Dünya Ürək Günüdür
29.09.2022 [10:30]
Ürəyi necə qorumalı?
G.QABİLQIZI
Qan dövranı sisteminin mərkəzi hissəsi olan ürək bədənin ən vacib orqanlarından biri hesab olunur, belə ki, kiçik bir pozğunluq və ya anormallıq insan orqanizmində ciddi dəyişikliklərə və ya təsirlərə səbəb ola bilər. Buna görə də, həkimlər mütəmadi olaraq müvafiq müayinədən keçməyi məsləhət bilirlər. Çünki ürək xəstəliklərini əvvəlcədən bilmək, onun fəsadları barədə tədbirlər görmək bu xəstəliyin profilaktikasında olduqca vacibdir. İnsanların bu məsələlərə daha da həssas yanaşmasını təmin etmək məqsədilə 1999-cu ildə Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə ilk dəfə Dünya Ürək Günü təşkil edilib.
Dünya Səhiyyə Təşkilatı, UNESCO və digər mühüm təşkilatlar həmin təşəbbüsü dəstəkləyiblər. Əvvəlcə onu sentyabrın son bazar günü qeyd edirdilər, 2011-ci ildən isə sentyabrın 29-da keçirirlər. Dünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Ümumdünya Ürək Federasiyası 100-dən çox ölkədə tədbirlər keçirir. Həmin günün proqramına kütləvi sağlamlıq yoxlamaları, ictimai mühazirələr, elmi forumlar, sərgilər, konsertlər, gəzintilər və idman yarışları daxildir. Hər il keçirilən Ürək Günü ürəyin sağlamlığı ilə bağlı müəyyən mövzuya həsr edilir. Dünya Ürək Günü “Həyat üçün ürək” şüarı altında keçirilir.
Hazırda ürək-damar xəstəlikləri dünyada ölümün və əlilliyin əsas səbəblərindən biri sayılır və həmin xəstəlik hər il 17 milyondan çox insanı həyatdan aparır. Ürək-damar xəstəlikləri və insultun yaranmasının risk amilləri qan təzyiqinin yüksəlməsi, qanda xolesterin və qlükozanın miqdarının artması, siqaret çəkmək, artıq çəki, piylənmə və fiziki hərəkətsizlik, meyvə və tərəvəzlərlə qidalanmanın azlığıdır. Yeri gəlmişkən, ürək-damar xəstəliklərinin inkişafına gətirib çıxaran səbəb uşaq və yeniyetmə yaşında formalaşan qeyri-sağlam həyat tərzidir. Ona görə də xəstəliyin profilaktikasına uşaq vaxtlarından başlamaq lazımdır.
Ümumdünya Ürək Federasiyasının məlumatına görə, sağlam həyat tərzi keçirmək, tütün istifadəsini məhdudlaşdırmaq, qidalanmanı nəzarətdə saxlamaq və fiziki fəallığı artırmaq hesabına infarkt və insult nəticəsində baş verən erkən ölümlərin 80 faizinin qarşısını almaq olar.
Ürək-damar xəstəliklərinin simptomları...
Məlum olduğu kimi, xəstəliyi əvvəlcədən bilmək müalicə ərəfəsində müsbət dəyişikliyə səbəb olur. Ona görə də, bu xəstəliyin simptomları barədə məlumatlı olmaqda fayda var. Onlardan bir neçəsi sinə ağrısı (angina pektoris), nəfəs darlığı, ürək döyüntüsü və huşun itirilməsidir. Eləcə də tıxanmış damardan qidalanan orqanla əlaqəli simptomlar var. Məsələn, ayaq ağrısı, soyuqlama, ayaq damarlarının tıxanmasından yaranan uyuşma və ümumi zəiflik.
Nələrə diqqət etməli?
Ürəyin fəaliyyətini yaxşılaşdırmaq və sağlam ürəyə sahib olmaq istəyiriksə, bunun üçün bir sıra qaydalara əməl etməliyik. Əvvəla, sağlam qidalanma, daimi fiziki fəaliyyətlə məşğul olmaq, tütün və tütün məmulatlarından, alkoqoldan uzaq durmaq lazımdır. Bundan əlavə, müayinələr çərçivəsində ürək-damar riskini bilməli, çəkini, qan təzyiqini və şəkərini mütəmadi yoxlamalıyıq. Eləcə də həkimin verdiyi sağlam həyat tərzinə riayət edərək daha keyfiyyətli bir yaşam sürmüş olarıq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

