Azərbaycan mediası İran rejiminin hədəfində
04.04.2023 [10:54]
KİV-imiz öz fəaliyyətində milli və dövlət maraqlarını üstün tutur
N. BAYRAMLI
İran Azərbaycana qarşı əsassız iddialarını davam etdirir. Növbəti belə bir iddia ölkəmizin mediasında İrana qarşı yayılan materiallardır. Bununla bağlı rəsmi Tehranın Azərbaycana verdiyi notada iddia olunur ki, guya Azərbaycan mediasında İran təhqir edilir və bunun qarşısını almağı tələb edirlər. Əslində, ölkəmizin mediasında İrana qarşı məqalələr yazılsa da, bu tənqidi materiallardır və reallığı əks etdirir. İran mediasında isə hər gün Azərbaycan təhdid olunur, “Bakı respublikası” kimi təqdim edilir, dövlət olmadığımız iddia olunur, hər cür uydurmalar tirajlanır.
Azərbaycan hər zaman mehriban qonşuluq siyasətinə sadiqdir. Ölkəmiz heç vaxt ayrı-ayrı dövlətlərlə münasibətlərini üçüncü ölkəyə qarşı qurmaq niyyətində qurmayıb. Lakin İran hakimiyyəti həmişə Azərbaycanın xoşməramlı addımlarını geri çevirib, rasional düşüncələrdən deyil, sağlam olmayan ideoloji xətlə gedir. Tehrandakı səfirliyimizin fəaliyyətini dayandırdığı bir zamanda və xüsusilə də, qeyri-iş günündə naməlum kanallar vasitəsilə Azərbaycana nota göndərilməsi və bu notanın məzmunu əslində fars rejiminin atdığı bütün addımların qeyri-ciddiliyindən xəbər verir. Absurd ittihamlar irəli sürən bu rejim birmənalı şəkildə anlamalıdır ki, rəsmi Tehrandan fərqli olaraq Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş media qurumları konstitusion dəyərlərə və milli maraqlara əsaslanaraq fəaliyyət göstərir. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, mediada səsləndirilən fikirlər mövcud şəraitdə İranın qərəzli anti-Azərbaycan çıxışlarına adekvat şəkildə verilən əsaslı yanaşmalardır. Bu yanaşmalar da öz növbəsində hər bir Azərbaycan vətəndaşının düşüncələrinin aydın təzahürüdür. Nəticə etibarilə, İran hakimiyyətinin Azərbaycanı ittiham etməzdən öncə öz yerli telekanalları vasitəsilə davamlı şəkildə səsləndirilən təhdid ritorikasını və heç bir tarixi-hüquqi əsası olmayan məlumatları bir də nəzərdən keçirməsi çox yaxşı olardı. Bununla onlar Azərbaycan cəmiyyətinin və mediasının haqlı çıxışlarının təbii əsaslarını aydın şəkildə görmüş olarlar. Tehran rejimi uzun müddətdir ki, öz mediasında Azərbaycana qarşı düşmənçilik və təhqir siyasəti yeridir. İranda Azərbaycana qarşı sistemli təbliğat aparmaq üçün “ixtisaslaşmış” KİV, sosial şəbəkə hesabları yaradılıb. “Səhər TV”nin, “Nur-az” xəbər portalının və digərlərinin fəaliyyəti buna əyani misaldır. Azərbaycan dövlətinə qarşı neqativ təbliğat aparmaq üçün təkcə “Facebook” və “Telegram” şəbəkələri üzərindən çoxlu sayda hesab açılıb. İranda durmadan, fasiləsiz şəkildə yalan, böhtan, təxribatçı məlumat paylaşırlar. Bütün bunların arxasında İran hakimiyyətinin və bu ölkənin xüsusi xidmət orqanlarının dayanması faktı hər kəsə məlumdur. Bütün bunların fonunda Azərbaycan KİV-inin İran hakimiyyətini tənqid etməsi tamamilə əsaslıdır. İran tərəfinin buna etiraz etməsinə isə heç bir haqqı çatmır.
Bütövlükdə isə, İranın İslamın düşməni olan Ermənistanla münasibətləri gücləndirməsi də haqlı olaraq Azərbaycan mediasının tənqid hədəfinə çevrilib. Bu gün İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır. Son 30 il ərzində İran faktiki olaraq səssiz razılığı ilə Ermənistanın Azərbaycan ərazilərinin işğalına göz yumub. Qarabağ və Şərqi Zəngəzurun işğal və talan edilməsinə, bu ərazilərdəki evlərdən sökülmüş daşların İran bazarlarında satılmasına, mövcud olmuş 67 məsciddən 65-nin dağıdılmasına və təhqir edilməsinə İran tərəfindən əhəmiyyət verilməməsi yaxşı məlumdur. İran ərazisindən Ermənistana göndərilən hərbi dəstəyə baxmayaraq, Azərbaycan Ordusu 2020-ci ildə işğalçı Ermənistan ordusunu darmadağın etdi. Bundan sonra da Azərbaycana qarşı hər hansı bir təcavüzün və təxribatın qarşısı qətiyyətlə alınacaq.
Digər tərəfdən, İran tərəfinin hansısa təhdidləri bundan sonra da cavabsız qalmayacaq. İrandan fərqli olaraq, Azərbaycanda mətbuat sahəsində plüralizm və demokratik atmosfer mövcuddur. Vətəndaşların müstəqil fikir söyləmək və məsələlərə sərbəst şəkildə münasibət bildirmək hüququ var. Eyni zamanda, Azərbaycan mediası öz fəaliyyətində milli və dövlət maraqlarını üstün tutur. Bu məsələdə kütləvi informasiya vasitələri prinsipialdır. Azərbaycan mediası heç bir dövlətin, o cümlədən İranın təhdidlərindən qorxmur.
Xəbər lenti
Hamısına baxSosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10

