/ / Fuat Oktay: Şuşa Bəyannaməsi çərçivəsində yaradılmış müttəfiqlik çərçivəsi bizə çox ciddi fürsətlər verir
Fuat Oktay: Şuşa Bəyannaməsi çərçivəsində yaradılmış müttəfiqlik çərçivəsi bizə çox ciddi fürsətlər verir
18.07.2023 [15:34]
İyulun 18-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Sahibə Qafarova Fuat Oktayın Türkiyənin vitse-prezidenti, həmçinin Türkiyə ilə Azərbaycan arasında İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri olduğu dövrdəki fəaliyyətini yüksək qiymətləndirib.
O, qonağı TBMM-in Xarici əlaqələr komitəsinin sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Bildirilib ki, Milli Məclisin 30-a yaxın deputatı müxtəlif beynəlxalq təşkilatların missiyaları çərçivəsində Türkiyədə keçirilən prezident və parlament seçkilərini müşahidə edib.
Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfərinin əhəmiyyətini vurğulayıb, yüksək səviyyəli görüşlərin və danışıqların münasibətlərimizin inkişafındakı rolundan danışıb.
İki ölkənin parlamentlərarası əlaqələrinə toxunan S.Qafarova dostluq qruplarının qarşılıqlı sıx əməkdaşlığını qeyd edib, bu ilin aprelində iki ölkənin parlamentləri arasında imzalanmış Əməkdaşlıq haqqında Sazişin münasibətlərimizin inkişafına töhfə verəcəyinə inamını bildirib.
S. Qafarova Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq-bərpa işləri, sülh prosesinin gedişi barədə də məlumat verib.
Azərbaycana səfərindən danışan TBMM-in xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. Qeyd edib ki, iki ölkə arasında Şuşa Bəyannaməsi çərçivəsində yaradılmış müttəfiqlik çərçivəsi bizə çox ciddi fürsətlər verir.
F.Oktay bu ilin fevralında Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının qardaş dəstəyinə görə bir daha təşəkkürünü ifadə edib.
Söhbət zamanı TBMM-in komitə sədri parlament diplomatiyasının əhəmiyyəti, TÜRKPA çərçivəsində əməkdaşlığın perspektivləri, ölkələrimiz arasında iqtisadi, ticarət, enerji, nəqliyyat və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi, bölgədə həyata keçirilən nəhəng layihələr barədə fikirlərini bölüşüb.
Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22

