Pakistan müstəqilliyinin 76 illiyini qeyd edir
14.08.2023 [14:33]
Pakistan İslam Respublikası 76-ci Müstəqillik Gününü qeyd edir.
Pakistanın Müstəqilliyi 1947-ci il avqustun 14-də elan edilib. O vaxtdan bu gün milli bayram kimi qeyd olunur. Məhəmməd Əli Cinnah Pakistanın qurucusu və ilk rəhbəridir.
Müstəqillik günü münasibətilə əsas mərasim prezident və parlament binalarında dalğalanan dövlət bayrağının yerləşdiyi İslamabadda keçirilir. Bunun ardınca dövlət himni səsləndirilir və rəhbərlərin televiziya ilə canlı çıxışları olur. Gün ərzində adi bayram tədbirləri və şənliklərə bayrağın qaldırılması mərasimi, paradlar, mədəni tədbirlər və vətənpərvərlik mahnılarının oxunması daxildir.
Pakistanın Azərbaycandakı səfirliyində də bu gün Müstəqillik Günü münasibətilə ölkənin dövlət himninin müşayiəti ilə bayraq qaldırılıb. "Bu gün biz Pakistanın Müstəqillik Gününü qeyd edirik. Bizim üçün vacib olan bu gündə bütün liderlərimizi, yaşlı nəsli və azad Pakistan yolunda canlarını fəda edənləri yad edirik", - Pakistanın Azərbaycandakı səfiri Bilal Haye deyib.
Səfirin sözlərinə görə, bu gün Pakistanın çiçəklənməsi və güclü dövlətin inkişafı gənc nəslin əlindədir: “Biz birgə olduqda bütün maneələri dəf edə biləcəyik”.
B.Haye qeyd edib ki, Azərbaycanın Pakistanla müstəsna tərəfdaşlığı var: "Azərbaycanla əməkdaşlıq, xüsusən də hərbi və biznes sahəsində daha da genişlənir. Azərbaycandan Pakistana və əks istiqamətdə birbaşa uçuşların açılması ilə turizm sahəsində tərəfdaşlıq daha da dərinləşib".
Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
"Müstəqillik Günü münasibəti ilə Pakistan hökumətinə və qardaş xalqına ən xoş və səmimi arzularımızı çatdırırıq. İkitərəfli əlaqələrimizi, strateji tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik", - deyə Azərbaycan XİN-in "X" (tvitter) sosial şəbəkə hesabında paylaşımda bildirilib.
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45

