Heydər Əliyevin hüquqlarının müdafiəsi
17.11.2022 [11:13]
İsgəndər Quliyev
Bakı Dövlət Universitetinin dosenti
XX əsrin 80-ci illərinin sonu; 90-cı illərin əvvəllərində Azərbaycanın çox ağır, mürəkkəb və ziddiyyətli bir dövrü idi. Xalq Cəbhəsinin 1992-ci il hakimiyyəti dövründə ölkədə dərəbəylik hökm sürürdü, özbaşınalıq, hərc-mərclik, satqınlıq baş alıb gedirdi.
Bir-birinin ardınca baş verən hakimiyyət dəyişmələri, təsadüfi və ləyaqətsiz adamların, heç bir təcrübəsi olmayan quldur dəstə başçılarının hakimiyyətə yiyələnmələri, sonradan dövlət çevrilişləri etmək cəhdləri, vəzifələrindən sui-istifadə edərək, reket, qaçaqmalçılıq, terror, adam oğurluğu və s. kimi cinayətlər ölkədə adi hala çevrilmişdi. Dəhşətlisi bir də o idi ki, qısa bir müddət ərzində ölkənin varidatı sürətlə talan edilirdi. Doğma torpaqlarımız hərraca qoyularaq satqınların, erməni faşistləri ilə əlbir olan xainlərin qurbanı olurdu. Milyonlarla insan şərəfsizlərin hakimiyyət və var-dövlət təxribatlarının girovuna çevrilir, ən adi halda öz doğma yurd-yuvalarından didərgin düşürdülər.
Bu dövrdə Azərbaycan öz tarixinin ən qanlı burulğanı içərisində çabalayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Bölgələrimizdə, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq silahlı quldur dəstələri hökmranlıq edirdilər. Xalqımız vahimə və təşviş içərisində idi.
Azərbaycanın belə bir fəlakətli zamanda xalqımızın yeganə ümid yeri, qurtuluş çırağı dahi şəxsiyyət Heydər Əliyev idi. Müdrik xalqımızın əksəriyyəti haqlı olaraq qəti və düzgün hərəkət edərək dünyanın bu böyük siyasət adamını Azərbaycanda yenidən hakimiyyətə gətirmək istəyirdilər.
Hamıya marksizmin belə bir müddəası məlumdur: tarixin hərəkətverici qüvvəsi xalqdır. Xalq anlayışı o zaman əzəmətli səslənir ki, o, qüdrətli, müdrik bir əl ilə idarə olunur, vahid bir məqsəd, aydın əməl, sağlam bir məfkurə ətrafında birləşdirilir. Bu da tarixdə şəxsiyyətin inkarolunmaz rolu deməkdir. Daha doğrusu, şəxsiyyət xalq anlayışının parlaq ulduzudur.
Tanrı başıbəlalı, həyatı müsibətlərlə dolu olan xalqımıza Heydər Əliyev kimi müdrik bir şəxsiyyət verib. Misilsiz dövlət xadimi ən nadir, ən mürəkkəb, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən heç kəsin gözləmədiyi ən yaxşı yolu tapmaq bacarığı ulu tanrının ona bəxş etdiyi vergi idi.
90-cı illərin əvvəllərində Azərbaycanda dərəbəylik hökm sürdüyü vaxtda Heydər Əliyevin adının belə çəkilməsi yasaq edildiyi günlərdə, xalqa yad ünsürlər bütün qüvvələrini səfərbər edirdilər ki, Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə gəlməsin. Onlar Heydər Əliyevə böhtanlar, iftiralar ataraq onu ləkələməyə, onu xalqın gözündən salmağa, hətta onun həyatına qəsd təşkil etməyə çalışırdılar. Qara qüvvələr hətta respublikamızın Ali Sovetinin sessiyalarında Heydər Əliyev əleyhinə ayrı-ayrı deputatların qərəzli çıxışlarını da təşkil edirdilər. Nə Qorbaçov hakimiyyəti, nə Vəzirov hakimiyyəti, nə Mütəllibov hakimiyyəti, nə də Elçibəy hakimiyyəti - heç birisi Heydər Əliyevi Azərbaycan xalqının qəlbindən çıxara bilmədi.
Məhz belə bir gərgin şəraitdə Heydər Əliyevi müdafiə etmək, onun həyatının təhlükəsizliyini, hüquqlarını müdafiə etmək çox vacib idi. Hələ 91-lərin Heydər Əliyevə müraciətindən xeyli əvvəl Bakı Dövlət Universitetinin siyasi tarix kafedrasının müdiri, professor Səfyar Musayevin rəhbərliyi ilə Heydər Əliyevin müdafiəsi mərkəzi yaradıldı. O mərkəzdə Heydər Əliyevə, Azərbaycan xalqına son dərəcə sədaqətli və bu yolda hər dəqiqə canından keçməyə hazır olan ziyalılar toplanmışdı. Biz o mərkəzdə çox böyük, ağır və çətin işlər gördük. Azərbaycanın belə ağır günündə Heydər Əliyevə pənah gətirən böyük xalqla bir ovuc satqın qüvvələrin üz-üzə dayandığı günlər idi. Mən o günlərdə çox hadisələrin şahidi olmuşam. Onlardan yalnız birini xatırlamaq istəyirəm. Bakı Dövlət Universitetinin siyasi tarix kafedrasında Heydər Əliyevin portreti kafedra müdiri Səfyar Musayevin başı üstündə, həmişə indi olduğu kimi, daha yaxşı görünən yerdə divardan asılırdı. Heydər Əliyevin portreti universitetdə ciddi siyasi toqquşmaya səbəb oldu.
Universitetin rektoru, akademik Mirabbas Qasımov göstəriş verdi ki, Heydər Əliyevin portretini kafedradan götürmək lazımdır. Səfyar Musayev buna qəti etirazını bildirdi. Onda rektor nəinki siyasi tarix kafedrasının, hətta universitetin bütün ictimai fənn kafedralarının qapılarını mismarlatdı və bu haqda 1992-ci ilin yanvarın 4-də “İctimai fənlərin ləğv edilməsi barədə” əmr verdi. Nəticədə respublikamızın qocaman elm müəssisəsinin mühüm kafedraları: siyasi tarix, fəlsəfə, iqtisadi nəzəriyyə, politologiya və s. kafedralar bağlandı. 128 nəfər müəllim heyəti bayıra atıldı. Bununla kifayətlənməyən rektor böyük Elmi Şurada Səfyar müəllimə və universitetin bütün ictimai fənn kafedralarının kollektivinə dedi ki, sizin ideya babalarınız olan bolşeviklər bizi belə işlərə görə güllələyirdilər, biz ki, sizi güllələmirik, sizi azad buraxırıq, gedin özünüzə ayrı yerdə, ayrı iş axtarın, bizə ictimai fənn predmeti lazım deyil.
Məhz belə çətin və ağır günlərdə biz Səfyar müəllimin başçılığı ilə rektorla mübarizədə nəinki Heydər Əliyevin portretini, onun bütün fəaliyyətini müdafiə etdik, eyni zamanda ictimai fənn kafedraları və bu kafedranın kollektivi haqqında rektorun həyata keçirdiyi avantürist və çox zərərli hərəkətlərini cəsarətlə ifşa etdik.
Təsadüfi deyildi ki, məhz o zaman, o hadisələrdən bir müddət sonra, Daxili İşlər Naziri vəzifəsində olan İsgəndər Həmidov həmin o günlər, yəni Naxçıvanda çevriliş cəhdinin qarşısını alandan sonra Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar hissəsini silahla, sursatla, topla, tüfənglə, pulemyotlarla, qumbaralarla təmin edərək onların Bakı hava limanından Muxtar Respublikaya uçub Naxçıvanı dağıdacağını elan etmişdi. Naxçıvanlıların o gün nə qədər ağır bir gün keçirdikləri də məlumdur. İsgəndər Həmidovun böyük bir qüvvə ilə Naxçıvana uçmasının qarşısı çox çətinliklə alındı. Yəni çətinlik nədən ibarət idi? Naxçıvanın əhalisi sadəcə bəyan etdi ki, Naxçıvana enən hər bir təyyarə partladılacaqdır. Başqa bir əlac yox idi.
Daha sonra, oktyabrın 24-də Naxçıvanda 300 nəfərdən artıq adamdan ibarət olan silahlı dəstə Muxtar Respublikanın ictimai asayişini qorumaq vəzifəsini daşıyan silahlı orqanını zəbt etdilər. Daha sonra onlar Naxçıvanın televiziya və radio mərkəzini işğal etdilər.
Görkəmli sərkərdə, dahi siyasətçi Heydər Əliyevin qətiyyətli və dəyanətli dərin düşünülmüş tədbirləri nəticəsində, bütün xalqımızın köməyi ilə dövlət çevrilişi məqsədi güdən qəsdlərin qarşısı məharətlə alındı.
Bir məsələni xüsusi vurğulamaq istərdim. Vaxtilə Heydər Əliyevə qarşı çıxan bir qisim adamlar indi başqa cildə girərək yaltaqlıq, cümləpərdazlıq edir; daxilən xain, üzdə başqa cür görünməklə müəyyən vəzifələr tutur, özlərini “yaxşı adam”, “Heydər Əliyevin xeyirxahı” kimi göstərməyə çalışırlar. Hətta onların bəziləri başqa donda görünərək gizlənir, iz itirmək, vəzifə tutmaq üçün Yeni Azərbaycan Partiyasına daxil olurlar. Amma necə deyərlər əl altdan əvvəlki xəyanət və satqınlıqlardan əl çəkmirlər. Qohumbazlıq, yerliçilik, tayfa və regionçuluq kimi iyrənc üsullara əl atırlar; qeyri-normal vəziyyət yaradırlar. Azərbaycanın sürətlə artan imicinə xələl gətirirlər. Azərbaycanda rüşvətxorluq cinayətkarlıq, qohumbazlıq xəstəliyini yayan, gücləndirən “yeni libas geymiş bu köhnə libaslı xainlər” hələ də dinc durmurlar. Bu adamlar süni narazılıq yaratmaqla dövlətçiliyimizə ziyan vururlar.
1992-ci ildə Heydər Əliyevin adına müraciət hazırladığımız zaman bu adamlar nəinki “Xahişnamə” müraciətinə imza atmadılar, əksinə tərəfdar çıxanlara, imza atanlara qarşı təqiblərə və böhtanlara başladılar, hətta hücuma keçdilər. İndinin özündə də həmin adamların bir qismi YAP-ın yaranmasında və inkişafında çox böyük xidməti olan “91-lər”i ləkələməkdən və gözdən salmaqdan çəkinmirlər. Onlar Heydər Əliyevə qarşı olan düşmən münasibətlərini gizlədərək özlərini elə göstərməyə çalışırlar ki, guya Heydər Əliyevin yaxın dostu və silahdaşı olublar. İndi o illərdə müxtəlif partiyaların üzvü olan, müəyyən vəzifə tutmuş belə adamlar, hətta çoxsaylı televiziya ekranlarında, mətbuat səhifələrində tez-tez görünür, xalqımızın ümummilli lideri Heydər Əliyevlə, İlham Əliyevlə bağlı monoqrafiyalar və məqalələr çap etdirirlər, hətta onların bəziləri bacardı-bacarmadı bir neçə vəzifə tuturlar, Milli Məclisə deputat seçilirlər, eyni zamanda, özlərini əməlisaleh adamlar kimi qələmə verirlər. Atalar sözüdür: “Görünən kəndə bələdçi lazım deyil”, “Cidanı çuvalda gizlətmək olmaz”. Böyük Heydər Əliyevin qurduğu Azərbaycan və onun müdrik xalqı ayıqdır. Belə adamlar gec-tez ifşa olunacaqlar.
Böyük Heydər Əliyevin ənənələri Azərbaycanın istedadlı ?rezidenti, praqmatik düşüncəli İlham Əliyev tərəfindən yaradıcı şəkildə davam etdirilir. Prezident İlham Əliyevin titanik fəaliyyəti nəticəsində Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir.
Belə dövlət, belə Prezident daimi olur. Tarixə öz şanlı səhifələrini yazır. Əsrlər və nəsillər üçün əbədiləşir, nümunə olur.
Xəbər lenti
Hamısına baxDünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52

