qaytarmağımız həqiqətən də təbrikə layiqdir. Prezidentin yaxşı siyasəti nəticəsində biz bu uğurları əldə edirik. Məni də söyürlər. Qoy söysünlər. Amma haqqı demək lazımdır".
N.Cəfəroğlu bildirib ki, 2020-ci ildə Vətən müharibəsi dövründə informasiya blokadası belə Ali Baş Komandanımız tərəfindən qırıldı. Cənab Prezidentin müsahibələrini bütün dünya izləyirdi. "Bu da qısqanclıq yaradır. Bizim məqsədimiz hər şeyi qara rəngdə görmək olmamalıdır. Bu gün Azərbaycanımızı qorumaq üçün bütün millət həmrəy olmalıdır. Onun üçün də Osmanın təbriki bu qədər böyük səs-küy yaratmamalıdır. Osmanın Müsavatdan çıxarılmasını istəyənlər Müsavatı sevməyənlərdir. İnanmıram ki, partiya bu addımı atsın. Bu tələbi mənə qarşı da, Osmana qarşı da səsləndiriblər. Amma nəticələnəcəyinə inanmıram. Biz bu müharibədəki qələbə ilə çox şeylər qazanmışıq. İndiyə qədər heç vaxt torpaq azad etməmişdik. Amma indi etmişik", - deyən N.Cəfəroğlu onu da vurğulayıb ki, Osman Kazımovun təhqir olunmasına o, öz etirazını bildirib: "Onsuz da məni də partiyadan xaric etmək istəyirlər. Çünki mən hər zaman təbrikimi etmişəm. Mən sözün düzünü deyən insanam. 80 yaşım var. İndiyə qədər nə demişəm, indi də onu deyirəm. Təbrik də edəcəm, düz sözü də deyəcəm. Ola bilməz ki, Osman Kazımovu partiyadan xaric etsinlər. Amma hər bir halda, hər zaman onun arxasındayam. Bu gün məsələ təkcə Osman Kazımovda deyil. Hər kəs anlamalıdır ki, bir yerdə olmalıyıq. Bunu yaratmaq lazımdır. Qələbəni qazanmışıq, amma bu qələbəni də qorumağı bacarmalıyıq".
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

