Qərbi Azərbaycanın dadlı şirniyyatları, qədim tarixi və aşıq havası - REPORTAJ
04.09.2023 [16:31]
MÜŞFİQƏ
Dünən Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda “Qərbi Azərbaycanın etnomədəni mühitinə səyahət” adlı tədbir keçirilib. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendi, gündəlik həyatda istifadə olunmuş məişət əşyaları, tarixi abidələrin 3D maketləri nümayiş etdirilib.
Biz də “Yeni Azərbaycan” olaraq həmin tədbirdə iştirak etdik və gördüklərimizi sizinlə bölüşmək istərdik. İlk növbədə, ətri ətrafı bürüyən, görüntüsü ilə iştahları qabardan mətbəx stendinə yaxınlaşırıq. Sərgi iştirakçısı, araşdırmaçı Vəsilə Əkbərova stenddə nümayiş etdirilən təamlarla bizi yaxından tanış edir. Onun sözlərinə görə, burada gördüklərimiz zəngin İrəvan mətbəxinin sadəcə bir qismidir. Qonağı çay ilə qarşılayarlar deyib, İrəvanın çay mədəniyyətindən söhbət açmağa başlayır: “Qərbi Azərbaycanlılar çayı bitki ilə içməyi çox sevirlər. Kəklikotu, nanə qurusu, tərxun qurusu və s. mütləq çaya əlavə edilməlidir. Çayların yanında isə şirniyyatlar gəlir. Bu şirniyyatların hər biri qədim mətbəximizə xasdır. Hazırda bir neçəsini sərgiləyə bilirik. Onlardan biri İrəvan sucuğudur. Sucuq üzüm, tut, eləcə də ərik doşabından hazırlanır və qurudulur. Olduqca dadlı və faydalıdır. Eləcə də burada “yeznə qalın” şirniyyatımızı görürsünüz. Qalın çörək deməkdir. Gəlinlərə gətirilən xonçanı boş qaytarmamaq üçün qaynanalar yeznəsinə bu şirin çörəkdən göndərərlərmiş. O dövrlərdə İrəvanda nənələrimiz sacda, kürədə qat-qat xəmir yayıb fəsəli də bişirərdilər. Nehrə yağı ilə yağlayıb, içərisinə xüsusi ədvalar qatardılar. Daha bir şirniyyatımız isə əyirdək adlanır. Qədim İrəvan mətbəxinin şirniyyatlarındandır. Analar oğulları əsgər gedəndə əhd edər, bol kərə və yaxud nehrə yağında xəmiri qızardıb qohum-qonşuya paylayardılar”.
Süfrədə diqqətimizi çəkən təamlardan biri də balıq çörəyi oldu. Düşündük ki, içərisində balıq əti olduğu üçün belə adlanır. Lakin yanıldıq. Sən demə, balıq kimi büküldüyü üçün adına balıq çörəyi deyirlərmiş: “Balıq çörəyi Novruz bayramında, kiçik çilədə masalarımızda öz yerini alır. Balıq formasına bənzədiyi üçün adına balıq çörəyi deyirlər, üzərindəki pulları isə bolluğa işarədir. Bu, İrəvan xanlığında hazırlandığı kimi ətlə bişirilib. İçərisində qoz və soğan var. İçliyi mahaldan-mahala dəyişir. Məsələn, Zəngəzurda ət əvəzinə, mərcimək, soğan və qoz əlavə edirlər”.
Vəsilə xanım ən sonda bizə şanı-şöhrəti dünyaya yayılan İrəvan kətəsi haqqında söhbət açdı: “Sonda sizə İrəvan kətəsindən bəhs etmək istərdim. Kətənin tarixi paxlavadan və şəkərburada daha öncəyə gedib çıxır. Kətənin bir çox növləri var. Qərbi Azərbaycanın kətəsi onunla fərqlənir ki, burada xəmir döyülür. İçinə umac qatılır. Əslində kətənin 30-40 çeşid içliyi var. Yumurta ağı, kişmiş-möriz qurusu deyirik biz ona, ərik qurusu, qoz, fındıq, eləcə də badamla hazırlanan növləri var. Amma klassik İrəvan kətəsi umaclı içliklə hazırlanır. Xəmir döyülür, araları yağlanılır, umaclı içlik qoyulur. Ən sevilən növü məhz budur. Bayramda isə qoz və fındıqla da bişirilir. Ad dəyişmir, sadəcə içlik dəyişir. Xahiş edirəm kətənin adını hər zaman doğru desinlər. Bu, bizim tariximizdir. Ad olaraq İrəvan kətəsidir, sadəcə içliyi dəyişir. Kəsimi də xüsusi olaraq fiqurlu bıçaqla kəsilir. Məhz bu kətə üçün xüsusi bıçaqlar hazırlayarlarmış. Adına da fiqurlu və ya dığırlı bıçaq deyərlərmiş”.
Ləzzətli şirniyyatlardan, samovar çayından dadıb, aşıq musiqilərinin sədaları altında keçid alırıq növbəti stendə. Burada bizə Səyyad Rəfiyev bələdçilik edəcək. İxtisasca tarix müəllimi olan S.Rəfiyev öz şəxsi istəyi ilə müzey yaradıb, eksponatlarla zənginləşdirib. Özünün də dediyi kimi bu gün həmin sərvəti nümayiş etdirməyin xoşbəxtliyini yaşayır: “Burada 1800-cü ilə məxsus samovarlar, qənd sındıranlar, xəlbir, aş süzənlər, ütülər, bayda, eləcə də 1922-ci ildən balqabaqdan hazırlanmış su qabı, küplər görə bilərsiniz. Məişətə məxsus nə əşyalar varsa, hamısı müzeyimizdə xüsusi saxlanılır. Əksəriyyəti şəxsi əşyamlardır, bəzilərini isə yaxın adamlar, dost-tanışlar muzeyimizə hədiyyə ediblər. Şagirdlərimin də eksponatların tapılmasında və toplanılmasında köməkləri olub”.
Sərgiyə nümayiş edənlər sırasında əslən Qərbi Azərbaycanın İcevan rayonundan olan Allahverdiyeva Rahilə də vardı. Rahilə xanım deyir ki, aşıq havasını dinlədikcə, şirniyyatlardan daddıqca öz yurd-yuvama səyahət etmiş oldum: “İkinci sinifdə oxuyanda yurd-yuvamdan ayrı düşmüşdüm. Bizim kəndimiz çox kiçik olsa da, mənim üçün dünyanın hər yerindən gözəl idi. Bu gün yenidən kəndimizə “qayıtdım”. Belə sərgilərin keçirilməsi çox gözəl təşəbbüsdür. Tanıtmaq, təbliğ etmək lazımdır. Tariximizi unutmamalı, ona sahib çıxmalıyıq. Ümid edirəm ki, Qarabağa qayıtdığımız kimi, Qərbi Azərbaycana da gedəcəyik”.
Sərgiyə tamaşa edənlər sırasında İtaliyadan qonağımız da vardı. Giorgio İtali Cecchinato və xanımı ilk dəfədir ki, ölkəmizə səfər etdiklərini və ölkəmiz haqqında yüksək fikirlərə sahib olduqlarını deyirlər: “Hazırda Heydər Əliyev Mərkəzində idik, çıxışda sərgi diqqətimizi çəkdi. Bizə də şirniyyatlarınızdan və çayınızdan təklif etdilər. Çox dadlıdır. Sadəcə bu sərginin keçirilmə səbəbini bilmirdik. Sizdən öyrəndik ki, Qərbi Azərbaycana məxsus sərgi keçirilirmiş. Azərbaycanın necə zəngin mədəniyyətə sahib olduğunu, qonaqpərvər olduğunu bilirdik, Amma bir daha əmin olduq. Azərbaycandan böyük təəssüratlarla qayıdırıq”.
Daha sonra konsert proqramı ilə davam edən tədbirdə Vətənə, doğma yurda aid mahnılar səsləndirilib, Qərbi Azərbaycanın aşıq havaları ifa olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

