Sahibə Qafarova Mustafa Şəntop ilə görüşüb
06.10.2022 [18:34]
Milli Məclisin sədri Sahibə Qafarova İndoneziyaya işgüzar səfəri çərçivəsində oktyabrın 6-da paytaxt Cakartada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop ilə görüşüb.
TBMM sədri Mustafa Şəntop Milli Məclisin sədri Sahibə Qafarova ilə növbəti dəfə görüşməkdən məmnunluğunu ifadə edərək, Ermənistanın təxribatları nəticəsində şəhid olmuş hərbi qulluqçularımızla bağlı başsağlığı verib. Onun sözlərinə görə, Ermənistanın bu təxribatı bir daha regionda daimi sülh və təhlükəsizliyin nə qədər vacib olduğunu göstərdi. Türkiyə Böyük Millət Məclisinin sədri vurğulayıb ki, Ermənistan sülh müqaviləsini imzalamalıdır və sabitlik üçün başqa yol yoxdur.
O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi böyük yenidənqurma və bərpa işlərindən danışaraq, mədəniyyət paytaxtı Şuşanın və bütövlükdə Qarabağın tam bərpası istiqamətində görülən işlərin uğurla davam etdirilməsindən məmnunluğunu bildirib. Mustafa Şəntop Laçının Zabux və Sus kəndlərinin Ana Vətənə qayıtmasına sevindiklərini ifadə edib.
TBMM sədri görüşdə dost və qardaş ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin yüksək səviyyəsindən bir daha razılığını ifadə edərək, əlaqələrimizin ildən-ilə daha da genişləndiyini qeyd edib.
Milli Məclisin sədri Sahibə Qafarova səmimi görüşə və səsləndirdiyi fikirlərə görə Türkiyə Böyük Millət Məclisinin sədrinə minnətdarlığını ifadə edərək, qeyd edib ki, ölkələrimiz və xalqlarımız arasında mövcud olan sarsılmaz dostluq və qardaşlıq münasibətləri bu gün bütün dövlətlər üçün örnək təşkil edir. O, bu əlaqələrin daha da inkişafında və genişlənməsində iki qardaş ölkələrimizin dövlət başçılarının xüsusi rolunu qeyd edib. Spiker Sahibə Qafarova sentyabrın 15-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşü xatırladaraq, qeyd edib ki, bu görüş və ümumilikdə prezidentlərimiz arasında keçirilən çoxsaylı görüşlər qardaşlığımızın daha da möhkəmlənməsinə xidmət edir.
Görüşdə Milli Məclisin sədri diqqətə çatdırıb ki, 2023-cü il həm qardaş Türkiyədə, həm də Azərbaycanda tarixi yubileylərlə zəngindir. Qarşıdan gələn ildə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Həmçinin, 2023-cü il Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümünün qeyd edilməsi ilə əlamətdardır. O, hər iki tarixi hadisə ilə bağlı qardaş ölkələrimizdə geniş tədbirlərin keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.
Parlamentlərimiz arasında münasibətlərin qardaş ölkələrimiz və xalqlarımız arasında əlaqələrin ruhuna və dinamikasına uyğun olaraq inkişaf etdiyini bildirən Milli Məclisin sədri deyib ki, Milli Məclis və TBMM-in parlamentlərarası əməkdaşlığı ikitərəfli, üçtərəfli və çoxtərəfli formatlarda uğurla həyata keçirilir. Beynəlxalq parlamentlərarası qurum və platformalar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirilməsi, deputatlarımızınqarşılıqlı olaraq ölkələrimizin mövqeyini dəstəkləməsi sarsılmaz dostluq və qardaşlıq münasibətlərimizin yüksək səviyyədə olmasının bariz göstəricisidir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

