2022-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi
25.05.2023 [11:26]
Milli Məclisdə müzakirəyə çıxarıldı
Günel ABBASOVA
Mayın 24-də “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Qeyd edək ki, “Büdcə sistemi haqqında” qanuna əsasən, dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi təsdiq olunmaq üçün növbəti ilin may ayının 15-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunur.
Hesabat özündə digər məlumatlarla yanaşı, bütün dövlət borcları, il ərzində götürülən dövlət borcları, o cümlədən buraxılmış dövlət qiymətli kağızları və verilən dövlət zəmanətləri və dövlət büdcəsinin Ehtiyat Fondunun, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitlərindən il ərzində istifadə, məqsədli büdcə fondlarının və yerli gəlirlərin vergi və digər ödəniş növləri üzrə icrası haqqında məlumatları da əks etdirir.
Azad edilmiş ərazilərdə tikinti işlərinin aparılmasına 82,8 milyon manat
2022-ci ildə azad edilmiş ərazilərdə yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikinti işlərinin aparılmasına 82,8 milyon manat vəsait ayrılıb. Bundan əlavə, ərazilərin içməli su təchizatının yaxşılaşdırılmasına 30,3 milyon manat, meliorasiya işlərinə isə 115,7 milyon manat vəsait yönəldilib. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən ümumilikdə 4311,0 milyon manat vəsait ayrılıb.
Laçında fərdi yaşayış evlərinin, modul tipli məktəblərin tikintisinə 347 milyondan çox vəsait
Layihədə qeyd edilib ki, Laçın rayonunun işğaldan azad olunmuş ərazisində fərdi yaşayış evlərinin, modul tipli məktəblərin tikintisi və bu kimi digər zəruri xərclərin tənzimlənməsi üçün 347,6 milyon manat və ya faktiki icra olunmuş dövlət büdcəsi xərclərinin 1,1 faizi məbləğində maliyyə təminatı yaradılmaqla istifadə olunub. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən cəm olaraq 4311,0 milyon manat vəsait ayrılıb.
459 hərbçiyə tam təmirli mənzil...
Layihədə qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının mənzillə təmin edilməsi məqsədilə 35 milyon manat məbləğində vəsait ayrılıb. Həmin vəsait hesabına Bakı şəhərində 453 ədəd və Sumqayıt şəhərində 6 ədəd cəmi 459 ədəd tam təmirli mənzil alınıb və hərbi qulluqçuların mülkiyyətinə verilməsi rəsmiləşdirilib.
Əhalinin icbari tibbi sığortalanmasına 977,4 milyon manat...
Layihədə qeyd edilib ki, son 5 ildə, yəni 2018-ci ildə icra olunmuş səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2022-ci illə müqayisədə 1,3 faiz-bənd, mütləq ifadədə isə 708 milyon manat və ya 2 dəfə artıb. Hesabat ilində istifadə edilmiş səhiyyə xərclərinin 79,2 faizi və ya 1122,6 milyon manatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin payına düşür ki, bu da 2021-ci illə müqayisədə 78 milyon manat və ya 7,5 faiz çoxdur. Həmin vəsaitin 977,4 milyon manatı əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanmasına, 143,3 milyon manatı səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərinin icrasına və 1,9 milyon manatı Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının müalicə-diaqnostika avadanlıqlarının yenidən komplektləşdirilməsi ilə bağlı xərclərə yönəldilib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

