III Avropa Oyunlarının ilk qızıl mükafatçısı, dünya reytinqində 4-cü yerin sahibi
18.07.2023 [11:40]
Tural Ağalarzadənin qələbəsi ona elə də asan başa gəlməyib
MÜŞFİQƏ
“III Avropa Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırmaq və ilk dəfə himnimizin səsləndirilməsi mənim üçün şərəfdir. Yarışlardan vətənə qayıdan kimi məşqlərə başladım. Qarşıda daha böyük hədəflərim var. Macarıstanda keçiriləcək dünya çempionatına hazırlaşıram”.
Bunu yeniazerbaycan-com-a III Avropa Oyunlarının qızıl mükafatçısı karateçi Tural Ağalarzadə deyib. Bu sevincli anı ilk valideynləri və ailəsi ilə bölüşüb: “Təbriklərin çoxluğundan telefonum donmuşdu. Dərhal evə zəng etdim. İlk dəfə atamı sevincdən ağlayan görürdüm. Bu, həm də onların uğurudur”.
Kiçik yaşlarında karate haqqında bilgisi olmadığını, ilk dəfə əmisi sayəsində bu idman növü ilə tanış olduğunu deyən Tural hazırda dünya reytinqində 4-cü yerdədir. Lakin qələbə ona elə də asan başa gəlməyib. Aldığı zədələrdən keçirdiyi əməliyyatlar, reabilitasiyalar, yenidən idmana adaptasiya onun idman karyerasında böyük zaman və mükafat itkisinə səbəb oldu. Tural əminliklə deyir ki, bu qalibiyyəti daha öncədən qazana bilərdi: “İdman həyatım hər zaman ziq-zaq formasında oldu. 2017 İslam Həmrəyliyi Oyunları və 2019 Avropa Oyunlarında iştirak etməyə şans qazanmışdım. Dizimdən 3 dəfə əməliyyat keçirdiyim üçün yarışlara qatıla bilmədim. Zədələnmələr məni 5 il geriyə atdı. Buna baxmayaraq, bir an olsun belə hədəfimdən yayınmadım. Son il yarım ərzində durmadan məşq etdim. Gecəm-gündüzüm idman olmuşdu. Əməliyyatdan öncə dünya reytinqində 44-cü, hazırda isə 4-cü yerdəyəm. Karate üzrə ən yüksək nəticə göstərmiş (çəkim üzrə) 3 idmançıdan biriyəm”.
“Sonda ilk məşqçim Azər Aslanova və 14 ildir ki, birgə çalışdığım Qurban Tağıyevə minnətdaram. Əzmkarlıq, güc və iradə... Əmin olun ki, bütün qapıları üzünüzə açacaq”,- deyə mükafatçımız vurğulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55

