APREL DÖYÜŞLƏRİ: ZƏFƏR YÜRÜŞÜNÜN İLK ADDIMLARI – TƏHLİL
04.04.2023 [14:35]
Yeddi il öncə dünya ictimaiyyəti Cənubi Qafqazda işğala məruz qalmış qüdrətli dövlətlə işğalçı ölkənin silahlı birləşmələrinin qarşı-qarşıya gəldiyi “dördgünlük müharibə”yə - APREL DÖYÜŞLƏRİNƏ şahidlik etdi. Bu hərbi konfrantasiya bir çox məqamları yenidən aşkar etməklə bəzi reallıqlara bir daha aydınlıq gətirdi:
ƏVVƏLA, aprel döyüşləri Azərbaycanın işğal faktı və status-kvo ilə barışmaq niyyətində olmadığını nümayiş etdirdi: Ermənistan rəhbərliyi həmin dövrdə cəbhə xəttində növbəti təxribat törədərək vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışdı. Lakin Azərbaycan Ordusunun bu təxribatların qarşısını alması, nəticədə Ermənistan silahlı qüvvələrinin 200-ə yaxın hərbçi, çoxsaylı texnika itirməsi, 2000 hektara yaxın ərazinin, o cümlədən Lələtəpə və Talış yüksəkliklərinin geri qaytarılması Ermənistanın niyyətlərinin iflasla nəticələnməsini şərtləndirdi. Aprel döyüşləri həm də status-kvonun qəbuledilməzliyini qətiyyətlə ifadə edən Azərbaycanın Ermənistanın təxribatlarına dözmək niyyətində olmadığını və düşmənə layiqli cavab vermək əzmi və iqtidarında olduğunu göstərdi!
İKİNCİSİ, Azərbaycan Ordusunun aprel qələbəsi həm də beynəlxalq ictimaiyyət tərəfindən münaqişənin həlli məsələsinə adekvat yanaşmanın ortaya qoyulmasını şərtləndirdi: aprel döyüşlərindən sonra ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatların nümayəndələri, rəsmilər Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmasının və münaqişənin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan etdilər;
ÜÇÜNCÜSÜ, 2016-cı ilin aprelindən sonra beynəlxalq ictimaiyyət bir daha anladı ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış münaqişə regional təhlükəsizliyə ciddi təhdidlər yaradır. Ona görə də bu problemin həlli beynəlxalq təhlükəsizliyin diktə etdiyi zərurətdir və münaqişə nə qədər ki ədalətli şəkildə həll edilməyib, regionda bütövlükdə sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür;
DÖRDÜNCÜSÜ, aprel döyüşləri erməni təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mifi dağıtdı: bu ölkənin hərbi-siyasi dairələrinin bir sıra nümayəndələri mövcud hakimiyyətin işğalçılıq siyasətindən imtina etməsini yeganə çıxış yolu kimi göstərdilər. Yəni 2016-cı ilin aprel döyüşlərinin nəticələri Ermənistanda ideoloji əsasları dağıtmaqla yanaşı, bu ölkənin işğalçılıq siyasətindən əl çəkməsinin zəruriliyini bir daha nümayiş etdirdi.
BEŞİNCİSİ, aprel döyüşləri torpaqlarımızın işğaldan azad olunması prosesinin başlanğıcı, şanlı hərb səlnaməsinə düşən zəfərdir. Bundan 4 il sonra Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olmaqla yeni zəfər salnaməsi yaratdı.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29

