Şuşada Türk Biznes Forumu keçirilib
17.09.2022 [11:24]
Sənədlər imzalanıb
Qarabağın üzük qaşı Şuşa yenidənqurma işlərinin aparılması ilə paralel olaraq beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməkdədir. Sentyabrın 16-da Şuşada işğaldan azad edilmiş ərazilərin bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumu keçirilib.
Forum Türk Dövlətləri Təşkilatının, Türk Ticarət və Sənaye Palatasının, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, eləcə də Azərbaycanla yanaşı, Türk Dövlətləri Təşkilatının 4 daimi üzvü (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və müşahidəçi üzv Macarıstanın dövlət qurumlarının, eləcə də müxtəlif təşkilatların və diplomatik korpusun nümayəndələri, iş adamları iştirak ediblər. Forumun məqsədi türk dövlətləri arasında iqtisadi, biznes və investisiya əlaqələrinin daha da dərinləşməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici iş adamlarına təqdim olunmasıdır.
Forumda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə 50 min hektarda yazlıq və payızlıq əkinləri aparılıb: “Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunduqdan sonra bölgədə böyük quruculuq işləri aparılır. Həyata keçirilən böyük infrastruktur layihələri - yolların, hava limanlarının inşası Azərbaycanın logistik imkanlarını genişləndirib. Bu imkanlardan region dövlətləri, o cümlədən dost ölkələr yararlana bilərlər. İşğaldan azad olunmuş əraziləri dövlət başçısı “Yaşıl Enerji Zonaları” elan edib. Torpaqların azad edilməsi ilə bölgədə kənd təsərrüfatının bərpası və yenidən inkişaf etdirilməsi üçün yeni imkanlar yaranıb. Təsadüfi deyil ki, Prezidentin azad olunmuş torpaqlarımızla bağlı ilk tapşırığı bu torpaqların əkilib becərilməsi ilə bağlı olub”.
Nazir qeyd edib ki, “Ağıllı kənd” layihəsi çərçivəsində aqrar emal müəssisələrinin inşası burada istehsal olunan məhsulların daxili və xarici bazarlara çıxarılmasına imkan yaradacaq: “Zəngilan rayonunun Ağalı kəndi “Ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulub, burada “Smart village” konsepsiyasının hər üç komponenti - ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb. “Ağıllı kənd”ə qayıtmış sakinlər arasında məşğulluğun təmin olunmasında aqrar sahənin payı böyükdür. “Ağıllı kənd” təkcə azad edilmiş ərazilərimizə insanlarımızın Böyük Qayıdışının ilk məntəqəsi deyil. Bu kənd həm də quruculuq işlərində dost dövlətlərlə əməkdaşlığın ilk təməl nöqtəsidir. Təsadüfi deyil ki, işğaldan azad olunmuş torpaqlarda salınmış ilk intensiv bağ - Azərbaycan-Türkiyə Qardaşlıq Bağı “Ağıllı kənd”dədir xarici və yerli sərmayənin cəlb olunduğu ilk aqroparkın əsası bu ərazidə qoyulub”.
TDT-nin baş katibi Bağdad Amreyev bildirib ki, Türkdilli ölkələrin Birgə Sərmayə Fondunun yaradılması üzrə işləri yekunlaşmaq üzrədir: “Noyabrda türkdilli ölkələrin növbəti sammitində prezidentlər səviyyəsində bu fondun rəsmi açılışı olacaq. Fond daha çox orta və kiçik sahibkarlığın təşviqini nəzərdə tutur. Eyni zamanda, fond böyük infrastruktur layihələrini maliyyələşdirəcək. Əsas prioritetlə?dən biri Qarabağ regionu olacaq və bizim iş adamlarımız bu sərmayə fondundan faydalana biləcəklər”. Onun sözlərinə görə, gömrükdə keçidin sadələşdirilməsi ilə bağlı saziş imzalanmaq üzrədir.
Forumda bir sıra sənədlər imzalanıb. Bunlar Qırğızıstanın Ticarət və Sənaye Palatası Şurası və Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Azərbaycan-Qırğızıstan Biznes Şurasının yaradılması haqqında saziş (1), Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında birgə tədbirlərin həyata keçirilməsinə dair Yol Xəritəsi (2), Türkiyənin “Kut Ticarət və Marketinq Məhdud Şirkəti” ilə “Azərbaycan Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası” İctimai Birliyi arasında Anlaşma Memorandumu (3), Türkiyənin “İnmak Şirkətlər Qrupu” ilə “Bakı Tekstil Fabriki” MMC arasında Anlaşma Memorandumudur (4).
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22

