İlyas Hüseynov: Bu mitinq Qarabağda Rusiyanın mövqelərinin möhkəmləndirilməsinə xidmət edir
30.10.2022 [22:07]
"Xankəndidə keçirilən mitinq danışıqlar prosesini pozmağa yönəlib. Bu mitinq birbaşa olaraq Qarabağda Rusiyanın mövqelərinin möhkəmləndirilməsi üçün atılan bir addımdır. Son dövrlər baş verən proseslərin ardıcıllığı da bunu deməyə əsas verir".
Bu fikirləri "Yeni Azərbaycan"a açıqlamasında politoloq İlyas Hüseynov deyib. Onun sözlərinə görə, məsələlərin ardıcıl baş verməsi təsadüfi ola biməz. "Əvvəlcə Rusiyaya bağlı olan politoloq Aleksandr İsgəndəryan "Valday" Beynəlxalq Diskussiya Klubunda Rusiya prezidenti Vladimir Putinə sual ünvanlayır. Putin isə həm öz maraqlarına xidmət edən, həm də erməniləri razı salacaq bir açıqlama verir. Düzdür, bu fikirlərdə balansın qorunması, Azərbaycanın da maraqlarının nəzərə alınması istiqamətində məqamlar yer alsa da, proses Rusiya tərəfindən dərhal daha da genişləndirildi. KTMT-nin sessiyası çərçivəsində Nikol Paşinyana çıxış etmək imkanı yaradıldı ki, bu da təsadüfi sayıla bilməz. Bu sessiya çərçivəsində Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın mövqeyini müdafiə edən yanaşması ilə yadda qaldı. Sessiyada yaranan fikir ayrı-seçkiliklərinin diplomatik yollarla nizamlanması haqqında qərar qəbul olundu. Ardınca isə Xankəndidə çoxsaylı insanların müşayəti ilə mitinq keçirildi. Əminliklə söyləyə bilərəm ki, həmin mitinqdə "iştirak edən" insanların sayı Xankəndi və ətrafda yaşayan etnik erməniləri əhatə etmir. Oraya digər ölkələrdən də şəxslər gətiriliblər. Çünki əsas hədəf mitinqin izdihamlı keçirilməsi və burada insanların çoxluğu idi. Xankəndi və ətraf ərazilərdə isə o qədər erməni təbii ki, yaşamır", -deyən İ.Hüseynov onu da əlavə edib ki, oktyabrın 31-də Soçidə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında mühüm görüş keçiriləcək. Rusiya bu görüşün əhəmiyyətini qaldırmaq üçün əlində olan bütün resurslardan istifadə etdi. Hətta görüş öncəsi Rusiya KİV-də yayımlanan qərəzli süjetlər də məhz siyasi gündəliyin daha da dərinləşdirilməsinə yönəlib: "Rusiya tərəfləri Soçi görüşünə özünün sülh layihəsi üçün toplayır. Bu görüşdə Putin Vaşinqton layihəsini inkar etmək, onu arxa plana keçirmək və mümkün qədər bu layihənin reallaşmaması üçün addımlar atacaq. Düşünürəm ki, cənab Prezident İlham Əliyev hər zaman olduğu kimi bu görüşdə də Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə edəcək. Buna qədərki bütün diplomatik treklərdə Azərbaycanın mənafeləri bərqərar olub. Soçi görüşü də silsilə diplomatik qələbələrin davamı olaraq gözlənilir. Lakin Rusiya Ukrayna münaqişəsi fonunda daha da aqressivləşib. Bu il Rusiyanın vasitəçiliyi ilə Ermənistan ilə Azərbaycan arasında heç bir ali səviyyəli görüş keçirilməyib. Əksinə, Avropa İttifaqının vasitəçiliyi ilə 4 görüşün keçirilməsi həm də Rusiyanı fakt qarşısında qoyur. Aİ tərəfləri pillə-pillə sülhə doğru aparır. Buna görə də Rusiya məsələləri kökündən həll etmək, eyni zamanda, sülhməramlıların regionda qalma müddətini uzatmaq üçün həmlələr edir. Lakin heç kimə sirr deyil ki, onlar regiona müvəqqəti olaraq yerləşdiriliblər. Bu məsələ ilə yanaşı, Xankəndi və ətrafında yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesi də artıq başlayıb. Və Azərbaycan bütün mümkün vasitələrdən istifadə edəcək ki, bu proses daha da sürətləndirilsin, onlar Azərbaycan vətəndaşlığı qazansın".
SADİQ
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

