8 Noyabr – Zəfər Günü təhsil müəssisələrində
05.11.2022 [15:25]
Şəhid Etibar Əliyevin məktəbində Zəfər Günü qeyd edilib
G.QABİLQIZI
İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, təhsil müəssisələrinin ən vacib vəzifələrindən olub.
Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş konfranslar, seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, vebinarlar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil olunub.Tədbirlərdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verilib. Vətən müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə söhbət açılıb. Möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, qəhrəman Azərbaycan əsgər və zabitlərinin mühüm pay sahibi olduğu diqqətə çatdırılıb.
Belə məktəblərdən biri də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbdir. Məktəbə adı verilən şəhid Etibar Əliyev bu məktəbdə təhsil alıb. O, 1994-cü il may ayında Tərtərin Qapanlı kəndində gedən döyüşlərdə iştirak edərək yaralanıb. Ancaq buna baxmayaraq döyüş yoldaşlarını axtarmaq üçün ön cəbhəyə qayıdan E.Əliyev Şuşada ermənilərə əsir düşüb. 24 gün Şuşada əsir saxlanıldıqdan sonra, iyunun 4-də erməni əsir ilə dəyişdirilib. Bakıda hərbi hospitala yerləşdirilən Etibar iyulun 16-da tibbi müdaxilələrə baxmayaraq, dünyasını dəyişib. O, Bakıdakı II Şəhidlər xiyabanında dəfn edilib.
Məktəbdə Zəfər Günü münasibətilə baş tutan tədbir çərçivəsində Vətən Müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərlə, qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilib, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunub. Eləcə də Zəfər Gününə həsr olunmuş yaradıcılıq müsabiqələri (rəsm, inşa, şeir, mahnı, əl işləri, videoçarx, təqdimat), intellektual oyunlar keçirilib. Zəfər Günü ilə bağlı Zəfər muzeyi, şagirdlərin və şəhid övladlarının əl işlərindən ibarət sərgilər təşkil olunub.
Məktəbin direktoru Arzu Nəzərovanın sözlərinə görə, məktəbdə şagirdlərin milli ruhda, vətənpərvər böyüməsinə xüsusi önəm verilir, tez-tez bu mövzuda tədbirlər keçirilir: “Bizim indiki şagirdlərimiz də sabahın əsgərləri, zabitləridir. Məktəbimizdə bütün şəhidlərimizin əziz xatirəsini uca tuturuq və anım mərasimləri təşkil edirik. Şəhidlər xiyabanına tez-tez ziyarətə gedir, qəhrəmanlarımızı yad edirik. Bir neçə dəfə şagirdlərimizi Hərbi Qənimətlər Parkına ekskursiyaya da aparmışıq. Məktəblilərə hərtərəfli vətənpərvərlik ruhu aşılayırıq. Bu gün də tədbirimizi bir neçə hissədən ibarət təşkil etdik. Zəfər Günü xalqımızın ən əziz, xoşbəxt günüdür. Bu əlamətdar gün münasibətilə xalqımızı təbrik edirəm. Bu günü şagirdlərə yüksək səviyyədə aşılamaq da bizim borcumuzdur. Məktəbimizin dəhlizlərində kubok, fəxri fərmanlar və rəsmlər sərgilənir. Tədbirin keçirildiyi akt zalının tərtibatı, müxtəlif guşələr, plakat və stendlər də kollektivimizin bu tədbirə məsuliyyətlə hazırlaşdığından xəbər verir. Vətənpərvərlik və Zəfərimizlə bağlı tədbirlərimiz bundan sonra da davam edəcək. Çünki belə tədbirlər şagirdlərimizin vətənpərvər ruhda böyüməsi üçün vacibdir”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41

