BMT-də islahatlar nə üçün zəruridir? – TƏHLİL
13.01.2023 [16:28]
Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bir çox mühüm məqamlara toxundu. Dövlət başçısının diqqət yetirdiyi məsələlərdən biri də BMT-də ciddi islahatlara ehtiyac olması idi. Azərbaycan Prezidenti qeyd etdi ki, xüsusilə Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmalıdır.
Bəli, 70 ilə yaxın müddətdə, xüsusilə də son 30 ildə baş verən hadisələr, siyasi-hüquqi mənzərə BMT-də islahatların zəruri olduğunu qeyd-şərtsiz təsdiqləyir. Çünki:
- birincisi, təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin geosiyasi inhisarındadır. Xüsusilə də, Təhlükəsizlik Şurasında yer alan ölkələr istənilən qərarı qəbul edirlər, istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır. Hətta artıq bəzi beynəlxalq hərbi əməliyyatlarda BMT Təhlükəsizlik Şurasının mövqeyinə (icazəsinə) ehtiyac yoxdur;
- ikincisi, Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edərkən ikili standartlara yol verilir. Məsələn, 1990-cı il avqustun 2-də İraq ordusu Küveytə hücum edərək onu işğal etmişdi. BMT 7 ay davam edən işğala görə İraqa qarşı sanksiyalar tətbiq etmiş, ABŞ və onun müttəfiqləri isə təşkilatın Təhlükəsizlik Şurasından mandat alaraq 1991-ci ilin fevralında “Səhrada tufan” əməliyyatına başlamışdılar. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi, sülhə məcburetmə mexanizmlərinin tətbiqi ilə əlaqədar Bosniya və Herseqovina, Komboca, Somali, Yuqoslaviya, Şərqi Timor, Ruanda presedentləri də mövcuddur. Belə nümunələrin olmasına baxmayaraq, Azərbaycan uzun müddət qərəzli yanaşma ilə üzləşdi. Söhbət 4 qətnamənin yerinə yetirilməməsindən gedir. Bu hal Birləşmiş Millətlər Təşkilatının nüfuzuna, reputasiyasına zərbə, beynəlxalq hüquq normalarına hörmətsizlik, laqeydlik və etinasızlıq idi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etməklə dünyanın 5-dən böyük olduğunu sübuta yetirdi.
Faktlar təsdiqləyir ki, BMT-də islahatların əleyhinə çıxanlar elə Təhlükəsizlik Şurasının 5 daimi üzvü sırasında yer alan dövlətlərdir. Çünki onlar ənənəvi mövqelərini və təsir imkanlarını əldən vermək istəmirlər. Hətta bir müddət öncə “əgər yeni ölkələr “beşliyə” əlavə olunsalar, onların səsvermə hüququ olmamalıdır” yanaşmasının irəli sürülməsi bu arqumenti təsdiqləyir.
Bütün hallarda Təhlükəsizlik Şurasının strukturunda dəyişiklik edilməli, “beynəlxalq birliyin konstitusiyası” adlandırılan BMT Nizamnaməsində əlavələr və düzəlişlər olmalıdır. Bu, qaçılmazdır. Və BMT dilemma qarşısındadır: “ya olum, ya ölüm”. Təşkilatın xilası - inam və etimadın, korlanmış imicin bərpası üçün islahat ya olmalı, ya da olmalıdır. Əks halda, olmayan BMT olacaq!
Xəbər lenti
Hamısına baxElm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42

