/ / Türkiyə QHT-lərindən Laçın yolundakı aksiyaçılara dəstək: “Ən qısa zamanda Azərbaycana səfər edərək, qardaşlarımızın yanında olacağıq”
Türkiyə QHT-lərindən Laçın yolundakı aksiyaçılara dəstək: “Ən qısa zamanda Azərbaycana səfər edərək, qardaşlarımızın yanında olacağıq”
15.12.2022 [18:55]
Ankarada yerləşən Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və bir qrup qeyri-hökumət təşkilatları Qarabağda qanunsuz olaraq istismar olunan, ekoloji terrora məruz qalan Azərbaycan torpaqları ilə bağlı Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirən həmvətənlərimizə həmrəylik nümayiş etdirən mətbuat konfransı keçirib.
“Yeni Azərbaycan”ın Ankara Bürosunun xəbərinə görə, mətbuat konfransında TADİV rəhbəri Aygün Əttar bildirib ki, bu gündən başlanan dəstək kampaniyasına daxil olan heyət ən yaxın zamanda Azərbaycana səfər edərək, aksiyaçıların yanında olacaq.
A.Əttar deyib ki, Qarabağda Azərbaycan torpaqlarının Ermənistan və onun tərəfdarları tərəfindən növbəti dəfə qanunsuz istismarına yol verilməməsi üçün Türkiyədən olan Qeyri-Hökumət Təşkilatları (QHT) Azərbaycandan olan QHT-li həmkarlarına hər şəkildə dəstək göstərməyə hazırdır: “Bildiyimiz kimi, 30 ildir torpaqlarını işğal altında saxlayan təcavüzkar Ermənistana qarşı Azərbaycan iki il əvvəl özünümüdafiə hüququndan istifadə edərək Qarabağ qələbəsini reallaşdırdı.
Düşməni Vətəndən qovmaq kimi şərəfli vəzifəni yerinə yetirən 14 min Azərbaycan türkü ömrünün ən gözəl çağında qazi oldu, üç min soydaşımız vətən torpağı uğrunda şəhidlik zirvəsinə yüksəldi.
Amma torpağımız uğrunda canından keçən ailələrin tək cümləsi bu oldu: “Vətən sağolsun”.
Qurbanlar verildi ki, o torpaqların altını, üstünü istismar edənlər, Azərbaycanın maddi-mənəvi sərvətlərini talan edənlər, axan çaylarına, sularına zəhər tökənlər, meşələrini yandırıb-yaxanlar yurd-yuvalarımızdan rədd edilsinlər.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən xalq və ordumuz dəmir yumruq oldu və düşmənin başını əzdi. Bu haqq mübarizəmizdə Can Azərbaycana mənəvi və siyasi dəstək verən Türkiyəmizin qardaş dəstəyi hamımızı qürurlandırdı.
Çünki biz Türkiyə və Azərbaycan olaraq bir millət, iki dövlət fəlsəfəsinə uyğun davranışımızla bütün Türk Dünyasının həmrəyliyi üçün ən gözəl modelə çevrilmişik. Biz Azərbaycanın sevincinə sevindik.
3 gündür ki, dağlıq şəraitdə, qışın soyuğuna, qar-yağışına baxmadan Azərbaycanın fəal vətəndaşları, QHT nümayəndələri Laçın yolunda vətəndaş cəmiyyətinin ən gözəl nümunəsi olan demokratik fəaliyyətlərinə, beynəlxalq hüquq çərçivəsində etdikləri haqq-hüquq tələblərinə həmrəyliyimizi bəyan etmək üçün biz də buradayıq. Ekoloji terrora məruz qalan, o ərazilərdə Azərbaycanın qiymətli təbii sərvətlərinin talan olunmasına ictimaiyyət haqlı olaraq etirazınıı bildirir.
Nəzərinizə çatdırım ki, Ankaradakı müvafiq səfirlik və təşkilatlara qarşı azərbaycanlı qardaşlarımızı ayrı-ayrılıqda dəstəkləmək üçün aksiyalarımıza başlamışıq”.
TADİV rəhbəri məsələ ilə əlaqədar mətbuat konfransında qəbul edilən bəyanatın Ankarada yerləşən Rusiya Səfriliyinə və BMT-nin nümayəndəliyi başda olmaqla, bütün beynəlxalq təşkilatlara da göndəriləcəyini deyib.
Bəyanatda qeyd edilir ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əməl etməyən, beynəlxalq hüquqa məhəl qoymayan Ermənistanın baş naziri Nikol Paşinyan bir tərəfdən Fransa, Rusiya və Amerika üçbucağı qarşısında özünü məzlum rola salır, digər tərəfdən Qarabağda yaşayan Azərbaycan vətəndaşı olan ermənilər Laçın dəhlizi vasitəsilə silahlandırılır, separatçı fəaliyyətə təkan verilərək Qarabağın təbii sərvətləri beynəlxalq kriminal fəaliyyətlərlə məşğul olan iş adamları və şirkətlər vasitəsilə talanır.
Bəyanatda daha sonra bildirilir ki, Azərbaycan Ekologiya Nazirliyi və “Azergold” şirkəti mütəxəssislərinin ölkəmizə məxsus olan mədənlərə qanuni yolla nəzarət etmək və oradakı Azərbaycanın ekologiyasına dəyən ziyanı müəyyən etmək cəhdinin qarşısının alınması qanunsuzluqdur. Bu qanunsuzluğa isə Azərbaycan ictimaiyyəti haqlı olaraq ciddi reaksiya verdiyi üçün Laçın yolunda aksiyalarına başlanıb.
“Öz torpağı Naxçıvanla 33 ildir və bu gün də davam edən havadan başqa heç bir nəqliyyat vasitəsinin olmamasına səbəb olan Ermənistana heç, bir irad bildirməyən ABŞ və Avropa İttifaqının (Aİ) erməni lobbisinin təsiri ilə Azərbaycanın Qarabağda erməniləri sanki ac-susuz saxlanması iftirasını, böhtanını da şiddətlə qınayırıq” deyə bəyanatda qeyd olunub.
Bu gün dünyada rus iş adamlarına sanksiyalar tətbiq edən qərb ölkələrinin 1,6 milyarf dollarlıq sərvəti olan beynəlxalq dərəcəli cinayətkar iş adamı, erməni əsilli rus milyarder Ruben Vardanyanın Qarabağda qondarma vitse-prezident seçilməsinə qərbin susqunluqda qalmasına da bəyanatda etiraz edilib.
Bəyanatda bütün dünyanın ekoloqları və müvafiq beynəlxalq təşkilatları Azərbaycanın ekologiyasının Ermənistan tərəfindən məhv edilməsinə son qoyulması üçün fəal olmağa dəvət edilib.
Sevil Hilalqızı Ünal, Ankara
Xəbər lenti
Hamısına baxDünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19

