Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

11.05.2023 [12:54]

Bakıda və Abşeron yarımadasında mayın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 7-12°, bəzi yerlərdə 15° isti olacaq.

Paylaş:
Baxılıb: 510 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30