Birliyin və həmrəyliyin tarixi
05.07.2023 [11:16]
Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 21 il ötür
Son illər Azərbaycanda bütün sahələr kimi diaspora sahəsində uğurlu addımlar özünü göstərir. İstər Azərbaycanın təbliğatı işinin sürətləndirilməsi, istərsə də yeni-yeni diaspor təşkilatlarının yaradılmasını bu sıraya aid etmək olar. Ötən illər ərzində xarici ölkələrdə Azərbaycanın yeni diaspor təşkilatları yaradılıb. Diaspora sahəsində atılan mütərəqqi addımlardan biri də sırf bu sahə ilə məşğul olan dövlət qurumunun yaradılmasıdır. Belə bir qurum ümummilli Heydər Əliyevin “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” 2002-ci il 5 iyul tarixli fərmanı ilə xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə yaradılıb. 2008-ci il noyabrın 19-da isə Azərbaycan Prezidenti İlham Əliyev “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərman imzalayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasında əsas məqsəd Azərbaycan dövlətinin qarşıya qoyduğu prioritet məsələlərdən biri - dünyadakı soydaşlarımızın sıx birliyini təmin etməkdir. Bu sahənin inkişafına dövlət qayğısının daha da artırılması məqsədilə Dövlət Komitəsi yaradıldıqdan az sonra - 2002-ci ilin dekabrında “Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında” qanun qəbul olunub.
Diasporla İş üzrə Dövlət Komitəsi ötən illər ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, tarixi Vətənlə əlaqələrinin genişləndirilməsi, habelə diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirib, Dünya Azərbaycanlılarının Xartiyasını hazırlayıb. Dünya Azərbaycanlılarının II Qurultayı, Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin Forumu, Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı, Dünya azərbaycanlılarının III qurultayı, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının toplantıları və digər dövlət və beynəlxalq əhəmiyyətli tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələri, parlament üzvləri iştirak ediblər.
Azərbaycan hökumətinin dəstəyi ilə keçirilmiş bu tədbirlər ölkəmizin beynəlxalq aləmdə təbliğinə mühüm töhfələr verib, dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlığın inkişafında önəmli rol oynayıb. Bu illər ərzində keçirilmiş tədbirlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədinə xidmət edib. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının təbliğat sahəsində fəaliyyətinin daha da gücləndirilməsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması prioritet məsələ olub. Bundan başqa, Azərbaycanın diaspor təşkilatları tərəfindən yeni kütləvi informasiya vasitələri təsis edilib, eyni zamanda, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən KİV-də Azərbaycanla bağlı məqalə və materialların işıqlandırılması istiqamətində tədbirlər həyata keçirilib.
Birlik arzusu söz yox ki, hər azərbaycanlının ürəyində var. Biz tarix boyu torpağına, yurduna bağlı olmuşuq. Lakin tarixin və taleyin ayrı saldığı, Vətəndən uzaqlara apardığı həmvətənlərin daha yaxın əlaqələrinin qurulması, daha sıx birliyinin yaranması üçün körpülər gərəkdir. Bu körpülərin ən əhəmiyyətlisi isə bütün dünya azərbaycanlılarına qucaq açan, hamımızın ortaq ünvanınız olan Diaspor Komitəsidir. Demək, Diaspor Komitəsinin hər il iyulun 5-də qeyd etdiyimiz ad günü əslində birliyimizin, həmrəyliyimizin bayramıdır.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

